Zakir Həsənov

Zakir Həsənov: Cəbhədə təşəbbüs Azərbaycan Ordusunun əlindədir

24
(Yenilənib 14:39 11.08.2015)
Elçin Behbudov: Nazir qeyd etdi ki, vəzifəsindən, rütbəsindən və keçmişindən asılı olmayaraq, korrupsiyaya bulaşan hər bir şəxs məsuliyyətə cəlb olunacaq.

BAKI, 11 avq-Sputnik. Müdafiə nazirinə Silahlı Qüvvələrdə korrupsiyaya qarşı aparılan mübarizə ilə bağlı suallar verdim. Nazir qeyd etdi ki, vəzifəsindən, rütbəsindən və keçmişindən asılı olmayaraq, korrupsiyaya bulaşan hər bir şəxs məsuliyyətə cəlb olunacaq. 

Sputnik xəbər verir ki, bu sözləri APA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçi Elçin Behbudov müavini Elçin Şirinovla birlikdə müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşü barədə məlumat verərkən belə deyib.  

Behbudovun sözlərinə görə, görüşdə komitə tərəfindən aparılan monitorinqin nəticələri barədə müdafiə nazirinə məlumat verib. Nazirin diqqətinə çatdırıb ki, Silahlı Qüvvələrdə qeyri-döyüş şəraitindəki itkilər ötən illərlə müqayisədə xeyli azalıb. Behbudov cəbhədəki son durumla bağlı da Zakir  Həsənovla fikir mübadiləsi apardığını deyib: “Nazir qeyd etdi ki, cəbhədə təşəbbüs Azərbaycan Ordusunun əlindədir. Azərbaycan Ordusunda ruh yüksəkliyi var və düşmən bunu görür. Ona görə də ermənilər təlaş və qorxu içərisindədirlər. O, “müdafiə naziri kimi sizi əmin edirəm ki, çox yaxın zamanda biz işğal altındakı torpaqlarımızı azad edəcəyik” deyə bildirdi.”

Behbudov həmçinin qeyd edib ki, cəbhə bölgəsinə tez-tez səfər edən Həsənov daim hərbçilərin şəraiti ilə maraqlanır: “Nazir dedi ki, əsgərlərin yeməyi, geyimi və şəraiti yaxşıdır. Zabitlərin ev məsələsi də daim diqqət mərkəzindədir və ilbəil bu problemlər də öz müsbət həllini tapır”.

24
Teqlər:
Silahlı Qüvvələrdə korrupsiyaya qarşı mübarizə, korrupsiyaya qarşı mübarizə, MN, Müdafiə Nazirliyi, Müdafiə naziri Zakir Həsənov, general-polkovnik Zakir Həsənov, Zakir Həsənov, Azərbaycan
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

28
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

28
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

15
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

15