ДЕРЕВО

Sizə Yer kürəsində bitən ağacların sayı barədə səhv məlumat verilib

44
(Yenilənib 17:03 03.09.2015)
Alimlər peykdən çəkilən şəkillərə əsasən aparılan hesablamaların səhv olduğu qənaətinə gəliblər.

BAKI, 3 sent – Sputnik. Yer kürəsində təxmini olaraq 3 trilyon ağac bitir, 15 milyard isə hər il kəsilir. 

Sputnik Trend-ə istinadən xəbər verir ki, bu barədə alimlər məlumat yayıblar. 

"Biz meşə sıxlığının dünya xəritəsini hazırlamışıq. Bu xəritə göstərir ki, Yer kürəsində 3,04 trilyon ağac var. Bu göstərici əvvəlkilərdən daha çoxdur" — deyə ekoloq-alimlər bildiriblər. 

Bundan əvvəl, peykdən çəkilən şəkillərə əsasən dünyada 400 milyard ağacın olduğu hesab olunurdu. Lakin alimlərin Amazon çayı ətrafında mindən çox sahədə apardığı hesablamalara görə, yalnız o rayonda 390 milyard ağac olduğu öyrənilib. Buna görə də, Yer kürəsinin ağac sayını yenidən müəyyənləşdirmək qərarı verilib.

44