Badam

Bakılıları qoruyan badam

2321
(Yenilənib 22:03 12.10.2015)
Saçınızın ağarmasını istəmirsinizsə, badam yeyin.

BAKI, 26 sent-Sputnik. Bakı qədim və tarixi şəhərdir. Amma keçmişlərdə bu şəhərdə yaşamaq o qədər də qolay olmayıb. Əlverişsiz iqlim şəraiti, dənizin gətirdiyi qorxunc küləklər, yayın öldürücü istisi, qışın sərt soyuğu Bakıda və Abşeron yarımadasında insanların həyatını daha da çətinləşdirirmiş. Bakının yaşlı sakinlərinin dediklərinə görə, əgər keçmişdə bu qumsal torpaqlar əncir, üzüm, badam kimi bitkiləri yetişdirməyə qadir olmasaydı, yəqin ki, Bakıda yaşamaq mümkünsüz olardı. Badam bakılıları aclıqdan, xəstəliklərdən qoruyurdu. Badam mövsümü gələndə hamı sevinirdi ki, artıq qidasızlıqdan xilas olublar. 

Badam insan sağlamlığı üçün ən yararlı çərəzlərdən biri hesab olunur.
Mütəxəssislər gündə bir ovuc badam yeyərək bir çox təhlükəli xəstəliklərdən qorunmağın mümkün olduğunu bildirirlər.
Sputnik "iyigelenyiyecekler.com" —a istinadən xəbər verir ki, badamın tərkibində bol miqdarda mis və dəmir var. Badam baş ağrılarına yaxşı təsir edir. Acı badam yağı böyrəkləri təmizləyir, böyrək iltihablarının qarşısını alır, həmin orqanda toplanan daş və qumu tökür. Xolesterinin səviyyəsini aşağı salır. İnfarkt riskini 50 faizədək azaldır. Sidik yolları və cinsi orqanlarla bağlı problem yaşayanlar da badamdan faydalana bilərlər. Çünki badam bu orqanlardakı iltihabı aradan qaldırır. Səhərlər acqarına içilən bir çay qaşığı badam yağı bağırsaqların işini asanlaşdırır. Badam pəhriz saxlayanlar üçün ən uyğun çərəzdir. Çünki kalorisi elə də çox deyil. Həm də qan təzyiqini tənzimlədiyindən tez-tez acmağın qarşısını alır.


Hamilələr gündə bir ovuc badam yeməlidir. Bu həm ananın, həm də bətnindəki körpənin sağlamlığına yaxşı təsir edəcək.
Badam əsəbləri sakitləşdirir, sinir sistemini qoruyur.
Saçlarınız ağarmağa başlayıbsa, mütəmadi olaraq badam yeməyə başlayın. Çünki badamın tərkibindəki maddələr saçlarınızın ağarma prosesini ləngidəcək.
Badamın özü kimi yağı da orqanizm üçün əsl dərman funksiyasını yerinə yetirir. Badam yağı cinsi zəifliyə qarşı effektlidir. Bu möcüzəli yağ ekzema xəstələrinin ən böyük problemi olan qaşınmanı azaltmağa qadirdir. Qəbizliyi aradan qaldırır. Fiziki və zehni yorğunluğu aradan qaldırmaq üçün badam yağı ilə masaj etmək məsləhət görülür.
Və nəhayət, dodaqlarınız tez-tez quruyub çatlayırsa, gecə yatmazdan öncə badam yağı çəkin.

2321