Yanacaqdoldurma

Benzində sürücülərə ən çox "atan" yanacaqdoldurma məntəqəsi məlum oldu

1464
(Yenilənib 20:32 20.08.2015)
Azərbaycanda elə bir sürücü tapılmaz ki, yanacağın keyfiyyətindən, yanacaqdoldurma məntəqələrində isə yanacağın çənə fərqli, yəni az vurulmasından narazılıq etməsin. Az qala hər yanacaqdoldurma məntəqəsində yanacaq çəninə fərqli tutumda yanacaq vururlar.

BAKI, 20 avq — Sputnik. Azərbaycanda elə bir sürücü tapılmaz ki, yanacağın keyfiyyətindən, yanacaqdoldurma məntəqələrində isə yanacağın çənə fərqli, yəni az vurulmasından narazılıq etməsin. Az qala hər yanacaqdoldurma məntəqəsində yanacaq çəninə fərqli tutumda yanacaq vururlar.

Məsələn, elə yanacaqdoldurma məntəqəsi var ki, çəni yarıya kimi doldurub 300 km sürmək olur, amma eləsi də var ki, heç 250 km-i normal getmək olmur. 

Avtosfer.az bu və digər məqamları nəzərə alaraq maraqlı bir sorğu keçirib. Sorğu iki aya yaxın müddətdə davam edib. Ümumilikdə, sorğuda 4389 nəfər iştirak edib. «Hansı yanacaqdoldurma məntəqəsində daha çox benzin kəsirlər» sualına respondentlər aşağıdakı şəkildə cavab veriblər:

Azpetrol — 1440 nəfər

LUKoil 1362 nəfər

SOCAR — 1021 nəfər

X-Petrol — 80 nəfər

BNQ Petrol — 34 nəfər

İST Petrol — 523 nəfər

ABU Petrol — 316 nəfər

Çıraq Petrol — 64 nəfər

OSCAR Petrol — 83 nəfər

1464
Teqlər:
benzin, yanacaqdoldurma, yanacaqdoldurma məntəqəsi, OSCAR Petrol, Çıraq Petrol, ABU Petrol, İST Petrol, BNQ Petrol, X-Petrol, LUKoil, Azpetrol, SOCAR, Azərbaycan
Timsah, arxiv şəkli

Timsah 8 yaşlı qızı uddu - VİDEO

4
"Youtube" şəbəkəsində yayımlanan videoda isə qızın timsahın mədəsindən çıxarılma anı və yaxınlarının göz yaşları öz əksini tapıb.

BAKI, 6 mart — Sputnik. İndoneziyada dəhşətli olay baş verib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İndoneziyanın Borneo adasında timsah 8 yaşlı qızı udub. Bir gün sonra isə qızın cansız bədəni heyvanın mədəsindən çıxarılıb.

Hadisənin necə baş verməsinə gəldikdə isə, atası 8 yaşlı qızının çayda üzərkən timsahın hücumuna məruz qaldığını, ona kömək etmək istədiyini, lakin bir şey edə bilmədiyini deyib. 

"Youtube" şəbəkəsində yayımlanan videoda isə qızın timsahın mədəsindən çıxarılma anı və yaxınlarının göz yaşları öz əksini tapıb.

4
Təhsil Nazirliyi

Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salınıb - SƏBƏB

93
Müvafiq məlumatlar vətəndaşların şəxsi kabinetinə və telefon nömrələrinə göndərilib. İmtahanın keçirilmə vaxtı və yeri barədə yenilənmiş məlumatlar texniki profilaktik işlər yekunlaşdıqdan sonra elan olunacaq

BAKI, 6 mart - Sputnik. 6 mart saat 16:00 tarixində keçirilən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test mərhələsində yaranmış texniki nasazlıqla əlaqədar imtahan dayandırılıb və növbəti tarixə təxirə salınıb.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan tarixdə imtahanda iştirak etmiş hər bir iştirakçı təkrar imtahana cəlb olunacaq və onlara yeni sual variantı təqdim olunacaq.

"Eyni zamanda bildiririk ki, texniki profilaktik işlərin görülməsi ilə əlaqədar 7 mart 2021-ci il tarixində keçirilməsi planlaşdırılan direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahan mərhələsi təxirə salınıb.

Müvafiq məlumatlar vətəndaşların şəxsi kabinetinə və telefon nömrələrinə göndərilib. İmtahanın keçirilmə vaxtı və yeri barədə yenilənmiş məlumatlar texniki profilaktik işlər yekunlaşdıqdan sonra elan olunacaq".

93