İt uşağı əmizdirərək ölməyə qoymadı

İt atılmış körpəni əmizdirərək ölməyə qoymadı

2033
(Yenilənib 21:12 06.09.2015)
Əyyaş anası tərəfindən atılmış Rəinə onu əmizdirən itin sayəsində həyatda qaldı.

BAKI, 6 sent-Sputnik. Əyyaş anası tərəfindən amansızcasına küçəyə atılan 2 yaşlı uşaq bir emalatxanada it tərəfindən əmizdirilərkən tapılıb.

Sputnik Türkiyənin "Haberler" on-line nəşrinə istinadən xəbər verir ki, hadisə Çilidə baş verib.

Emalatxananın yaxınlığından keçərkən bir itin uşağı əmizdirdiyini görən şəxs dərhal polisə zəng vuraraq vəziyyəti bildirib. Polis hadisə yerinə gəlib və uşağı götürərək xəstəxanaya aparıb. Səhv qidalandırıldığı müəyyən edilən uşağı bitin basdığı və dəri infeksiyasına yoluxduğu məlum olub.

Polis rəisi Dieqo Gajardo (Diego Gajardo)müayinə və müalicə edilən körpənin uşaq evinə yerləşdirildiyini bildirib.

Gajardo deyib ki, uşaq xəstəxanada olarkən anası da ora gəlib. Bu zaman "ana" dəhşətli dərəcədə sərxoş olub. Uşağın üzərində hər hansı zorakılıq əlamətləri qeydə alınmadığından, "ana" haqqında hüquqi ölçü götürülməyib.

2033
Teqlər:
Haberler, it, Çili, Chili, Diego Gajardo, Türkiyə, polis, uşaq, Rəinə, Çili