İmran Abdullayev

“Zəngəzur”dakı zəhərlənmə səhlənkarlığın nəticəsidir

124
(Yenilənib 13:02 14.08.2015)
Gigiyena və Epidemiologiya Mərkəzi: İcazəmiz olmadan “Zəngəzur” şadlıq sarayı fəaliyyət göstərə bilməz.

BAKI, 14 avq — Sputnik. Avqustun 8-də Bakının Binəqədi rayonu ərzisində yerləşən “Zəngəzur” şadlıq sarayındakı kütləvi zəhərlənmə faktı ilə bağlı aparılan laborator müayinələrin nəticələrində  gigiyenik qaydaların pozulduğu bəlli olub.

Bunu Sputnik-ə açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, “Zəngəzur” şadlıq sarayında kütləvi zəhərlənmə faktı qeydə alınan kimi  ilk olaraq xəstəxanada olan 30 xəstədən laborator analizlər üçün 60 nümunə  götürülüb və analiz nəticəsində xəstələrdə zəhərlənmə törədici bakteriyaların qalıqları aşkar edilib.

“Bundan əlavə olaraq şadlıq sarayında istifadə olunan avadanlıqlar, əşyalardan götürülən analizlərdə də bağırsaq çöpləri aşkar edildi. Xəstələrdən və şadlıq sarayında götürülən analizlər bir-birini tamamlamış oldu. Odur ki, zəhərlənməyə səbəb şadlıq sarayında gigiyenik qaydalara riayət olunmamasıdır. Bu da onunla əlaqədardır ki, şadlıq sarayında vaxtında dezinfeksiya işləri aparılmayıb və rəhbərlik  bu işə səhlənkar yanaşıb. Yəni bütün bu faciəvi hadisə səhlənkarlığın nəticəsidir”, — deyə İ. Abdullayev bildirib.

Epidemoloq bildirib ki, bu faktlar aşkar edildikdən sonra çatışmazlıqlar aradan qaldırılanadək şadlıq sarayının fəaliyyəti qadağan olunub. 

“Şadlıq sarayı fəaliyyətini ancaq deyilən çatışmazlıqlardan sonra bərpa edə bilər və bu da müəyyən vaxt aparan məsələdir”, — deyən İ. Abdullayev bildirib ki, “Zəngəzur” şadlıq sarayı deyilən nöqsanları aradan qaldırmadan fəaliyyətini bərpa edərsə, o zaman daha bir qanunsuzluğa yol vermiş olacaq: “Yəni  şadlıq sarayının rəhbərliyi dövlət orqanının göstərişlərinə əməl etmədiyinə görə məsuliyyət daşıyır”.

O hesab edir ki, şadlıq sarayı yalnız orada gigiyenik qaydalara uyğun qurduqdan sonra fəaliyyət göstərə bilər: “Yəni buradakı avadanlıqlar, əşyalar, qab-qacaqlar, divarlar, tavan və döşəmələr dezinfeksiya olunmalı, işçilər isə  tibbi müəyinədən keçməlidir. Effektiv qaydada gigyenik qaydalara riayət olunmalıdır. Bunlar olmayanacanadək şadlıq sarayı fəaliyyət göstərə bilməz.”

Epidemioloq  sonda onu da əlavə etdi ki, əgər şadlıq sarayında effektiv dezinfeksiya işləri aparılmazsa və gigiyenik qaydalara riayət olunmazsa, gələcəkdə yenə də belə xoşagəlməz hadisələr baş verə bilər. “Onun üçün də bu işlər görüldükdən sonra Gigiyena və Epidemiologiya  Mərkəzinin əməkdaşları orada yenidən laborator analizlər apararaq, nəticə yaxşı olarsa şadlıq sarayının fəaliyyətinə razılıq verə bilərlar. Gigiyena və Epidemiologiya  Mərkəzinin razılığı olmadan şadlıq sarayı fəaliyyət göstərə bilməz”.

