The word 'stop' written on a man's hand

Dünya ölkələrində bunları qətiyyən etməyin!

295
(Yenilənib 17:12 17.09.2015)
Dünyanın bir çox ölkəsində insanlar həyatlarını qeyr-adi qadağalar çərçivəsində yaşayır.

BAKI, 17 sen — Sputnik. Dünyanın bir çox ölkəsində insanlar həyatlarını qeyr-adi qadağalar çərçivəsində yaşayır. Bu qadağalar insana gülməli və qəribə gəlsə də əslində hər birinin müyyən bir səbəbi var. Onlardan bir neçəsini təqdim edək:

— Şimal Qütbündə yerləşən Lonqyirbyuen yaşayış məntəqəsində ölmək qadağandır. Çünki bölgədəki soyuq hava səbəbilə qəbiristanlıqdakı cəsədlər çürümür.

— Pensilvaniyada (ABŞ) hamamda mahnı oxumaq qadağandır.

— Kaliforniyada (ABŞ) hotel otağında portağal soymaq qadağandır.

— Hollandiyada çay kənarında sədlər olmasa da, çay sədlərini keçmək qadağandır. 

— ABŞ-ın Vermont ştatında su altında fit çalmaq qadağandır.

— Burundi Respublikasında ictimai yerdə qaçmaq qadağandır.

— İranda kişilərin saçlarını yığması qadağandır.

— Filippində aktrisa Kler Deynsin filmləri qadağandır. Bunun səbəbi isə aktrisanın bir jurnala verdiyi müsahibəsində Filippin haqqında mənfi sözlər söyləməsidir.

— Şimali Koreyada cins geyinmək qadağandır.

— Monakoda ölkə vətəndaşlarının qumar oynaması qadağandır. Dünyanın ən böyük kazinolarına sahib olan Monako dövləti yerli xalqın bura girişinə qadağa qoyub.

— İngiltərə Parlamentinin yerləşdiyi Vestminster sarayında ölmək, intihar etmək qəti qadağandır. 

— Almaniyada magistral yolda benzin üçün belə dayanmaq olmaz.

— Filippində "Frank Sinatra My Way" adlı mahnıya qulaq asmaq qadağandır.  Çünki bu mahnını dinləyən ən az 10 filippinli intihar edib.

— Cənubi Koreyada gecə yarısından sonra onlayn oyunlar oynamaq qadağandır.

— Butan dövlətində havanı kirlətdiyi üçün siqaret çəkmək qadağandır. Konstitusiyaya görə ölkənin 60 faizi meşə olmalıdır. Bundan əlavə ölkədə plastik paketlər də qadağandır.

— Taylandda avtomobil sürərkən köynək geyinmək məcburidir.

— Almaniyada evə girən oğruya yastıqla vurmaqla bıçaqlamaq arasında heç bir fərq yoxdur. İkisində də silahla bir insana hücum olaraq qəbul edilir.

— Şotlandiya bazar günləri balıq ovlamaq və inək sahiblərinin sərxoş olması qadağandır.

— İngiltərədə qadınların ictimai nəqliyyatda şokolad yeməsi qadağandır. Bundan başqa ölkədəki bütün qu quşları kraliçaya məxsus olduğu üçün öldürülməsi qadağandır.

— Kanadanın Oşava bölgəsində ağaca dırmaşmaq qadağandır.

— Avstraliyada uşaqların siqaret satın alması qadağandır. Ancaq siqret çəkməsi sərbəstdir. Bazar günləri çəhrayı şalvar geymək qadağandır.

— Alabamada (ABŞ) bazar günləri domino oynamaq qadağandır. Qatar relslərinin üzərinə duz tökmək ölüm cəzası ilə cəzalandırılır.

— Kaliforniyada (ABŞ) sakit okean sahilində kəpənəkləri narahat etmək qadağandır.

— Floridada (ABŞ) bərbərdə qadın saç quruducusunun altında yatarsa, həmin qadın da, salon sahibi də pul cəzası ilə cəzalandırılır.

— İndianada (ABŞ) meymunların siqaret çəkməsi qadağandır. Teatra getməzdən 4 saat əvvəl sarımsaq yemək qadağandır.

— Pensilvaniyada (ABŞ) evlilik mərasimi əsnasında bəy və ya gəlin sərxoş olarsa mərasim ləğv edilir. Soyuducunun qapısı açıq halda qarşısında yatmaq qadağandır.

— Ohayoda (ABŞ) avtomobilin benzininin bitməsi qadağandır.

295
Teqlər:
qeyri-adi qadağalar, qeyri-adi qadağa, maraqlı qadağalar, qadağalar, qadağa
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

7
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

7
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi
Netflix şirkətinin binası, arxiv şəkli

"Oskar" mükafatında yeni rekordçu ola bilər

5
(Yenilənib 23:25 27.11.2020)
Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanır

BAKI, 28 noyabr — Sputnik. "Netflix" 2021-ci ildə "Oskar" mükafatının təqdimetmə mərasimində "Ən Yaxşı Film" nominasiyaları üzrə yeni rekordçu ola bilər.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, "Netflix"in namizədləri arasında Aaron Sorkinin "The Trial of the Chicago 7" və Devid Finçerin "Mank", Nikol Kidmanın iştirakı ilə "Ma Rainey"s Black Bottom", Meril Stripin oynadığı "The Prom", Spayk Linin "Da 5 Bloods" filmləri və Corc Kluninin genişmiqyaslı "The Midnight Sky" layihəsi yer alıb.

Bundan əlavə, Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanıb.

Nəşrin yazdığına görə, əvvəlki rekord MGM ("Metro-Goldwyn-Mayer") kino şirkətinə məxsus olub.

5
Teqlər:
film, rekord, Netflix şirkəti, Oskar mükafatı

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

7
(Yenilənib 09:35 28.11.2020)
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də erməni işğalından azad edilib.

BAKI, 28 noyabr - Sputnik. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Həmin möhtəşəm kadrları təqdim edirik.

7
Teqlər:
Azərbaycan bayrağı, Müdafiə Nazirliyi, Üçtərəfli bəyanat, Kəlbəcərin azad olunması