GöyGöl

Göygölü zibilləyənlərin adları "qara siyahı"ya salınacaq

39
(Yenilənib 11:53 19.08.2015)
Vaqif Cavadov: Ərazidə xüsusilə uşaq bezlərinin çox olması xanımlarımızın təbiətə qarşı necə məsuliyyətsiz və laqeyd yanaşdığını göstərir.

BAKI, 19 avq-Sputnik. Göygöl ərazisinə əhalinin girişi müvəqqəti dayandırılıb. Buna səbəb gölün və ətrafının təmizlənməsi ilə bağlı həyata keçirilən tədbirlərdir. Göl ərazisinə buraxılış gün ərzində bərpa ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Vaqif Cavadov Lent.az-a bildirib ki, nazirlik tərəfindən göl ərazisində həftədə bir gün sanitar gün elan edilib: “Milli Parkın əməkdaşları gün ərzində ərazini təmizləyəcəklər və bundan sonra turistlərin buraya buraxılmasına icazə veriləcək. Dünən əməkdaşlarımız ərazidə daha 30 zibil qutusu yerləşdiriblər. Həmçinin 10 min zibil torbası paylanılıb. Lakin bununla belə bəzi turistlər insanlığa sığmayan hərəkətlər edirlər. Hətta elə olur ki, zibil qutusundakı zibil torbasını çıxarırlar və zibili yerə töküb torbanı özləri ilə aparırlar. Ərazidə xüsusi ilə uşaq bezlərinin çox olması xanımlarımızın təbiətə qarşı necə məsuliyyətsiz və laqeyd yanaşdığını göstərir”.

V.Cavadov əlavə edib ki, Göygölün yaxınlığında yerləşən Maralgölün ətrafına da xeyli zibil qutuları yerləşdirilib: “Biz lazım olan bütün tədbirlər görürük. Hətta polisə də müraciət etmişik ki, müəyyən şəxslər barəsində tədbirlər görsünlər. Bundan başqa ərazidə xeyli müşahidə kameraları quraşdırılacaq. Çünki əraziyə girişdən gölədək olan məsafə 5 kilometrdən çoxdur və burada daimi nəzarətedici sistem olmalıdır. Bundan başqa “qara siyahı”nın da tərtib edilməsi nəzərdə tutulub. Biz bu siyahıya düşən, yəni gölü zibillədiyi üçün cərimələnən şəxslərin hamısının adını nazirliyin saytında yerləşdirəcəyik”.

Nazirlik rəsmisi həmçinin qeyd edib ki, ərazidə xeyli xəbərdarlıqedici, qadağanedici və istiqamətləndirici lövhələr var. Bununla belə bəzi insanlar yemək qalıqlarını, boş qabları və digər tullantıları yerə atırlar.

İki gündür ki, sosial mediada Göygölün və ətrafının bura istirahətə gələn insanlar tərəfindən çirkləndirilməsi ilə bağlı xəbərlər və görüntülər yayılıb.

39
Teqlər:
Göygöl zibilliyi, Göygöl bağlanıb, Göygölə giriş, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təbiət Ərazilərinin İnkişafı Departamenti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Vaqif Cavadov, Maralgöl, Göygöl dövlət təbiət qoruğu, GöyGöl, Azərbaycan
Hövsanda çirkli ərazi

Xəzərə tullantıların atılması azalıb

2
"ETSN sadəcə tullantıların idarəedilməsinə nəzarət edir, amma bələdiyyələr həmin tullantıların yığılmasını və atılmasını təmin etməlidirlər".

BAKI, 19 yanvar — Sputnik. Xəzər dənizinə tullantı sularının axıdılması halları xeyli azalıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə "Ekspert saatı" proqramında bildirib.

Onun sözlərinə görə, ötən dövr ərzində həm Xəzərə axıdılan tullantı sularının həcmi, həm də axarların sayı azalıb: "Lakin təkcə Abşeron yarımadasından Xəzərə gün ərzində 1 milyon kub metr su axıdılır. Bunun qarşısının alınması üçün tədbirlər görülür".

O qeyd edib ki, Bakı şəhərində tullantıların idarəedilməsi ilə bağlı əksər problemlər həll edilib. Belə ki, regionlarda bu problem hələ qalmaqda davam edir. O, bu problemin həlli üçün strategiya təsdiqləndiyini də nəzərə çatdırıb: "ETSN sadəcə tullantıların idarəedilməsinə nəzarət edir, amma bələdiyyələr həmin tullantıların yığılmasını və atılmasını təmin etməlidirlər".

2
Çarpayıda gənc cütlük, arxiv şəkli

Hüquqşünas: "Yataq otağından çıxandan sonra söhbət ediləcək mövzu yoxdursa..."

18
(Yenilənib 15:15 19.01.2021)
"Kişilər unutmamalıdırlar ki, qadınla ailə həyatı quran zaman o, atası evindən çıxanda əxlaqsız olmur ki?! Əxlaqsız idisə, niyə alırdın? Deyildisə, deməli, sənin əlində əxlaqsız olub"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Pandemiya dövründə daha əvvəl müşahidə edilməyən qaydalar tətbiq edildiyi üçün vətəndaşlar bu dönəmdə müxtəlif qayda pozuntuları ilə qarşılaşdılar. Karantin rejimi, SMS-icazə, evdə qalmaq kimi məhdudiyyətlər yenilik olduğu üçün bir çox vətəndaşlar bu vəziyyətlə barışmaqda çətinlik çəkdilər.

Bəs bu dövrdə vətəndaşlar hüquqşünaslara daha çox hansı hüquq pozuntusu ilə müraciət ediblər?

