ЗАО Азербайджанские железные дороги

Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının hərəkət intervalı açıqlanıb

90
(Yenilənib 17:04 04.09.2015)
Elektrik qatarları səhər saat 6:00-12:00 aralığında 30 dəqiqə, saat 12:00- 16:00 aralığında 1 saat, saat 16:00- 24:00 aralığında 30 dəqiqə intervalı ilə hərəkət edəcək.

BAKI, 4 sen — Sputnik. Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının marşrutu məlum olub.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, sentyabrın 15-dən Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 8 elektrik qatarı işləyəcək.

Sərnişin qatarları Bakı Dəmiryol Vağzalı-Keşlə-Biləcəri-Xırdalan-Güzdək-Sumqayıt sərnişin stansiyası marşrutu ilə hərəkət edəcək. N. Əzməmmədov qeyd edib ki, artıq Sumqayıt sərnişin stansiyasında köhnə inzibati bina sökülüb, bu günlərdə yeni, ikimərtəbəli, müasir standartlara cavab verən inzibati binanın tikintisi başlayacaq. Eyni zamanda artıq Sumqayıt sərnişin stansiyasında yeni platforma, sərnişinlərin təhlükəsiz hərəkəti üçün tunel sentyabrın 15-dən istifadədə olacaq.

Bu marşrutla hərəkət edəcək 8 qatardan 3-ü ikimərtəbəlidir. Bu 3 qatar “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarlarıdır. Bu elektrik qatarlarının hər biri 4 vaqondan ibarətdir. Ümumi sərnişin tutumu 919 nəfər olan qatarda 396 oturacaq var ki, bunun da 84-ü biznes-sinfinə aiddir. İlin sonunda ikimərtəbəli qatarlardan ikisi də gətiriləcək və beləliklə bu xətdə 5 ikimərtəbəli qatar hərəkət edəcək.

Sərnişin qatarları səhər saat 6-dan hər iki istiqamətdə hərəkətə başlayacaq və 40 dəqiqəyə Sumqayıtdan Bakıya və əks istiqamətə çatacaq. Səhər saat 6:00-an səhər saat 12:00 aralığında qatarlar həm Bakıdan, həm də  Sumqayıtdan  30 dəqiqə intervalı ilə çıxacaq. Səhər saat 12:00-dan günorta saat 16:00 aralığında elektrik qatarlarının hərəkət intervalı 1 saat olacaq. Günorta saat 16:00-dan gecə saat 24:00 aralığında elektrik qatarları yenə 30 dəqiqə intervalı ilə hərəkət edəcək. Bu intervalların tətbiqi gün ərzində sərnişin sıxlığı ilə əlaqədar müəyyənləşdirilib.

N. Əzməmmədov onu da bildirib ki, növbəti mərhələdə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində elektrik qatarları dairəvi dəmir yolu xətti ilə hərəkət edəcək. Çünki tədricən Sumqayıtdan Abşeron rayonunun Saray, Goradil, Fatmayı, Pirşağı, Kürdəxanı, Zabrat, Sabunçu, Bakıxanov qəsəbələrini əhatə edən marşrut istifadəyə veriləcək və beləliklə, Bakı-Sumqayıt dəmir yolu xətti dairəvi olacaq.

Bakı-Xırdalan-Sumqayıt elektrik qatarlarına biletləri  sərnişinlər həm vağzallarda kassadan, həm də avtomatik işləyən terminallara pul ödəməklə alacaqlar. Biletləri bütün stansiyalardan almaq mümkün olacaq. Sonradan isə biletlərin kartla satış sisteminin tətbiqi nəzərdə tutulub.

90
Teqlər:
Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarı, Bakı-Xırdalan-Sumqayıt, Azərbaycan Dəmir Yolları QSC, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Dəmir Yolları, Nadir Əzməmmədov, Azərbaycan
Məktəbdə dərs prosesi, arxiv şəkli

Müəllimlərin nəzərinə: Qiymətləndirmə qaydası açıqlandı

7
(Yenilənib 15:47 20.01.2021)
Bu barədə Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.

BAKI, 20 yanvar — Sputnik. Xüsusi karantin rejimində summativ qiymətləndirmə zamanı suallar hər sinif və fənn üzrə 4 müxtəlif səviyyədə tərtib edilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.

1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20 faizini (20 bal), 2-ci səviyyə üzrə 30 fazini (30 bal), 3-cü səviyyə üzrə 30 faizini (30 bal) və 4-cü səviyyə üzrə 20 faizini (20 bal) təşkil edir. Qiymətlər "2", "3", "4" və "5" olaraq müəyyənləşdirilir. 30 baladək suallar (30 da daxil olmaqla) "2", 30 baldan 60-dək (60 da daxil olmaqla) "3", 60 baldan 80-dək (80 də daxil olmaqa) "4", 80 baldan 100-dək (100 də daxil olmaqla) "5" kimi qiymətləndirilir.

7
Teqlər:
Təhsil Nazirliyi, məktəbli, məktəb, müəllimlər, müəllim
Bakıda klinikaların birində koronavirus testi

Azərbaycanda koronavirus: rəqəmlər azalır

6
(Yenilənib 17:05 20.01.2021)
İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib

BAKI, 20 yanvar - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib, aktiv xəstə sayı 7 367 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 991, ötən müddət ərzində isə ümumilikdə 2 336 498 test aparılıb.

6
Teqlər:
statistika, Azərbaycan, test, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər

Milyon damla qərənfil: Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini yad edir - FOTO

0
(Yenilənib 16:48 20.01.2021)
Azərbaycanda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunur. Minlərlə insan 1990-cı ilin yanvarın 20-də Bakıda baş verən faciənin qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edib.

Hər il olduğu kimi, Ümumxalq Hüzn günündə minlərlə insan səhər saatlarından Şəhidlər Xiyabanında gedərək, günahsız qurbanların məzarlarına güllər qoyub. İnsanlar şəhidlərin xatirəsini yad etmək üçün onların məzarlarının qarşısında dayanıblar. Bu gün ümummilli faciə günü olmaqla yanaşı, həm də insanları birləşdirib. Kədər ilə yanaşı, insanlar Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olanlarla qürur duyurlar.

Hər il olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu il Şəhidlər Xiyabanında hərbi formada olan insanların sayı ötən illərlə müqayisədə daha çox olub. Şəhidlərin xatirəsini Vətən müharibəsinin iştirakçıları da yad etməyə gəliblər.

Bakı vaxtı ilə saat 12:00-da Azərbaycan bir dəqiqəlik sükuta qərq olub. Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciənin 31-ci ildönümündə bütün ölkə o məşum gecədə qətlə yetirilmiş günahsız insanların xatirəsini 1 dəqiqəlik sükutla yad edib. Gəmilər fit verib, avtomobillər hərəkəti dayandırıb, hamı şəhidlərə ehtiramını nümayiş etdirib.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

0
  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.