Qısa boylu və uca boylu adamlar

Boyu qısa olanlar, uca boylu olmaq istəyirsizsə, oxuyun

11054
(Yenilənib 22:03 12.10.2015)
Qısaboyluluğun səbəbləri və ondan xilas olmağın yolları.

BAKI, 24 sent-Sputnik. Fiziki inkişafın və boyun ləngiməsi orqanizmdə somatotrop hormonunun kifayət qədər olmaması nəticəsində meydana çıxır. Sputnik "Herba Flora"ya istinadən boy qısalığına səbəb olan amilləri təqdim edir:

— İrsi səbəblər — ata və ananın qısaboylu olması
— Qeyri-düzgün qidalanma
— Düzgün olmayan həyat şəraiti
— Bütün endokrin vəzlərə nəzarət edən və baş beyində yerləşən hipofiz vəzin bətndaxili dövrdə zədələnməsi.
— Kəllə-beyin travmaları
— Hipofiz və onu əhatə edən törəmələrin şişləri
— Siflis, sarkaidoz, vərəm kimi xəstəliklər
— Ağır mədə-bağırsaq, böyrək, qan xəstəlikləri
— Ağır idman növləri
— Zərərli vərdişlər.
Anadangəlmə qısaboyluluqda uşağın çəkisi və boyu yaşıdlarından geri qalmır. İlk əlamətlər 2-3 yaşlarında özünü büruzə verir. İllik boy artımı normada 7-8 sm olduğu halda bu uşaqlarda 3-4 sm təşkil edir. Boy inkişafı ləngisə də bədən proporsiyaları saxlanılır. Bunlarla yanaşı skeletin sümükləşməsinin zəifləməsi, diş cərgəsinin pozulması, əzələ sisteminin zəif inkişafı kimi əlamətlər müşahidə olunur.
Xroniki iltihabi xəstəliklər, stress kimi faktorlar da fiziki inkişafın ləngiməsinə səbəb olan amillərdəndir.
Bütün bu faktlarla yanaşı qidalanma da fiziki inkişafın ləngiməində önəmli yerlərdən birini tutur. Zülal əksikliyi xüsusilə uşaqlarda boy inkişafını ləngidən əsas faktorlardan biridir. Orqanizmin zülal ehtiyacını ödəmək üçün gündəlik qida rasionunda ət, balıq, paxlalılar, yumurta, qoz-fındıq kimi məhsullar artırılmalıdır. Tərkibində külli miqdarda yod (xurma, dəniz məhsulları), dəmir (qarabaşaq, qaraciyər, göbələk, alma), kobalt (kişmiş, sarımsaq, kalmar), kalsium (süd, qatıq, kəsmik, portağal, əncir) olan məhsullar da boy inkişafını sürətləndirən qidalar sırasındadır.
Boy hormonunun sintezini artıran və qısaboyluluğun qarşısını alan xalq təbabəti üsulları:
— 1 qram arı südü 20 ml 40 faizli spirtdə həll olunur. 10 gün müddətinə qarışıqdan 3-6 damcı qəndin və bir damla balın üzərinə damızdırılıb yeməkdən yarım saat əvvəl dil altında sorulur. Vəziyyətdən asılı olaraq fasilələrlə 3-12 kurs təkrarlamaq olar. İstifadə müddətində arı südü bəlğəmin xarakterini durulaşdırdığına görə tutmaşəkilli öskürək yaradarsa doza yarıbayarı azaldılmalıdir. Orqanizm öyrəşdikdən sonra doza 1-2 damcı olmaqla gündəlik artırılır.
— Hərəsindən 75 qram kəklikotu və qoz yarpaqları, 100 qram xəndəkotu kökü götürülür, qarışdırılır. Qarışıqdan 2 xörək qaşığı, 2 stəkan qaynar suda axşamdan səhərə qədər termosda dəmlənir, süzülür. 50 ml gündə 4 dəfə yeməkdən yarım saat əvvəl daxilə qəbul edilir.
— Gündə 2 dəfə hər dəfə 1 desert qaşığı olmaqla Şəfa şərbəti qəbul edilir.
— Hərəsindən 1 çay qaşığı xırdalanmış gicitkən yarpağı, zəncirotu yarpağı, adi mərcangilə götürülür, qarışdırılır. Emallı qabda üzərinə 0,5 litr distillə suyu əlavə edilir, 5-6 dəqiqə zəif odda qaynadılır, 30 dəq. dəmlənir, süzülür. Hər gün təzə dəmləmək şərtiylə 21 gün müddətində gündə 2-3 dəfə olmaqla yeməkdən 20 dəq əvvəl 1/2 stəkan daxilə qəbul edilir. 14 günlük fasilədən sonra müalicə kursu təkrar olunur.
— 1/2 çay qaşığı gicitkən kökü, hərəsindən 1/3 çay qaşığı zəncirotu kökü, itburnu meyvəsi, istiotli nanə yarpağı götürülür, qarışdırılır, üzərinə 0,5 litr su əlavə edilir. Emallı qabda zəif odda 15 dəq bişirilir, 2-3 saat qaranlıq otaqda dəmlənir, süzülür. Daha sonra 1/3 çay qaşığı çobanyastığı çiçəkləri, hərəsindən 1/2 çay qaşığı olmaqla dəvədabanı və bağayarpağı yarpağı üzərinə 0,5 litr qaynar su əlavə edilərək termosda bir saat dəmlənir, süzülür. Daha sonra alınan dəmləmə ilə süzülmüş hazır bişirmə qarışdırılır, zəif odda qızdırılır qaynayan kimi ocaqdan götürülür üzərinə 4 xörək qaşığı təbii bal əlavə edilir, bal əriyənədək qarışdırılır. Yeməkdən yarım saat əvvəl 1/4 stəkandan gündə 3 dəfə daxilə qəbul edilir. Müalicə kursu 3 həftədir. 2 həftəlik fasilədən sonra kurs təkrar edilə bilir.
Boy qısalığında istifadə olunan vannalar
— Hərəsindən 0,5 kq şam qozası, iynə yarpaqları və budaqları götürülür, üzərinə 3 litr su əlavə edilir, zəif odda yarım saat bişirilir, ocaqdan götürülərək 12 saat dəmlənir, süzülür. Vannaya isti su tökülür, süzülən bişirmə üzərinə əlavə edilir. 8-10 dəq müddətində həmin vannada uzanılır.
— Bir dolu ovuc adaçayı yarpaqları götürülür üzərinə 3 litr su əlavə edilir, ağzı bağlı qabda zəif odda 30 dəqiqə qaynadılır, ocaqdan götürərək yarım saat dəmlənir, süzülür. Vannaya 36-38 dərəcə su tökülür, süzülən dəmləmə üzərinə əlavə edilir. 15-20 dəq müddətində həmin vannada uzanılır. Vannaların növbəli qəbul edilməsi məsləhətdir.
Boy qısalığında istifadə olunan məcunlar
— Tumları çıxarılmış İran xurması, üyüdülmüş güldəfnə toxumu, zəncəfil, darçın və bal eyni miqdarda götürülür. Qarışdırılır, buxar vannasında isidilir və üzərinə keçi südü əlavə edilir. Gün ərzində yeyilir.
— 10 ədəd xırdalanmış İran xurması, 1 çay qaşığı toz zəncəfil, 1/8 çay qaşığı hil, bir çimdik zəfəran qarışdırılır, bir litirlik şüşə qabda qarışdırılır, ağzı bağlı olmaq şərtiylə 2 həftə isti şəraitdə saxlanır. Səhər acqarına yeyilir.
— Hərəsindən 50 qram qoz, badam, fındıq ləpəsi, əncir, ərik, qara gavalı qurusu götürülür ət çəkən maşından keçirilir üzərinə 50 qram çiçək tozu və 1 stəkan təmiz bal və ya keçibuynuzu bəkməzi əlavə edilir, qarışdırılır. 1 çay və ya xörək qaşığı gündə 1 dəfə səhər acqarına yeyilir.

