Qadınların bədən hərəkətləri kişilərə nə deyir?

Qadınların bədən hərəkətləri kişilərə deyir?

4459
(Yenilənib 15:38 24.08.2015)
Psixoloqlar hesab edirlər ki, kişilər nahaq yerə qadınlarla söhbət edərkən onların bədən dillərinə fikir vermirlər.

BAKI, 24 avq – Sputnik. Psixoloqlar hesab edirlər ki, kişilər nahaq yerə qadınlarla söhbət edərkən onların bədən dillərinə fikir vermirlər. Çünki qadınlar bəzi jestləri ilə kişilərə çox şey demək istəyirlər.

Sputnik “Pembekafe” saytına istinadən qadınların bəzi hərəkətlərinin açmasını təqdim edir:

1. Əgər qadın sizinlə danışarkən gözlərini iri açırsa, bu həmin qadının sizdən xoşlandığı mənasını verir. 

2. Normal ünsiyyət halında qadınların ancaq əllərinin üstünü və qollarını görürük. Ancaq əgər qadın sizinlə danışarkən biləyini və yaxud ovucunun içini göstərərsə, bu həmin qadının sizinlə maraqlandığı və sizdən qarşılıq gözlədiyini bildirər. 

3. Daha da maraqlısı, əgər söhbət elədiyiniz xanım, ünsiyyət əsnasında əlləri ilə ayaqlarına toxunarsa, bu tamamilə sizin diqqətinizi çəkmək üçündür. Yəni həmin qadın o an sizi bəyənmiş və sizdə özünə qarşı maraq oyandırmağa çalışırmış deməkdir. 

4. Ən önəmlisi, üz-üzə danışıq zamanı qadın əlini sinəsinə tərəf uzadırsa, bu sizinlə ailə qurmaq və sizə sağlam uşaq verməyə hazır olduğu mənasını verir.

5. Əlinin davamlı olaraq ağzında olması, dodaqlarını yeməsi, saçlarıyla oynaması, diqqətli baxışları, bir və ya iki əlini birdən ayaqlarına toxundurması. Bütün bunlar hamısı qadının xoşlandığı kişini özünə cəlb etməyə çalışmasıdır.


4459
Teqlər:
Qadınların bədən dili, qadın-kişi münasibətləri, qadın-kişi
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

15
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

15
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar