Bu qidaları yeyin, sizi kökəlməkdən qorusun!

5032
(Yenilənib 15:20 31.08.2015)
Səhər yeməyində acı bibər yeyin, görün nə baş verir.

BAKI, 31 avq – Sputnik. Aşağıda adları çəkilən qida məhsulları insanı artıq kilodan xilas edir və kökəlmənin qarşısını alır.

Yumurtanın tərkibi bütünlükdə zülal olduğu üçün insana toxluq hissi verir. Gündə bir ədəd qaynadılmış yumurta, yanında az miqdarda yağsız pendir və bir dilim çörək sizi gün ərzində tox saxlaya bilər. 

Heyva, alma və armud. Bu üç meyvənin tərkibində bol miqdarda lif olduğu artıq 100 il öncədən tibbdə sübut olunub. Xüsusilə şəkər və xolesterolu aşağı salmağa yardımçı olan bu meyvələri tez-tez yemək faydalıdır. Yemək aralarında qəbul edildikdə özünüzü tox hiss etməyi təmin edir. 

Yeməyin içində ət olması toxluq hissini artırır. Ətdə və balıqda bol olan amin turşusu, o cümlədən zeytun yağının tərkibindəki omeqa 6 yağ turşuları, əzələlərinizin kalori sərfiyyatını asanlaşdırır. Bu səbəblə gündə bir yemək qaşığı qədər zeytun yağı qəbul etmək faydalıdır.

Çay qaşığının dörddə biri qədər darçın yemək insulin artımının qarşısını alır və acmağınıza maneə olur.

Sirkə mədənin boşalmasını yavaşladaraq daha uzun müddət tox hiss etməyizi təmin edir.

Yeməkdən əvvəl bir stəkan sıxılmış qreyfurt suyu içmək də size kökəlməyə qoymayacaq. 

Bu meyvənin tərkibindəki fitokimyasal maddələr insulin səviyyəsini aşağı salaraq iştahı azaldır.

Tərkibində A və C vitaminləri olan xiyar az kalorili qida hesab olunur. Xüsusilə qəlyanaltıda istifadə edilməsi tövsiyyə olunur.

Qabıqlı meyvələrdən olan qoz və yer fındığı, fasiləsiz yemək vərdişinizin qarşısını almaqda sizə kömək edir. Bu meyvələr həmçinin sağlam qidalanmanın əsasını təşkil edir.

Gündə bir dəfə də olsa acı bibər yemək, iştahanızı nəzarətdə saxlamağa yardımçı olur. Araşdırmalar göstərir ki, səhər yeməyində acı bibər yeyənlər nahar vaxtı daha az qida qəbul edirlər.

5032
Teqlər:
qəlyanaltı, armud, alma, heyva, yumurtanın tərkibi, qida məhsulları, bibər, Acı bibər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

7
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

7
A journalist makes a video of the Instagram logo

"Instaqram"da yeni funksiya yaradılır

11
İstifadəçilər “Live Rooms”un yardımı ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə biləcəklər.

BAKI, 1 mart - Sputnik. Instagram sosial şəbəkəsi “Live Rooms” funksiyasını istifadəyə verəcək.

Bu barədə “Report” şirkətin saytına istinadən xəbər verir.

Qeyd edilir ki, yeni proqram dörd nəfərə qədər istifadəçini birbaşa yayıma qoşmağa imkan yaradacaq.

"Bu gün sizə dörd nəfərə qədər istifadəçiyə Instaqramda birbaşa yayım aparmağa imkan verəcək “Live Rooms” funksiyasını təqdim edirik. Əvvəl birbaşa yayımı yalnız bir nəfərlə apara bilirdiniz, amma indi sizə birbaşa yayımınızı "üçqat artırmağa" imkan veririk", - xəbərdə deyilir.

Şirkət həmçinin qeyd edib ki, funksiya daha çox biznes qurmaq və pul qazanmaq imkanları yaradacaq. İstifadəçilər “Live Rooms”un köməyi ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə bilərlər. Bunlar arasında birbaşa yayımda alqı və vəsait yığımı da var.

“Live Rooms” funksiyası yaxın vaxtlarda bütün dünyada mümkün olacaq.

11