65 saylı marşrut avtobusu

Bakıda marşrut xətlərində dəyişikliklər bir həftə sonra qüvvədə olacaq

44
(Yenilənib 11:41 01.09.2015)
Bakıda 1 saylı marşrut avtobusunun fəaliyyətə başlama vaxtı texniki səbəblərdən 1 həftə müddətinə uzadılır. Bu barədə Trend-ə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində deyiblər.

BAKI, 1 sen — Sputnik. Bakıda 1 saylı marşrut avtobusunun fəaliyyətə başlama vaxtı texniki səbəblərdən 1 həftə müddətinə uzadılır. Bu barədə Trend-ə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində deyiblər.

Belə ki, 1 saylı marşrut avtobusu sabahkı tarixdən yox, təqribi olaraq 6-7 gün sonra fəaliyyətə başlayacaqdır. Bu səbəbdən hələlik digər (11, 8, 136, 184) marşrut xətlərində dəyişikliklər də 1 saylı marşrut avtobusu fəaliyyətə başladığı gündən tətbiq olunacaqdır.

Qeyd edək ki, bu müddətin uzadılması ləğv olunan 100 və 132 saylı marşrut avtobuslarına aid deyil.

44
Teqlər:
marşrut xətləri, Bakıda marşrut xətləri, NİİM, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, Bakı, Azərbaycan