Boşanma

Boşanma təklifini daha çox qadınlar edir

145
Məşhur türkiyəli sosioloq Mustafa Forutən tərəfindən aparılan araşdırma nəticəsində maraqlı faktlar üzə çıxıb.

BAKI, 18 sen – Sputnik. Türkiyəli sosioloq Mustafa Forutən boşanma təkliflərinin 90%-ini qadınların verdiyini deyib. O, bunu apardığı araşdırmalarına əsaslanaraq bildirib. 

Məşhur sosioloq tərəfindən aparılan araşdırma nəticəsində maraqlı faktlar üzə çıxıb. 

"Boşanmanın əsas səbəbləri ailə içi şiddət, iqtisadi çatışmamazlıq və cinsi problemlərdir. Bunların hər biri haqqında tərəflər evlilikdən öncə mübarizə üsullarını öyrənməli, çətin günlərdə hansı yollarla ailəni saxlamağı bilməlidir. Təəssüf ki, boşanmaların 75%-i birgə həyat üsullarını bilməməyin dəhşətli nəticəsidir. Birgə həyatın ən fundamental ehtiyaclarını təmin edə bilməyən, kasıblıq və iqtisadi problemlərdən qaynaqlanan boşanmalar 25% civarındadır. Lakin bu bir həqiqədir ki, boşanmaya səbəblər arasında kasıblığın faktor olması digər faktorlara nəzərən olduqca azdır. Çox vaxt kasıblığın səbəbi, maddə asılılığı və pis vərdişlər və ya iş bəyənməmək kimi yüksək səviyyədəkilərdir".

Cinsi problemlərdən qaynaqlanan boşanmaların əhəmiyyətinə də toxunan Forutən bunları deyib: "Böyük nisbətdə baş verən boşanmaların qaynağını ər-arvad arasındakı cinsi problemlərin olması təşkil edir. Bu sahədə maarifləndirmə aparılmalıdır. Bundan başqa münaqişəli ailələrdə uşaqların tərbiyələri pozulur. Bu uşaqlardan həyatın irəli mərhələsində müvəffəqiyyətli bir evlilik gözləmək doğru deyil. Valideynlər bunu yaxşı bilməlidirlər. Onların uşaqları, istədikləri adam olmayacaq, əksinə öz davranışlarıyla ona öyrətdikləri şəkildə biri olacaq. Ana-ata, uşağını sözüylə deyil, öz davranışıyla öyrətməkdədir. Və asanlıqla demək olar ki, boşanma təkliflərinin 90%-ini qadınlar verir".

145