Kimsəsiz uşaqlar

Uşaqlar vaxt yalan danışırlar?

304
(Yenilənib 16:01 20.09.2015)
Yalan danışdığı üçün cəzalandırılan uşaqlar daha çox yalan danışırmış.

BAKI, 20 sent-Sputnik. Hansı uşaqlar daha çox yalan danışır? Bu sual ətrafında araşdırma aparan elm adamları maraqlı nəticə əldə ediblər. 

Sputnik Cazibe on-line nəşrinə istinadən xəbər verir ki, Kanadadakı McGill universitetinin alimlərinin qənaətinə görə, yalan dediyi üçün cəzalandırılan uşaqlar daha çox yalan danışır.

4-8 yaşında 372 uşağın qatıldığı araşdırma zamanı "düz danışmasan, bir həftə sənə kompüter yoxdur", kimi cəzaların uşaqların yalan deməsini əngəlləmədiyi ortaya çıxıb. Cəza alacağını zənn edənlər daha çox yalan danışıb.

Masanın üzərinə bir oyuncaq qoyulub və uşaqlardan 1 dəqiqə ona baxmaları istənilib. Kamerayla izlənilən uşaqların yüzdə 66-sı " Oyuncağa baxdınmı?" sualına "yox" deyərək yalan danışıb. Oyuncağa baxdıqları təqdirdə cəzalandırılacaqları deyildiyində uşaqların daha çox yalan dediyi ortaya çıxıb. "Yalan danışmasan, xoşbəxt olasısan" deyilən uşaqlar daha az yalan danışıb.

Alimlər bu nəticəyə gəliblər ki, uşaqlarla ünsiyyət zamanı "yalan deməsən, məni sevindirərsən", "düzgün adamı xoşbəxt edir" kimi cümlələr onların daha az yalan danışmasına gətirib çıxarır.

304