Flag of Greece

Yunanıstanda qədim sivilizasiyanın qalıqları tapıldı

60
Mikena sivilizasiyasına aid qədim saray xarabalıqları Sparta vilayətində aşkarlanıb.

BAKI, 3 sen – Sputnik. Yunanıstanın cənubunda eramızdan əvvəl XVI-XVII əsrlərə aid qədim saray xarabalıqları tapılıb. 

Mikena sivilizasiyasına aid qədim saray xarabalıqları Sparta vilayətində aşkarlanıb.

Arxeoloji qazıntılar zamanı sitayişlə əlaqəli olduğu təxmin edilən gil heykəlciklər, qılınclar, mozaika parçaları və digər maddi mədəniyyət nümunələri aşkarlanıb.

Əldə olunan materiallar miken inancları və əhalinin dil sistemləri haqqında yeni məlumatlar əldə etməyə imkan verəcək, eləcə də həmin dövrdə bölgənin siyasi, inzibati, iqtisadi və sosial vəziyyəti barədə gələcək tədqiqatlara kömək edəcək.

60