“Zəngəzur” şadlıq sarayı ilə əlaqə saxlamağa çalışsaq da, əlaqə telefonları cavab verməyib.

Ancaq bəzi ölkə KİV-ləri “Zəngəzur” şadlıq sarayının fəaliyyət göstərdiyini yazıb.

124
Teqlər:
restoranlarda zəhərlənmə halları, restoranlarda zəhərlənmə halı, restoranlarda zəhərlənmə, restoranda zəhərlənmə, zəhərlənmə halları, zəhərlənmə halı, Zəngəzur restoranındakı zəhərlənmə, Zəngəzur restoranında zəhərlənmə, Zəngəzurdakı zəhərlənmə, Zəngəzur şadlıq sarayı, Zəngəzur restoranı, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, Səhiyyə Nazirliyi, İmran Abdullayev, Azərbaycan
Beyrutda partlayış, arxiv şəkli

Çənədəki maska, Beyrut, nüvə silahı millətin imicini "yuyan" dovşan qanı

3
(Yenilənib 19:38 10.08.2020)
Təəssüf ki, bütün dünyanın nüvə silahından imtina edəcəyinə dair ümidlərin gerçəkliyə çevriləcəyi real görünmür...

BAKI, 10 avqust — Sputnik. 7x7 ötən həftənin ən yaddaqalan hadisələrini şərh edir

Optimallaşdırma

Ötən həftə dövlət müəssisələrinin ayıbları üzə çıxdı. Koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirədə məlum oldu ki, dövlət şirkətlərinin əksəriyyəti nəinki büdcəyə gəlir gətirmir, ağır yük kimi dövlət onları belində daşıyır.

Müşavirədən bir gün sonra dövlət başçısının sərəncamı ilə yaradılan “Azərbaycan İnvestisiya Holdinqi” indi büdcədə “oturan” şirkətlərin xərclərinin optimallaşdırılması, izafi xərclərin qarşısının alınması funksiyasını yerinə yetirəcək. Yəni asfalt çəkib, sonra qazıb altından qalan “lopatka”nı çıxarmaq dövrü geridə qalır... 

Nazirlər Kabineti, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Yumşaltdıqca yumşalır

Ötən həftə karantin rejimi bir qədər də yumşaldıldı. Əksər bağlı müəssisə və obyektlər artıq iş başına qayıdır. Əlbəttə, bu, sevindiricidir. Aylardır, çətinliklə üzləşən, gəlirindəm məhrum olan xeyli insan yenidən işinə qayıdır. Bəli, dövlət bu dövr ərzində sosial paketlərlə vəziyyəti yüngülləşdirdi, vətəndaşına dəstək oldu. Ancaq iqtisadiyyatın hazırkı resessiyası dövlətin rezervlərinə də təsir edir, belə vəziyyət uzunmüddətli ola bilməz. İndi bizim üzərimizə nə düşür? Cəmi 3 nəsnəyə  - sosial məsafə, maska və gigiyenik vasitələrdən istifadə etməklə xəstələnməmək və yoluxdurmamaqla arzuolunmaz vəziyyətə qayıtmamaq. Yenidən evdə qalmaq istəmiriksə, cəmi 3 şərtə dəqiqliklə əməl etməliyik – məsələn, maskanı çənəmizə yox, nəzərdə tutulmuş nahiyələri ötrməklə taxmalıyıq.

Saxta dərmanlar

Mütəxəssislər xəbərdarlıq edirlər ki, ölkəmizdə aptek şəbəkələrindən kənarda fəaliyyət göstərən bir qrup dərman ticarəti fırıldaqçılarının aktivliyi yenidən artıb. Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib ki, ən yaxşı halda heç bir müalicəvi təsiri olmayan və hətta insan orqanizminə zərərli ola biləcək preparatları uydurma "alimlərin" adlarından geniş reklam edirlər.

Sərhəddə saxlanılan dərman preparatları
© The State Customs Committee of AR.

Bu həftə dərman həftəsidir, deyəsən - Qırmızı Körpü gömrük postunda ölkəyə gizli şəkildə keçirilmək istənilən dərman preparatları aşkarlanıb.

İşbazlar bazardakı tələbatı yaxşı izləyirlər və onları yalnız alver maraqlandırır. Səhihliyi təsdiqlənmədiyi üçün firmanın adını qeyd etmədən, bir hadisəni təəssüflə xatırlamalı oluram: Bir neçə il öncə dərman firmalarından birinin rəhbəri Almaniyada məşhur dərman istehsalçısının zavoduna gedərək, xahiş edir ki, dərmanın ən vacib və ən bahalı komponentini onun içərisindən çıxararaq xüsusi olaraq onun üçün ucuz qiymətə istehsal etsinlər. Təbii ki, “nemes”lər işbazı qapının kandarından qovurlar.

Görün, koronavirus əleyhinə vaksin çıxsa, bizi hansı hoqqalar gözləyir.

Onlayn narkotik bazarı

Sosial izolyasiya və qapanma tədbirlərindən irəli gələrək ticarətin əksər istiqamətləri onlayn xidmətə keçmişdi. Görünür, narkotik alverçiləri də rəqəmsallaşmadan, elektronlaşmadan ruhlanaraq bizneslərini yeni platformaya daşımaq qərarına gəliblər. Ticarətini sosial şəbəkələrdə reklam edən daha bir narkotik alverçisinin biznesinə yenə də polis mane olub.

“Instagram” sosial şəbəkəsində profil açaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs - Bərdə rayon sakini Sənan Ağayev saxlanılıb. Türmə həyatı isə onlayn yaşanmır, Sənanın bunu və səhvini başa düşməsi üçün barmaqlıqlar arasında vaxtı olacaq.

Beyrut partlayışı

Başıbəlalı Livan yenidən alovlanır. Beyrutda ötən həftə baş verən partlayış hadisəsi ölkədə yeni vətəndaş müharibəsinin başlanğıcına çevriləcək kimi görünür. 

1975-ci ildə başlayıb, 1990-cı ilədək davam edən vətəndaş müharibəsi bu ölkəni əldən salmışdı – bu dövr ərzində ölkədə 150-230 minədək insanın öldüyü, 350 mindən çox insanın yaralandığı bildirilirdi. Müxtəlif güc mərkəzlərinin maraqlarının toqquşduğu Livanda uzunmüddətli sabitlik bərpa oluna bilməyib.

Görünür, coğrafi yerləşmə xalqların taleyinə, xoşbəxtliklərinə həmişə təsir edəcək...

Nüvə təhlükəsizliyi

BMT-nin baş katibi Antoniu Quterreş 1945-ci ildə ABŞ-ın Xirosima şəhərinə atom bombasının atılmasının 75-ci ildönümü günü çağırış edib. "75 il nüvə silahına sahib olmağın təhlükəsizliyi gücləndirməkdənsə, zəiflədiyini başa düşmək üçün hətta çoxdur", - baş katib bildirib və soyuq müharibədən sonra yaradılan nüvə silahlarına nəzarət müqavilələrinin indi təhdid altında olduğunu etiraf edib.

Təəssüf ki, bütün dünyanın nüvə silahından imtina edəcəyinə dair ümidlərin gerçəkliyə çevriləcəyi real görünmür. Və əgər nüvə silahı təhlükəsizliyə təhdiddirsə, ABŞ, Rusiya, Çin, Fransa kimi aparıcı ölkələr ondan bu vaxta qədər hansı səbəbdən imtina etməyib?! Gücün haqlı olduğu müasir dünyada, belə çıxır ki, nüvə silahı təhlükəsizliyi zəiflətmir.

Dovşan qanı

Qazaxıstanda 37 yaşlı azərbaycanlı qanunsuz yolla külli miqdarda pul əldə etmək üçün “tamaşa” qurub. Tez-tez qonaq getdiyi Almatıda özünü Qazaxıstana meyvə və tərəvəz gətirən iş adamı kimi təqdim edərək, partnyor axtarmağa başlayıb. Bu zaman onun tələsinə Nur-Sultandan olan biznesmen düşüb. 37 yaşlı kişi əmisi oğlu, onun dostu və sevgilisi ilə cinayət əməlini həyata keçirib. O, özünü oğurlatdırıb, daha sonra “oğrular” qazaxıstanlı biznesmenə səsli mesaj və azərbaycanlının qanlı fotosunu göndərib, onun sağ qalması üçün qazaxıstanlıdan 100 min dollar pul istəyiblər.

Biznesmen isə polisə müraciət edib. Aparılan araşdırmalar zamanı cinayətkarların əməlləri ifşa olunub. Bildirilib ki, əslində fotoda azərbaycanlının üzərinə tökülən dovşan qanı olub.

Qazaxıstan saytlarında isə böyükmiqyaslı “təbliğatı”mız gedib. Beləcə, ölkənin imici, nüfuzu üçün xərclənən vaxt və resursları, yaxşıların yaxşı əməllərini belə “soydaşlar” bir dovşan qanı ilə yuyub aparırlar.

3
Əlaqədar
Mayk Pompeo, ərəblərin gecikmiş atomu, sosial lift və xoşbəxtlik
“Gallup”, Türkiyənin əzələsi və "oh, my god!"
"Food City", “beşinci təkər” və Rəhim Qazıyev
XİN-dəki "Pole Çudes", Aya Sofya və nazirlə milçəyin fərqi
"Bu, bir oyundur" dediyimiz COVİD-19 artıq başımıza oyun açır
Otel nömrəsi, arxiv şəkli

Artıq ürəklərə xal düşüb - əvvəlki imicə, pul qazanmağa ümidlidirlər

11
(Yenilənib 19:32 10.08.2020)
"Kimə başa salmaq olacaq ki, bu şəxslər xəstə deyil, sadəcə karantinə götürülmüş şəxslər idi?" - Samir Dübəndi

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. Koronavirus (COVID-19) pandemiyası mart ayından başlayaraq Azərbaycanın da turizm sektorunda ciddi tənəzzülə səbəb olub. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar 2020-ci ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində geriləmə qeydə alınıb, ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 55,9 faiz azalaraq 585,9 min olub.

© Sputnik / Elnur Salayev
İnfoqrafika: Cari ilin yanvar-iyun aylarında mehmanxanalarda keçirilmiş gecələmələrin faiz nisbəti

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı əvvəlki ilin yanvar-iyun aylarına nisbətən 64,3 faiz azalaraq 340,8 min olub ki, bu da ümumi gecələmələrin 58,2 faizini təşkil edir.

© Sputnik / Elnur Salayev
İnfoqrafika: Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin faiz nisbəti

Cari ilin yanvar-iyun aylarında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61,6 faiz azalaraq 72,0 milyon manat olub ki, onun da 58,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,6 faizi ictimai iaşə xidmətlərindən, 3,3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,4 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2020-ci ilin yanvar-iyun aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 7,6 faiz səviyyəsində olub (2019-cu ilin yanvar-iyun aylarında 21,6 faiz). Bu göstərici Beyləqanda 21,8 faiz, Naftalanda 21,7 faiz, Qusarda 13,6 faiz, Şabranda 12,8 faiz, Qubada 11,8 faiz, Bakıda 11,4 faiz, Qəbələdə 11,0 faiz, Biləsuvarda 10,4 faiz, Cəlilabadda 9,2 faiz, Sabirabadda 9,2 faiz, Göyçayda 9,2 faiz, Naxçıvan Muxtar Respublikasında 8,3 faiz, digər rayon və şəhərlərdə isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Gecələmələr üzrə daha çox Rusiyadan gələnlər öndədirlər.

© Sputnik / Elnur Salayev
İnfoqrafika: Gecələmələrin ölkələr üzrə faiz nisbəti

 

Bəs mehmanxanalar pandemiyadan sonra fəaliyyətlərini bərpa edə biləcəklərmi?

