Əli Həsənov: Rasim Əliyevin vəfatı ilə bağlı məsələ ciddi araşdırılır

437
(Yenilənib 23:51 09.08.2015)
Prezidentin köməkçisi: Aidiyyəti dövlət orqanlarının məlumatını gözləmədən ayrı-ayrı informasiya resurslarının məsələni müxtəlif istiqamətlərə yozmaq cəhdlərini yolverilməz hesab edir və obyektiv araşdırmanın nəticələrini gözləməyi tövsiyə edirik.

BAKI, 9 avq — Sputnik. Rasim Əliyevin vəfatı ilə bağlı məsələlər xüsusi nəzarətə götürülüb və ciddi araşdırılır.

Bunu APA-ya açıqlamasında  Azərbaycanın Prezidentinin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, Ann.az saytının əməkdaşı Rasim Əliyevin vəfatı ilə bağlı məsələlər Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb və ciddi araşdırılır.

Ə. Həsənov qeyd edib ki, hadisənin baş vermə səbəbləri, iştirakçıların tam dairəsinin müəyyənləşdirilməsi və digər məsələlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək. 

“Bununla yanaşı, aidiyyəti dövlət orqanlarının məlumatını gözləmədən ayrı-ayrı informasiya resurslarının məsələni müxtəlif istiqamətlərə yozmaq cəhdlərini yolverilməz hesab edir və obyektiv araşdırmanın nəticələrini gözləməyi tövsiyə edirik” deyə, Prezidentin köməkçisi vurğulayıb.  

437
Mövzu:
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)
Televizora baxan adam, arxiv şəkli

Serial mövsümü başlayır - telekanallar nəyi göstərəcək?

4
(Yenilənib 19:26 21.09.2020)
Azərbaycan teleməkanında maraqla izlənən, "Youtube" kanalında daim trenddə olan, ən uzunömürlü seriallardan biri – qalmaqallı "Uçurum" serialı artıq 3-cü mövsümünə yeni ailələr, yeni hadisələr, yeni ab-havayla başlayacaq

BAKI, 21 sentyabr — Sputnik. Bu gün Azərbaycan kanallarında yeni serial mövsümü başlayır. "Oscar" Film Production da bu gün tamaşaçıların görüşünə iki layihəylə gəlir.

Azərbaycan teleməkanında maraqla izlənən, "Youtube" kanalında daim trenddə olan, ən uzunömürlü seriallardan biri – qalmaqallı "Uçurum" serialı artıq 3-cü mövsümünə yeni ailələr, yeni hadisələr, yeni ab-havayla başlayacaq. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifləri Xanım Aydın və Yeganə Cansail olan serial ARB kanalında sentyabrın 21-dən etibarən həftəiçi dörd gün saat 21.00-da ekranlara çıxacaq.

Bu gün cəmiyyətdəki bir çox problemləri özündə əks etdirən, ötən mövsümdə sevilən, ən çox baxılan seriallardan olan "Bir qadın" serialı 2-ci mövsümünə sentyabrın 21-də saat 21.40-da ATV kanalında başlayır. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Şahin Qəhrəman, ssenari müəllifi Çinarə Nüsrətli olan serial həftəiçi dörd gün yayımlanacaq.

4
Teqlər:
telekanallar, milli teleseriallar, serial
Əlaqədar
Əfsanəvi məhəbbət: Azərbaycanın dahisi haqda serial necə ərsəyə gəldi
"Serial" davam edir: Dövlət pullarını necə "yedikləri"nin sxemini açıqladılar - VİDEO
Serial çəkilişlərinə başlamaq onlara baha başa gəldi
Cazibədar rəqqasə serial çəkir
Məşhur aktyor serial çəkilişləri zamanı vəfat edib
Yaşlı insanlar, arxiv şəkli

Pensiya yaşı artırılacaq? Rəsmi açıqlama

7
(Yenilənib 19:22 21.09.2020)
"Kişilər üçün 65 yaş artıq pensiyaya çıxmaq üçün müəyyən edilən sonuncu yaş həddidir. Bundan sonra kişilərin pensiya yaşı ilə bağlı artım olmayacaq".

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycanda bundan sonra kişilərin pensiya yaşının artırılması nəzərdə tutulmur".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşı Ayxan Məcidov "Pensiya təyinatı və hesablanma qaydaları"na həsr olunan canlı bağlantıda deyib.

A.Məcidov qeyd edib ki, hazırda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş həddi 65, qadınlar üçün 62 yaşdır: "Kişilər üçün 65 yaş artıq pensiyaya çıxmaq üçün müəyyən edilən sonuncu yaş həddidir. Bundan sonra kişilərin pensiya yaşı ilə bağlı artım olmayacaq. Artıq 65 yaşı olan kişilər davamlı olaraq pensiyaya çıxma imkanı əldə edə biləcəklər. Qadınlar üçün isə 62 yaş 30 iyun 2021-ci il tarixinə kimi qüvvədə qalacaq. Ondan sonra isə pensiya üçün yaş həddi 6 ay artırılacaq".

O deyib ki, son 2 ildə pensiya sahəsində ciddi islahatlar aparılıb, pensiyaçıların pensiyaya çıxma imkanlarının mülayimləşdirilməsi prosesi baş verib.

Fond rəsmisi deyib ki, 2019-cu il 1 yanvar tarixindən pensiya yaşına çatan şəxslərin 25 illik stajının tanınması əksər insanların pensiyaya çıxma imkanlarını artırdı:

"1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək şəxsin minimum staja malik olması əsas şərtlərdən idi. Şəxsin 1 ay belə stajı var idisə, onun 2006-cı il tarixədək stajı tanındı. 25 il də pensiyaya çıxmaq üçün tələb olunan norma olduğu üçün minlərlə vətəndaş pensiyaya çıxmaq imkanı əldə etdi".

7
Teqlər:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, "Əmək pensiyaları haqqında" qanun, pensiya təminatı, əmək pensiyaları, əmək pensiyası, pensiya yaşı, pensiya
Əlaqədar
Pensiya almaq istəyənlərə şad xəbər - stajları bir neçə il artacaq
Yaşa görə orta aylıq pensiya artıb
Pensiya və yardım kartı itənlərə xəbərdarlıq
Kişilər və qadınlar üçün yeni pensiya yaşı müəyyənləşdi