Harrison Ford

Əvvəl uğursuzun biri idilər, sonra milyonların sevimlisinə çevrildilər

566
Dünyaca məşhur insanların ilk uğursuzluqları.

BAKI, 19 sent-Sputnik. Uğursuzluqla qarşılaşdığına görə xəyallarından əl çəkən, eşitdiyi sözlərə görə həvəsini və ümidini itirən, qarşılaşdığı çətinliklərdən yorulub yarı yolda arzularından imtina edən insanların hekayələrini, yəqin ki, eşitmisiniz. Bəlkə sizin də belə hekayəniz var. Bir də uğur qazanmış məşhur insanlar var ki, onların da həyatında bu cür hekayələr olub, ancaq onlar xəyallarından əl çəkməyib, səylə çalışaraq uğur qazanıblar.

Sputnik Cazibe on-line nəşrinin köməyi ilə məşhur insanlardan bəzilərinin ilk uğursuzluqlarını sizə təqdim edir:

Albert Eynşteyn

4 yaşına qədər danışa bilməyən Eynşteyn danışmağa kəkələyərək başlayıb. Disleksiya xəstəliyi olduğuna görə öyrənməkdə çətinlik çəkirdi. Buna görə də müəllimləri valideynlərinə "bu uşaq məktəbi bitirə bilməz, o heç vaxt uğur qazanmayacaq" demişdilər və onu məktəbdən uzaqlaşdırmışdılar. Ancaq o, öz kəşfləri ilə adının önünə "dahi" sözünü yazdıra bildi.

Henri Ford

"Ford Motors" Şirkətini yaratmazdan əvvəl düz 5 dəfə iflas etdi.

Harrison Ford

İlk filmi, demək olar ki, heç kim tərəfindən izlənilmədi.

Çarli Çaplin

İlk vaxtlar Çaplin heç bir Hollivud studiyası tərəfindən qəbul edilməmişdi.

Oliver Stoun

Oskar mükafatı ilə təltif olunmuş rejissor Stoun universitet illərində olduqca müvəffəqiyyətsiz idi. Kitab yazmağı qərara aldı, amma kitab yayımlanmadı. Universiteti bitirdikdən sonra Vyetnamda müəllimlik etdi. Sonralar çəkdiyi filmlər ona uğur qazandırdı.

Cek London

Amerikalı yazıçı Londonun ilk əsəri 600 nəşriyyat evi tərəfindən rədd edilmişdi.

Motsart

Beş yaşında bəstə yazmağa başlayan Motsart həyatı boyu aristokrat təbəqənin diqqətini cəlb etməyə çalışıb.

Pablo Pikasso

1981-ci ildə İspaniyada dünyaya gəlib. Doğumu olduqca çətin olub. Dünyaya gəldikdən sonra bir müddət nəfəs ala bilməyib. 11 yaşına qədər oxumaq, yazmaq və hesablamağı öyrənə bilməyib. İmtahanlarından müəllimlərinin yardımı ilə keçib. Miqren xəstəliyindən əziyyət çəkən Pikasso eyni zamanda, dikleksiya xəstəsi idi. Bir müddət həyatını pulsuz və ac yaşayıb. Bir rəsmin 36 fərqli versiyasını yaradıb. Bu işi ilə dövrün sənətkarlarını təqlid etməkdə günahlandırılıb. Ancaq o, 20-ci yüzilliyin ən məşhur rəssamı olub. 91 yaşında vəfat edib və son gününə kimi rəsm çəkməklə məşğul olub. Həyatı boyunca 22 mindən çox sənət əsəri yaradıb.

 

566
Teqlər:
Ford Motors, Pablo Pikasso, Motsard, Cek London, Oliver Stoun, Harrison Ford, Henri Ford, Albert Eynşteyn, Albert Eynşteyn
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Füzulidə minaya düşən şəxslərin meyitləri ailələrinə təhvil verilib

63
(Yenilənib 21:42 28.11.2020)
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

BAKI, 28 noyabr - Sputnik. 2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin mütəxəssislərindən ibarət əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib, aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının meyitləri ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

"Agentlik tərəfindən bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilər mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməmiş həmin ərazilərə təhlükəsizlik səbəbindən mülki şəxslərin girişi qəti qadağandır", - ANAMA bildirib. 

63
Teqlər:
mina, Füzuli rayonu, Füzuli, ANAMA
Aktyor Taleh Yüzbəyov, arxiv şəkli

"Əri döymüş gəlini, bir yandan da it qapdı" - Yüzbəyovdan yeni film

27
(Yenilənib 20:51 28.11.2020)
Yüzbəyovun çəkdiyi "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Taleh Yüzbəyov yeni filmini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, aktyor senaristi və rejissoru olduğu filmi "Youtube" hesabında paylaşıb. Film ailə-məişət mövzusundadır. "Karantin balladası" adlanan film karantin dövründə insanların yaşadığı maddi və mənəvi çətinliklərdən bəhs edir. Yüzbəyov film barədə özünün "Facebook" hesabında bunları deyib:

"Bu videonun senarisini mayda yazıb, karantinə görə ancaq avqustda çəkə bildik. Sentyabrın 28-i paylaşmaq istəyirdik ki, müharibə başladı. İkinci korona dalğasında gecikmiş video olsa da paylaşmaq istədik".

Qeyd edək ki, "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

27

"Qafqazın Xirosiması" - fransız kanalı Ağdamı belə adlandırdı

0
(Yenilənib 21:43 28.11.2020)
“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir" - France-24.

BAKI, 28 noyabr - Sputnik. “France-24” kanalı işğaldan azad edilmiş Ağdam rayonu haqqında reportaj yayımlayıb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, reportajda münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməli olduğu bildirilir. Qeyd edilir ki, bununla da Azərbaycan Dağlıq Qarabağın ətrafındakı 7 rayonun hamısını geri qaytarmış olacaq.

Kanalın xüsusi müxbirləri Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin Ağdamdan hazırladıqları reportajda deyilir:

“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir. Bu gün Ağdamda hələ də qalan yeganə bina məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Buranın sakinləri köç etmək məcburiyyətində qaldı. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər”.

Reportajda Ağdam sakini Zülfü Qasımovun bu fikirlərinə də yer verilir: “Belə bir şəhəri bu günə salmaq olarmı? Bu evləri belə dağıtmaq olarmı? Siz bu evlərin keçmişini görsəydiniz bilərdiniz ki, ən müasir evlər, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda olub. Onlar bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki qalmaqları mümkün deyildi. Ona görə də əllərinə düşən hər şeyi dağıdıblar”.

Reportajda qeyd edilir ki, bərpa işlərindən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan tərəfindən azad edilmiş digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları bu istiqamətdə işə başlayıblar.

ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov deyir ki, 4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar aşkar edilərək zərərsizləşdirilib.

Reportajda, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə vurulmuş ziyanı 10 milyardlarla dollar həcmində dəyərləndirdiyi və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcəyi diqqətə çatdırılır.

0
Teqlər:
Xirosima faciəsi, Xirosima, Qafqaz, ANAMA, Ağdam şəhəri, Ağdam