11054
Teqlər:
böyrək, siflis, xronik, Herba Flora, fiziki
Kürdəxanında çirkab sular

Kürdəxanıda çirkab suları dənizə axıdılır, nazirlik öz işini görür, nəticə isə yoxdur

7
(Yenilənib 20:12 17.01.2021)
Xəzər sahili ərazilərdə quraşdırılan bu qurğular sayəsində bu ərazilərdə dənizə çirkab su axıdılmır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 17 yanvar — Sputnik. Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsində uzun illərdir ki, dənizə kanalizasiya suları axıdılır. Qəsəbə sakinlərinin sözlərinə görə, qəsəbədə kanalizasiya sistemi olmadığı üçün vətəndaşlar kanalizasiya sularının axıdılması üçün xüsusi qazılmış "şambo"lardan istifadə edir.

Adətən çirkab sular dənizə axıdılır. Bununla yanaşı Kürdəxanı və Pirşağı qəsəbələrində kanalizasiya sularının axıdılığı göllər də var. Bu problemin qarşısını almaq üçün qəsəbələrə kanalizasiya sistemi çəkilməlidir. Ötən il Bakı qəsəbələrinə kanalizasiya sisteminin çəkilməsi üçün qərar verilsə də, görünən odur ki, qeyd olunan qəsəbələrdə hələ heç bir iş görülməyib.

© Sputnik / Irade JELIL
Kürdəxanında çirkab sular

Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı qəsəbələrinə kanalizasiya sisteminin çəkilməsi planda olsa da, yəqin ki, bundan sonra məsələyə birbaşa məsul olan qurum "Azərsu" ASC işğaldan azad edilmiş ərazilərdə müvafiq işlər görəcək. Bakı qəsəbələrinə kanalizasiya sisteminin çəkilməsi məsələsi hələ bir müddət qalacaq. Çünki bu gün əsas prioritet məsələ işğaldan azad edilmiş torpaqların bərpasıdır.

