Офисный сотрудник

7 saniyədə işə qəbul olunmaq

1634
(Yenilənib 13:10 16.09.2015)
NLP ustadı Babək Bayramovdan işə qəbul olunmaq istəyənlərə əvəzsiz təkliflər var.

BAKI, 16 sen — Sputnik. NLP ustadı Babək Bayramovdan işə qəbul olunmaq istəyənlərə əvəzsiz təkliflər var:

Bəzən iş görüşünə aylarla hazırlaşmağınıza baxmayaraq, işəgötürən tərəf sizə sadəcə bir neçə dəqiqə vaxt ayırır. Qısa zaman ərzində özünüzü tanıtmaq üçün sizə yetərincə vaxt ayrılmadığını düşünürsünüzsə, yalnış fikirdəsiniz. Çünki çox vaxt sizin müraciət etdiyiniz şirkətə gün ərzində onlarla insan iş üçün müraciət edir. Sizi işə qəbul edən şəxslər isə artıq insan sərrafına çevrildiklərindən iş görüşü zamanı yalnız danışığınıza deyil, bütün davranışlarınıza, hətta geyiminizin hər incə detalına belə diqqətlə yanaşırlar. Buna görə də görüşün ilk yeddi saniyəsində artıq sizi işə qəbul edib-etməmək mövzusunda dəqiq qənaətə gəlirlər. Yəni, yeddi saniyə ərzində asanlıqla işə qəbul oluna bilərsiniz. İndi bununla bağlı sizə bir neçə məsləhət vermək istəyirik.

İnsanlarda yaratdığınız ilk təəssürat çox önəmlidir.

Araşdırmalar göstərir ki, biriylə tanış olduğunuz zaman onun haqqında yaranan təəssüratınızın 93%-i həmin şəxsin görünüşü, bədən dili ilə bağlı olur. Sizin onun haqqında müəyyən fikrinizin formalaşması baxımından sözlərin əhəmiyyəti isə 7%-dir. Bir insanla ilk tanışlığınız telefon danışığı ilə baş tutduğu zaman isə onun haqqında müəyyən fikrinizin formalaşması üçün sözlərin əhəmiyyəti 30, səs tonunun əhəmiyyəti isə 70%-dir. Yəni qarşı tərəf üçün nə dediyiniz deyil, onu necə dediyiniz önəmlidir.

İstifadə etdiyiniz ilk 12 sözü diqqətlə seçin.

İnsanlarda sizin haqqınızda müəyyən fikrin formalaşmasında istifadə etdiyiniz sözlərin əhəmiyyəti az olsa da, bu zaman danışığa başlayarkən maksimum dərəcədə xoşdil, incə olmağa çalışın. Məsələn, sözlərinizə sizi bu gün vaxtından ayırıb qəbul edən şəxslərə təşəkkür edərək başlayın.

Qarşınızdakı insana adı ilə müraciət edin.

Bir insana qarşı göstərəcəyiniz ən incə münasibət ona öz adıyla müraciət etməyinizdir. Yeni tanış olmağınıza baxmayaraq, qarşınızdakı insan da sizdən bu münasibəti gördüyünə məmnun olacaq.

Saçınıza diqqət yetirin. 

Yuxarıdakı maddədə xarici görünüşün əhəmiyyətindən danışdıq. Xarici görünüşə fikir verərkən insanın diqqətini çəkən ən önəmli hissə üz və saçdır. Unutmayın ki, sizi qəbul edən şirkətlər ilk olaraq sizin başınızın içini deyil, üstünü görürlər. Heç bir şirkətin işə qəbul qaydalarında isə “Saçları dağınıq, səliqəsiz insanlara üstünlük verilir” kimi bənd yoxdur.

Ayaqqabılarınızın təmiz olmasına diqqət edin.

İnsanların üzünüzdən sonra baxdıqları ikinci nöqtə ayaqqabılarınızdır. Siz bu məqama o qədər də diqqət yetirməyə bilərsiniz, amma ayaqqabılarınız səliqəsiz olduğu halda sizi işə qəbul edənlər incə detallara qarşı diqqətsiz olduğunuzu düşünəcəklər.

Sürətli yeriyin.

Araşdırmalar göstərir ki, cəld yeriməyi bacaran insanlar digərlərinə nisbətən 10-20% daha enerjili olurlar. Elə işəgötürənin axtardığı işçi modeli də məhz belə insanlardır. Buna görə də ən azından sizi müsahibəyə dəvət edən insanların yanında daha cəld, çevik hərəkət etməyə çalışın.

Yaxşı əl sıxmağı öyrənin.

Potensial işəgötürənlə tanış olduğunuz zaman ilk etdiyiniz hərəkət əl uzatmaq, görüşməkdir. Əksər iş adamları üçün yaxşı əl sıxmağı bacaran şəxs həm də özündən əmin biridir. Buna görə də hələ söhbətə başlamazdan əvvəl sizi işə qəbul edənlə görüşən zaman onun əlini tam olaraq tutub özünüzdən əmin şəkildə sıxmağınız lazımdır.

Bədən dilinizdən bacardığınız qədər yaxşı istifadə edin.

İnsanlarda özünüz haqqında müsbət təəssürat yaratmağın digər bir yolu da təbəssümdür. Bundan başqa görüş zamanı işə qəbul edənlə göz təması qurmağınız və onun sözlərini tam diqqətlə dinlədiyinizi hiss etdirməyiniz qarşı tərəfdə sizin haqqınızda müsbət təəssürat yaradacaq. Buna görə də çalışın ki, söhbətə xırda müdaxilələrinizlə qarşınızdakı insana onun danışdıqlarından xəbərdar olduğunuz, bu mövzu ilə yaxından maraqlandığınız mesajını ötürəsiniz.

Əvvəldə də qeyd etdiyimiz kimi bəzən bir müsahibəyə aylarla hazırlaşırıq. Bəzən isə heç təsəvvür etmədiyimiz yerdə potensial işəgötürənlə qarşılaşırıq. Buna görə də çalışmaq lazımdır ki, hər zaman belə surprizlərə hazır olaq və istədiyimiz işi əldə etmək üçün maksimum dərəcədə çalışaq.

1634
Teqlər:
NLP ustadı, vakansiya, elan, işsizlik, iş axtarmaq, işə qəbul olmaq, işə qəbul, işə girmək, Babək Bayramov
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

14
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

14
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar