Cavid Hüseynov

Cavid Hüseynovun iddiası təmin olunmadı

21
(Yenilənib 15:23 14.08.2015)
Bu gün hakim İlqar Murquzovun sədrliyi ilə Cavid Hüseynov haqqında elan olunmuş həbs qəti imkan tədbirinin aradan qaldırılması ilə bağlı məhkəmə iclası keçirilib.

BAKI, 14 avq — Sputnik. Bu gün hakim İlqar Murquzovun sədrliyi ilə Cavid Hüseynov haqqında elan olunmuş həbs qəti imkan tədbirinin aradan qaldırılması ilə bağlı məhkəmə iclası keçirilib.

Cavid Hüseynovun barəsində seçilmiş həbs qəti imkan tədbirinin aradan qaldırılması üçün vəkili Adəm Məmədovun apellyasiya məhkəməsinə verdiyi şikayət qəbul edilməyib. Bununla da Cavid Hüseynov barəsində seçilmiş 3 ay müddətinə həbs qəti imkan tədbiri qüvvədə saxlanıb.

 

 

 

 

 

21
Mövzu:
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)
Erməni əsgərinin geyimi, arxiv şəjki

Azərbaycan MN Ermənistanın itkilərini açıqladı: 550 nəfərdən çoxdur

22
Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur

BAKI, 28 sentyabr - Sputnik. Ermənistan Müdafiə Nazirliyi rəsmilərinin Azərbaycan Ordusundakı itkilərin sayı ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur və reallığı əks etdirmir.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, bu, Azərbaycan Ordusunun uğurları qarşısında erməni əhalisi arasında hökm sürən təşviş və ordularındakı yaranmış xaosu bir qədər azaltmaq məqsədi güdür.

Əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən, Ermənistan ordusu döyüşlər nəticəsində ciddi itkilərə məruz qalıb. Belə ki, düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla, canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə onun 3 silah-sursat anbarı məhv edilib.

Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri polkovnik-leytenant Lernik Babayan məhv edilib, onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb.

Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur.

Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də ordusundakı döyüş itkilərinin real sayını ictimaiyyətdən gizlədir.

22
Teqlər:
açıqlama, Müdafiə Nazirliyi, Azərbaycan ordusu, itkilər, Ermənistan, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Ermənistan ordusunun silah-sursat anbarı məhv edilib - VİDEO
Azərbaycanın mülki əhalisi hədəfdə: Ermənistan ordusunun atdığı mərmi Ağdamda evi dağıtdı
Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı
Vaşinqtondan Ceyhun Bayramova zəng: Qarabağda son vəziyyəti soruşdular
Tərtərdə yaşayış evləri mərmi atəşinə tutulub – VİDEO
İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif

Cənub qonşumuz bölgədə gərginliyin artmasından narahat oldu

4
İran XİN rəhbəri gərginliyin azaldılması üçün lazımı addımların atılmasının əhəmiyyətini vurğulayıb və İranın bu xüsusda hər zaman yardımçı olmağa hazır olduğunu qeyd edib

BAKI, 28 sentyabr - Sputnik. Sentyabr 27-də Xarici İşlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, İran Xarici İşlər naziri cəbhə xəttində yaşanan gərginlikdən narahatlığını ifadə edərək,  bölgədə sülhün təmin olunmasının vacibliyini qeyd etdi. O, gərginliyin azaldılması üçün lazımı addımların atılmasının əhəmiyyətini vurğuladı və İranın bu xüsusda hər zaman yardımçı olmağa hazır olduğunu qeyd etdi.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfinin son aylar ərzində davam edən son dərəcə təxribatçı fəaliyyətinin davamı olaraq 27 sentyabr tarixində cəbhə xətti boyunca Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktının törədilməsi, Azərbaycanlı mülki şəxslərin hədəfə alınması barədə həmkarına məlumat verdi və Azərbaycan Ordusunun beynəlxalq sərhədləri çərçivəsində özünü müdafiə hüququna əsasən, eləcə də dinc sakinərin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq cavab tədbirləri həyata keçirdiyini qeyd etdi. Bölgədə yaşanan bu gərginliyin bütün məsuliyyətinin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyü vurğulandı.

4
Teqlər:
Məhəmməd Cavad Zərif, Ceyhun Bayramov, Azərbaycan XİN, İran, gərginlik, cəbhə, erməni təxribatı, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Vaşinqtondan Ceyhun Bayramova zəng: Qarabağda son vəziyyəti soruşdular
İtaliya parlamentariləri Ermənistanın təxribatını pislədilər
Qarabağ separatçıları əraziləri itirdiklərini etiraf etdilər
Azərbaycanın mülki əhalisi hədəfdə: Ermənistan ordusunun atdığı mərmi Ağdamda evi dağıtdı
BMT baş katibi də narahat oldu - Qarabağa görə