Продукты в магазине

Bu marketlərdən ərzaq almaq məsləhət deyil

96
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti saxlama müddəti ötmüş malların satıldığı mağazaları aşkarlayıb.

BAKI, 4 sent-Sputnik. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

Sputnik Nazirliyin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı

Gəncə şəhərində

— M.Abbaszadə küçəsi, 65 ünvanında Sərdar Əsgərliyə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Yasamal rayonunda

— M.Müşfiq küçəsi, 15/17 ünvanında Süleyman Süleymanova məxsus mağazada;

— Tbilisi prospekti, 43 ünvanında Əjdər Baxşiyevə məxsus mağazada;

Nəsimi rayonunda

— H.Seyidzadə və Mir Cəlal küçələrinin kəsişməsində “Novruz LTD” firmasına məxsus “Çinar” restoranında;

— S.Rəhimov küçəsi,190 ünvanında Elmar Həsənova məxsus mağazada;

Binəqədi rayonunda

— 8-ci mikrorayon, H.Hüseynov küçəsi, 15 ünvanında Tofiq Nuruyevə məxsus “Qızıl gül” kafesində;

Sabunçu rayonunda

— Bakıxanov qəsəbəsi, M.Fətəliyev prospekti, 27C ünvanında Yunis Qəmbərova məxsus “Durna teli” restoranında;

Beyləqan şəhərində

— S.Qazıyeva küçəsində Aqşin Bayramova məxsus mağazada;

Xaçmaz rayonunda

— Qusarçay kəndində Vahid Ələnmədova məxsus kafedə normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Binəqədi rayonunda

— Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, 4 ünvanında Yasəmən Şükürovaya məxsus mağazada;

— S.Məmmədova küçəsi, 41D ünvanında Bədirnisə Əliyevaya məxsus mağazada;

Yasamal rayonunda

— Yeni Yasamal qəsəbəsi, 8 ünvanında Vüsal Hacıyevə məxsus mağazada;

Abşeron rayonunda

— Mehdiabad qəsəbəsində Elçin Abdullayevə məxsus mağazada;

Goranboy rayonunda

— Qaraçinar kəndində Qaçay Quliyevə məxsus mağazada;

Samux rayonunda

— Sərkar kəndində Müslüm İsmayılova məxsus mağazada;

Ağcabədi rayonunda

— Hacıbədəlli kəndində Hüseyn Murtuzova məxsus mağazada;

Beyləqan şəhərində

— M.Ə.Rəsulzadə küçəsində Nazim Abbasova məxsus mağazada;

Biləsuvar şəhərində

— M.İbrahimov küçəsində Xudaverdi Kazımova məxsus mağazada;

Qəbələ rayonunda

— Zarağan kəndində Mahir Məsimova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və “Facebook” səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

96
Təqaüdçü qadın, arxiv şəkli

Pensiyaçıların həsrətlə gözlədiyi xəbər gəldi - artımların vaxt veriləcəyi açıqlandı

11
(Yenilənib 13:57 20.01.2021)
Pensiyaların 2021-ci ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Bu ildən əmək pensiyalarının orta məbləği 338 manat, yaşa görə pensiyaların məbləği isə 370 manat olacaq. 2021-ci ilin yanvar ayı üzrə pensiyalar ödənilsə də, pensiyalara artım hesablanmayıb. Sputnik Azərbaycan pensiyaların artımının nə vaxtdan ödəniləcəyini araşdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, Dövlət Statistika Komitəsindən orta aylıq nominal əmək haqqına dair məlumatlar nazirliyə göndərildikdən və Prezidentin müvafiq sərəncamından sonra pensiyalar yanvar ayının artımı daxil olmaqla ödəniləcək. Nazirlik bu məsələdə icraedici funksiya daşıyır.

Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda isə bildirilir ki, 2020-ci il üzrə istehlak qiymətləri indeksinə dair məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə artıq göndərilib:

"Orta aylıq nominal əmək haqqına dair məlumatlar isə Dövlət Statistika Komitəsinin Statistik işlər proqramına uyğun olaraq cari ilin fevral ayının ilk ongünlüyündə təqdim ediləcək".

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur. Cari il üçün pensiyaların indeksləşdirilərək artırılması da Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunacaq rəsmi məlumatda 2020-ci il üzrə ölkəmizdə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsasında həyata keçiriləcək. Pensiyaların 2021-ci ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.

11
Məktəblərin birində, arxiv şəkli

Bu şagirdlərin summativ qiymətləndirilməsi aparılmayacaq

22
(Yenilənib 12:52 20.01.2021)
II-XI sinif şagirdlərinin qiymətləndirilməsi fənni tədris edən müəllim tərəfindən distant formada aparılır.

BAKI, 20 yanvar — Sputnik. Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə bu, Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.

II-XI sinif şagirdlərinin qiymətləndirilməsi fənni tədris edən müəllim tərəfindən distant formada aparılır. Qiymətləndirmə 100 ballıq şkala ilə ölçülür.

22
Teqlər:
Azərbaycan Təhsil Nazirliyi, Təhsil Nazirliyi
Neft, arxiv şəkli

Azərbaycan nefti bu gün özünü necə aparıb?

0
(Yenilənib 13:59 20.01.2021)
Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 20 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,02 dollar artaraq 56,39 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,40 dollar artaraq 56,30 dollar, "Light" markalı neftin qiyməti isə 0,43 dollar bahalaşaraq 53,41 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0
Teqlər:
"Brent" markalı neft, Brent, "AzeriLight" markalı neft, "AzeriLight", Azərbaycan nefti, neft, Neft