Aylaya dəstək olaq

İki yaşlı Ayla Azayevaya kömək olaq!

34
(Yenilənib 15:20 23.09.2015)
2 yaşlı Ayla Azayevanın atası Fərhad Azayev Sputnik-in redaksiyasına müraciət edib.

BAKI, 23 sen — Sputnik. 2 yaşlı Ayla Azayevanın atası Fərhad Azayev Sputnik-in redaksiyasına müraciət edib. 

Müraciətdə bildirilir: 

“Ayla Azayevaya kəskin leykoz L2 (qan xərçəngi) diaqnozu qoyulub. 

Hal-hazırda uşaq Belarusiyada Uşaq Onkologiya Hematologiya və İmmunologiya Mərkəzində müalicə olunur. Xəstəliyin müalicəsi üçün 30.000$ maddi vəsait tələb olunur. Xəstəlik ağır olduğundan hər dəqiqə uşaq üçün çox əhəmiyyəlidir. Aylanın hər kəsin köməyinə çox ehtiyacı var. 

Mümkün yardımı aşağıdakı bank hesabına köçürmə yolu ilə və ya nağd formada təqdim edə bilərsiniz. Aylaya bu mübarizədə qalib gəlməyə dəstək olaq.

Valideynin (ata — Fərhad Azayev) əlaqə nömrəsi — 070 378 93 44.

Online bank AZN hesabı — 4127 2222 3913 3028.

Əlavə məlumat lazimdırsa zəhmət olmasa mənə bildirin”.

Gəlin Ayla Azayevadan köməyimizi əsirgəməyək!

  • Aylaya dəstək olaq
    Aylaya dəstək olaq
    sputnik.az
  • Direktor Aleynikovanın imzası ilə Aylanın müalicəsi üçün ödəniş barədə bildiriş
    Direktor Aleynikovanın imzası ilə Aylanın müalicəsi üçün ödəniş barədə bildiriş
    sputnik.az
  • Aylanın diaqnozu
    Aylanın diaqnozu
    sputnik.az
  • dollar hesabı
    dollar hesabı
    sputnik.az
  • manat hesabı
    manat hesabı
    sputnik.az
  • Arayış
    Arayış
    sputnik.az
1 / 6
sputnik.az
Aylaya dəstək olaq
34
Teqlər:
Aylaya dəstək, Aylaya dəstək olaq, Fərhad Azayev, Ayla Azayeva, Azərbaycan
Dilarə Kazımova, arxiv şəkli

"Avroviziya" mahnı müsabiqəsinin iştirakçısından "Azərbaycanım" - VİDEO

1
Bir neçə həftə öncə ermənilərin şikayəti nəticəsində "Youtube" kanalı bağlanan ifaçı buna məhəl qoymayaraq sosial mediada yeni işini paylaşıb.

BAKI, 23 noyabr — Sputnik. Müğənni Dilarə Kazımova vətənimizin qələbə qazanması münasibətilə yeni mahnısı "Azərbaycanım"ı təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, bir neçə həftə öncə ermənilərin şikayəti nəticəsində "Youtube" kanalı bağlanan ifaçı buna məhəl qoymayaraq yeni işini özünün "Instagram" səhifəsində paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от D I L A R A (@dilarakazimova)

Musiqisi Faiq Sücəddinov, sözləri Baba Vəziroğluya aid olan iş barədə Dilarə fikirlərini belə ifadə edib: "İnformasiya cəbhəsində vuruşanda eyni zamanda mahnı ilə dəstək olmaq istəyirdim. Öz töhfəmi musiqi ilə, səsimlə vermək niyyətində idim. Faiq Sücəddinov zəng etdi ki, sənin səsinə uyğun mahnı var. Mən çox bəyəndim. Bu mahnının sözləri çox gözəldir, inam və ümid verəndir. İşğaldan azad olunmuş torpaqlara həyatın, baharın gəlməsini tərənnüm edir. Stimul verir. Həmin torpaqların əvvəlki halından daha gözəl olacağından bəhs edir".

D.Kazımova mahnı üçün kamera qarşısına da keçib. O, Gülnarə Xəlilovanın "Xalçaların dili" kolleksiyasından libas geyinib.

Qeyd edək ki, mahnının aranjmanı Camal Qurbanov, miks və soundu isə Samir Əsədova məxsusdur.

1
Teqlər:
müsabiqə, Dilarə Kazımova, qələbə, mahnı
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Tibbi maskada olan qızlar, arxiv şəkli

Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub

7
Müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

BAKI, 23 noyabr — Sputnik. Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə "Koronavirusla mübarizəyə həsr olunmuş xəbərlər üzrə foto mükafatları" müsabiqəsi elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq fotomüsabiqədir. Təqdim edilən fotoşəkillər yalnız pandemiya ilə əlaqəli olmalıdır. Müsabiqənin şərtlərinə görə yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər keçərlidir.

Birinci yerin qalibinə 10 min dolları veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://npacontest.com/ ünvanına daxil olun

7
Teqlər:
müsabiqə, COVID-19, Koronavirus