Sputnik Azərbaycan-a danışan DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi öncə rəqəmlərə toxunub və bugünkü vəziyyəti şərh edib:

"Əslində bu rəqəmlərin hamısı 0-5, 0-10 faiz arası olmalı idi. Ehtimal ki, bu rəqəmlərə karantin üçün ayrılan otellərdə yerləşdirmələrin sayı da daxil edilib. Bura həmçinin mövcud şəraitlə əlaqədar olaraq TƏBİB və digər bu kimi aidiyyəti qurumların ezam olunmuş nümayəndələrinin də sayı daxildir. Amma bu heç də o demək deyil ki, bu otellər turist, yaxud da qonaq qəbul ediblər".

"Otellər hər zaman ən çətin gündə də böyük dayaq olub. Amma pandemiya zamanı modul tipi xəstəxanalar ola-ola onlardan istifadə etməyib karantinə alınan insanları otellərə yerləşdirdik. Belə bir şeyin olması, qeyd edim ki, otelin imicinə təsir edən amildir. Sabah hansısa turizm agentliyi, yaxud da turist bu otellərdə vaxtı ilə xəstələrin yaşadığını düşünəcək və onun ürəyində, belə desək, xal qalacaq. Kimə başa salmaq olacaq ki, bu şəxslər xəstə deyil, sadəcə karantinə götürülmüş şəxslər idi? Yaxud da kimə başa salmaq mümkün olacaq, həmin şəxslər otaqları tərk edəndən sonra belə orada hava dəyişdirilir, dezinfeksiya işləri aparılır. Amma bunu hər kəs anlamır. Bu şübhələr də otellərin fəaliyyətinə təsirsiz ötüşməyəcək", - deyə ekspert əlavə edib. 

S.Dübəndi otellərin fəaliyyətində yaranmış maneələrdən də danışıb: "Bundan başqa, digər fakta da toxunum. Ötən günlərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə bir görüşümüz oldu. Nabranda otel rəhbəri olan həmkarımız dedi ki, Nabranda polislər onlara işləməyə imkan vermirlər. O, sualı mənə ünvanladı və bildirdim ki, karantin dövrü başlayandan bu günədək dövlət tərəfindən otellərin işinə heç bir məhdudiyyət qoyulmayıb. Otellərin fəaliyyətinə icazə verilmirsə, o zaman maraqlıdır, bu rəqəmlər haradan çıxır? O zaman belə çıxır ki, bu rəqəmlərə karantinə götürülmüş şəxslər də daxildir".

"İctimai iaşə müəssisələrinin isə işinə məhdudiyyət, qadağa qoyulur. Yəni bu müəssisələrin yerində xidməti qadağandır. Düzü, bu məsələ də bir qədər bizim üçün təəccüb doğurur. Çünki bir tərəfdən biz çimərlikləri açırıqsa, nə üçün restoranların açıq ərazilərdə xidmətinə icazə verilmir?! Bu nə dərəcədə məntiqə uyğundur?! Biz burada heç bir məntiq görmürük. Müxtəlif qaydalara riayət etmək şərti ilə insanların bir yerdə çimərliklərdə toplaşmasına icazə verilirsə, nə üçün restoranın açıq səma altında olan hissəsində insanlar görüşə, çay içə, qidalana bilmirlər?" - deyə ekspert əlavə edib.

11
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Pandemiyanın ən çox ziyan vurduğu sahə - Burada çalışanların yoluxma riski daha böyükdür
Təklif çox, müştəri az, qiymətlər enib - turizm cənnətində kirayə bazarı dad deyir
Azərbaycanda koronavirusla bağlı hökumətə təkliflər verildi
Mərkəzi Bank bilirdi ki, heç kim əməl etməyəcək: indi sahibkar borcludur, bank isə yox
Biz də turistlərə pul paylayaq? - Pandemiyanın vurduğu sektoru xilas etməyin yolları