Hüquqşünas Tağı Hüseynov Sputnik Azərbaycan-ın suallarını cavablandırıb.

© Sputnik / Irade JELIL
Hüquqşünas Tağı Hüseynov

- Pandemiya dövründə vətəndaşları hüquqi istiqamətdə daha çox nə narahat edib?

- Pandemiya dövründə əsas hüquq pozuntuları iki istiqamətdə olub. Yəni şəxslərin bizə müraciətləri boşanma və inzibati orqanların tətbiq etdiyi cərimələrlə bağlı olub. Bir müddət əvvəl, sərt karantin rejimində evdə qalmaq tələbi, kafe və restoranların bağlı olması ailələri, demək olar ki, bir yerə topladı. Bu müddət ərzində mehriban olan ailələr daha da mehribanlaşdı. Problemli ailələrin problemi isə böyüyərək boşanma ilə nəticələndi.

İkinci istiqamətdə olan hüquq pozuntuları əsasən polisin yazdığı cərimələrlə bağlı olub. Belə ki, müraciət edən vətəndaşlar müxtəlif səbəblərlə polisin yazdığı cərimələrlə razılaşmadıqlarını dilə gətirirdilər. Bəziləri qeyd edirdilər ki, SMS müddətinin bitməsindən 2 dəqiqə sonra cərimə yazılıb, bəziləri evinin qapısında ona cərimə yazıldığını bildirirdilər. Bu problemlə qarşılaşan vətəndaşların 99 faizi məhkəməyə müraciət etmir. Düşünürlər ki, 100 manata görə məhkəmələrə vaxt ayırmağa dəyməz.

Ancaq bəzi prinsipial insanlar var ki, axıra qədər davam edirlər. Mən vətəndaşlara izah edirdim ki, məhkəməyə arayış yazmağa 50 manat vəkilə verməkdənsə, cəriməni tətbiq edən quruma müraciət ünvanlasınlar.

- Boşanma müraciətləri ilə bağlı vətəndaşlar səbəb kimi nəyi vurğulayırlar?

- Düzünü desək, son dövrlədə kişilər öz məsuliyyətlərini unudublar. Bir müddət əvvəl qadınlar hüquq bərabərliyi istəyirdilər. Bu da sizə hüquq bərabərliyi. Ailədə kişi və qadınların vəzifələri yazılı şəkildə müəyyən edilmədiyi üçün ailə daxilində ər və arvad ailədə öz vəzifəsini bilmir. Ərzaq, əmlak, yemək almaq və s. kimin vəzifəsidir? Heç kim bilmir. Çox qəribədir, ailədə kişi yeyib-yatanda, işləməyəndə məsuliyyətə cəlb edilmir, amma ayrılandan sonra aliment ödəməyəndə cəlb edilir.

Boşanmaların digər səbəbi isə xəyanətdir.

Sosial şəbəkələr xəyanətlərin artmasına səbəb olur. Qadın və ya kişi sosial şəbəkədə kimləsə tanış olur və düşünür ki, ərim, arvadım onsuz da bilməyəcək. Amma artıq texnologiya inkişaf edib. Bütün şəbəkələrin mesajlarını tutmaq mümkündür.

Kişilər unutmamalıdırlar ki, qadınla ailə həyatı quran zaman atası evindən çıxanda əxlaqsız olmur ki?! Əxlaqsız idisə, niyə alırdın? Deyildisə, deməli, sənin əlində əxlaqsız olub.

Qadınlar da ailə həyatına müvəqqəti baxırlar. Yəni ərə sadəcə ərə getmək, ana olmaq xatirinə gedirlər. Düşünmürlər ki, həyat yoldaşı olmaq da özü də gözəl statusdur.

Qızlar oğlanı tanımadan ailə həyatı qururlar. Bəzən olur ki, onlar yataq otağından çıxandan sonra yarım saat söhbət edə biləcək mövzu tapa bilmirlər.

Bu səbəbdən də ailələr uzun müddətli olmur.

- "Aliment Fondu"nun yaradılması müzakirə edilir.

- Fondun yaradılması bir neçə il əvvəl də müzakirə edilmişdi. Ancaq bu müzakirələr reallaşmadı. Çünki bu fondun yaradılması boşanmaların artmasına səbəb ola bilərdi. Məsələn, qadınlar onu incidən həyat yoldaşları ilə birlikdə yaşamaqdan imtina edəcəkdilər. Düşünəcəkdilər ki, əgər fond varsa, heç kişini aliment üçün məhkəməyə də verməyə ehtiyac qalmayacaq. "Aliment Fondu" uşağa aliment ödəyəcək.

Ancaq bu gün qadınlar düşünürlər ki, boşansalar, aliment də ala bilməsələr, uşağa tək baxa bilməyəcəklər. Məcburən güzəştə gedib, ailə həyatını davam etdirməli olurlar.

Bu səbəbdən də fondun müzakirəsi dayandırıldı.

Hesab edirəm ki, uşaq pulunun verilməsi müzakirə edilməlidir. Məsələn, hər uşağa 100 manat uşaq pulu ayrılsa, boşanma olsa belə, kişi öz payına düşən 75 manatı ödəməli olar.

Ölkədə hamı 2000 manat maaş almır. Normal maaş 500 manatdır. Əgər bu maaşı alan kişinin iki uşağı varsa, uşaqlara 350 manat ödənilməlidir. Bu da təbii ki, kişiyə də sərf etmir. Mən hesab edirəm ki, kişilərə güzəşt etmək lazımdır. Aliment verməyən kişi Azərbaycan üçün üz qarasıdır. Ancaq kişilərin gəlirləri də nəzərə alınmalıdır.

18
Teqlər:
müsahibə, problemlər, kişi, qadın, hüquqşünas