Onun sözlərinə görə, Pirşağıda Cənubi Koreya şirkəti tərəfindən kanalizasiya sularının təmizlənməsi ilə bağlı stansiya tikilir. Stansiya istifadə verildikdən sonra Mehdiabad, Ceyranbatan və s. yaxın qəsəbələrin kanalizasiya boruları həmin stansiyaya qoşulacaq.

© Sputnik / Irade JELIL
Kürdəxanında çirkab sular

F.Həsənov qeyd edib ki, kanalizasiya suları təmizləndikdən sonra dənizə axıdılmalıdır: "Qonşu Türkiyədə kanalizasiya suları təmizləndikdən sonra dənizə axıdılır. Kanalizasiya suyu o qədər təmizlənir ki, Azərbaycanda olsa, içməli sudan fərqləndirmək mümkün olmaz. Bu qədər təmizlənməsinə baxmayaraq, həmin sular xüsusi borularla dənizin daxilində 5 kilometr məsafəyə buraxılır".

Professor bildirib ki, içməli suyun bir litrində 1 qram, Xəzər dənizinin suyunun 1 litrində 13-15 qram duz var. Kanalizasiya suları təmizlənib dənizə axıdıldığı təqdirdə, dənizin suyunun tərkibinə təsir etmir. Təmizlənmədiyi halda isə kanalizasiya suyunun tərkibində olan zərərli maddələr dəniz suyuna qarışır. Belə olan təqdirdə həmin ərazilərin çimərlik kimi istifadə edilməsi sağlamlıq üçün təhlükəlidir.

© Sputnik / Irade JELIL
Xəzər dənizinin suyunun 1 litrində 13-15 qram duz var

"Çirkab sularının birbaşa təmizlənmədən dənizə axıdılması müxtəlif dəri, mədə-bağırsaq və s. xəstəliklərə səbəb olur. Vətəndaşlar sağlamlıqları üçün bu ərazilərdən çimərlik kimi istifadə etməməlidirlər", - deyə F.Həsənov bildirib.

Dövlət Ekoloji Təhlükəsizlik xidmətinin rəis müavini Ramal Bağırovun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2007-ci ildən bu günə qədər 17 ədəd su təmizləyici qurğu quraşdırıb.

Bu problemin qalmasının səbəbi isə müvafiq ərazilərdə kanalizasiya sisteminin olmamasıdır. Dənizə açılan axar 2000-ci ildə çəkilib və keçən dövr ərzində mütəmadi olaraq monitorinqlər aparılıb, analizlər götürülüb. Nəticələr barədə "Azərsu" ASC-yə məlumat verilib.

© Sputnik / Irade JELIL
Kürdəxanında çirkab sular

Ekoloq Telman Zeynalovun fikrincə, çirkab və kanalizasiya sularının dənizə axıdılması insan sağlamlığı ilə yanaşı, Xəzərin biomüxtəlifliyi üçün də təhlükəlidir. Onun sözlərinə görə, Kürdəxanı ərazisində dənizə çirkab sularının axıdılmasına nəzarət yerli icra orqanları və Ekologiya və Təbii Sərvətlər Nazirliyindədir. Belə ki, qurumlar həmin ərazilərdə mütəmadi olaraq monitorinqlər aparmalı, bu kimi vəziyyətləri açıqlamalı və müvafiq tədbirlər görməlidir.

Məsələ ilə bağlı "Azərsu" ASC ilə əlaqə saxlamaq mümkün olmadı. Ancaq qurumun rəsmisi Şöhrət Süleymanov yerli mətbuata açıqlamasında bildirib ki, bu ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil: "Abşeron yarımadası üzrə Master Plana uyğun olaraq Pirşağı hövzəsi üzrə müasir standartlara uyğun bioloji tullantı su təmizləyici qurğusunun inşası aparılıb. Hazırda tamamlanma işləri aparılır".

© Sputnik / Irade JELIL
Dənizə açılan axar 2000-ci ildə çəkilib və keçən dövr ərzində mütəmadi olaraq monitorinqlər aparılıb, analizlər götürülüb

Qeyd edək ki, Xəzər dənizinə antropogen təsir göstərən axarların qarşısının alınması və çirkab suların təmizlənərək Xəzər dənizinə axıdılması məqsədilə Bilgəh, Mərdəkan, Novxanı, Buzovna, Sumqayıtın Xəzər sahili ərazilərində ETSN tərəfindən onlarla modul tipli lokal təmizləyici qurğu quraşdırılıb.

Xəzər sahili ərazilərdə quraşdırılan bu qurğular sayəsində bu ərazilərdə dənizə çirkab su axıdılmır.

7
Самолет Бе-200, фото из архива

Hirkan Milli Parkında yanğın davam edir - VİDEO

14
(Yenilənib 19:37 17.01.2021)
Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi cəlb olunub.

BAKI, 17 yanvar - Sputnik. Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi maneə törədir. Bununla belə, yanğının daha geniş sahəyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi də cəlb olunub.

Əlavə məlumat veriləcək.

14