BBC monitoring

BBC Monitoring Azərbaycandakı fəaliyyətinə xitam verir

72
(Yenilənib 17:02 17.09.2015)
Altı ay ərzində ВВС Monitoring Azərbaycandakı fəaliyyətinə xitam verərək Tiflis şəhərinə dislokasiya olunur.

BAKI, 17 sen – Sputnik. BBC Monitoring Azərbaycandakı fəaliyyətinə xitam verir. Bu barədə Sputnik Azərbaycan öz mənbəsinə istinadən məlumat verir.

Mənbənin sözlərinə görə, 6 ay ərzində ВВС Monitoring Azərbaycandakı fəaliyyətinə xitam verərək Tiflis şəhərinə dislokasiya olunur.

BBC Monitoring-in Bakıdakı ofisində bu məlumatı şərh etməkdən imtima edibkər. BBC-nin Londondakı qərargahında, rus xidmətində şərhdən yayındılar.

BBC Monitoring-in Bürosu Azərbaycanda 15 ildən artıq müddətdə fəaliyyət göstərir. Bu dövr ərzində kəskin analitik materialların dərci də daxil olmaqla müxtəlif layihələr həyata keçirilib.

BBC Monitoring —  Böyük Britaniyanın BBC teleradioyayım korporasiyasının bölməsidir və bütün dünya üzrə TV, çap və internet mənbələrdən monitorinqin hazırlanması ilə məşğul olur.

72
Teqlər:
BBC Monitoring-in bürosu, BBC Monitoring Azərbaycan, BBC Monitoring