Turkish Airlines Boeing 777-300

Türk hava yolları şəhid ailələrinə 20% endirim edəcək

2519
(Yenilənib 16:03 19.09.2015)
"Türk Hava Yolları" və "Anadolu Jet" şirkətləri ölkədaxili uçuşlarda şəhid ailələrinə 20%-lik endirim edəcək.

BAKI, 19 sent-Sputnik. "Türk Hava Yolları" (Turkish Airlines) və "Anadolu Jet" şirkətləri ölkədaxili uçuşlarda şəhid ailələrinə 20%-lik endirim edəcək.

Sputnik "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə THY-nin mətbuat xidmətinin açıqlamasında deyilir.

Şirkətin qərarında qeyd edilir ki, endirim şəhid olanların həyat yoldaşları, valideynləri və evli olmayan, 25 yaşı tamam olmayan övladlarına şamil edilir.

 

2519
Teqlər:
Türk Hava Yolları, THY, Anadolu Jet, Turkish Airlines, Türkiyə