Serik Əhmədov

Sabiq baş nazirin məhkəməsi keçirilir

6
(Yenilənib 17:55 11.08.2015)
Bu gün Qazaxıstanın Karaqanda cinayət işləri üzrə ixtisaslaşdırılmış rayonlararası məhkəməsində ölkənin sabiq baş naziri Serik Əhmədovun məhkəmə prosesi başlayıb.

BAKI, 11 avq — Sputnik. Qazaxıstanda sabiq baş nazirin məhkəməsi başlayıb.

Sputnik Qazaxıstan mətbuatına (Tengrinews.kz) istinadən xəbər verir ki, bu gün Qazaxıstanın Karaqanda cinayət işləri üzrə ixtisaslaşdırılmış rayonlararası məhkəməsində ölkənin sabiq baş naziri Serik Əhmədovun məhkəmə prosesi başlayıb. 

Məhkəmədə sabiq baş nazirlə yanaşı Karaqanda vilayətinin sabiq qubernatoru Baurjan Abdişev də ittiham olunur.

Sabiq  baş nazir 2010-2014-cü illərdə məsul vəzifələrdə çalışdığı dövrlərdə ağır korrupsiya cinayəti hadisələrində ittiham olunur.  Belə ki, 2007-2014-cü illərdə ölkədə sənaye parkının yaradılması məqsədi ilə büdcədən ayrılan 24,8 mlrd. tenqenin  böyük bir qismi mənimsənilib. Vəsaitin bir qismi keçmiş baş nazirin oğlunun  rəhbərlik etdiyi şirkət tərəfindən mənimsənildiyi faktı da aşkar olunub. S. Əhmədov özü isə həmin vəsatin 1,2 mlrd. tenqesini mənimsəməkdə ittiham olunur.

O eyni zamnda  qanunsuz olaraq biznes fəaliyyəti ilə məşğul olma nəticəsində ölkəyə 1,1 mlrd. tenqe ziyan vurmaqda və digər cinayət əməllərində ittiham olunur.

6
Teqlər:
Qazaxıstanın sabiq baş naziri, Serik Əhmədov, Qazaxıstan