Avtovağzal metro

İlin sonunadək “Avtovağzal” metrostansiyası istifadəyə veriləcək

773
(Yenilənib 16:29 31.07.2015)
Sumqayıt və Abşeron sakinləri üçün şad xəbər var.

BAKI, 31 iyul — Sputnik. Sumqayıt və Abşeron sakinləri üçün şad xəbər var. 

İlin sonunadək “Avtovağzal” metrostansiyası istifadəyə veriləcək. Bu barədə Sputnik-ə etibarlı mənbədən deyiblər. Artıq bir neçə gündür ki, “Avtovağzal” metro stansiyası ətrafında işlər yenidən canlanıb və orada tamamlama abadlıq işləri görülməkdədir. Orada çalışan və adının çəkilməsini istəməyən məsul əməkdaşlardan biri Sputnik-ə bildirdi ki, yeni metro stansiyanın ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. “Əgər işlər nəzərdə tutlan qayda və qrafikə uyğun gedərsə, o zaman dekabrın sonunda stansiyanın rəsmi açılşı ola bilər”, — deyə adının çəkilməsini istəməyən şəxs bildirdi. Onun sözlərinə görə, artıq işlər yekun mərhələdədir və lazımi maliyyə vəsaiti olacaqsa işlərin vaxtında başa çatdırılmasında problem olmayacaq və işləri dekabrın ortalarınadək yekunlaşdırmaq mümkün olacaq.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə müraciət etdik.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də Sputnik-ə açıqlamasında bildirdi ki, “Bakı Metropoliteni” QSC ən qısa müddətdə “Avtovağzal” stansiyasını açmağı planlaşdırır. “Stansiyada tikinti işləri demək olar ki, başa çatıb. Quraşdırma işlərinə başlanılıb. Hələlik dəqiq vaxt demək çətindir. Yəqin ki, 2016-nın ilk yarısına kimi açılacaq”, — deyə N. Paşayev qeyd edib.

N. Paşayev onu da əlavə etdi ki, “Avtovağzal” stansiyası "Memar Əcəmi — 2" stansiyası ilə bərabər istifadəyə veriləcək. “Çünki bu hər iki stansiya bənövşəyi xəttin ilk stansiyalarıdır”, — deyə o bildirib.

Qeyd edək ki, 2014-cü ilin sonunda etibarən “Avtovağzal” stansiya ətrafında işlər dayanmışdı və artıq bir neçə gündür ki, orada işlər yenidən başlayıb.

773
Teqlər:
yeni metro, yeni metro stansiyası, Avtovağzal Biləcəri, Biləcəri Avtovağzal, Biləcəri qəsəbəsi, Avtovağzal, Avtovağzal metrostansiyası, Avtovağzal metro, Avtovağzal stansiyası, Memar Əcəmi 2, Memar Əcəmi-2 stansiyası, Bakı Metropoliteni, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti, Nəsimi Paşayev, Sumqayıt, Abşeron, Azərbaycan
Koronavirus testləri, arxiv şəkli

Azərbaycanda koronavirusa yoluxmada yarıbayarı azalma

2
Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

BAKI, 16 iyun — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335291 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329038 nəfər müalicə olunaraq sağalıb, 4959 nəfər vəfat edib, aktiv xəstə sayı 1294 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7023, ötən müddət ərzində isə ümumilikdə 3644912 test aparılıb.

Qeyd edək ki, iyunun 15-də Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb.

Eləcə də oxuyun:

  • Koronavirusa qarşı hansı vaksini vurdurmaq daha yaxşıdır? Mütəxəssisdən faydalı fikirlər
  • ÜST rəhbəri koronavirusun laboratoriya mənşəli olduğunu istisna etmir

2
Teqlər:
statistika, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
AZAL təyyarəsi

Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib - Yeni qərar

7
Nazirlər Kabinetinin bu gün imzaladığı qərara əsasən, iyunun 21-dən daha yeddi ölkənin vətəndaşlarının Azərbaycan Respublikasına səfər etməsinə icazə verilir.

 

BAKI, 16 iyun — Sputnik. İyunun 21-dən daha bir sıra ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə veriləcək.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilib.

"Ölkəmizdə həyata keçirilən sistemli tədbirlər, həmçinin uğurlu vaksinasiya proqramı nəticəsində Azərbaycanda epidemioloji vəziyyət yaxşılaşmaqda davam edir.

Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, 10 iyun tarixindən epidemioloji vəziyyəti sabit olan bir sıra ölkələrin vətəndaşları üçün hava yolu ilə Azərbaycan Respublikasının ərazisinə səfərlərdə yumşalmalar tətbiq edilib.

Vaksinasiyanın əhatəlilik dairəsinin daha geniş olduğu ölkələrdə epidemioloji vəziyyətin davamlı surətdə yaxşılaşdığını nəzərə alaraq, iyunun 21-dən aşağıda qeyd olunan ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə verilir:

- ABŞ

- Bəhreyn

- Birləşmiş Ərəb Əmirlikləri

- Böyük Britaniya

- İsrail

- Macarıstan

- Qətər

Azərbaycana gəlmək üçün tələblər

Qeyd olunan ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasına səfər etməsi üçün aşağıdakı tələblər gözlənilməlidir:

- yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması;

- 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması.

Yaşı 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur.

Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar.

Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman müəyyən edilmiş tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılır", - deyə məlumatda qeyd olunub.

İlk qaranquşlar

Qeyd edək ki, Nazirlər Kabinetinin 5 iyunda imzaladığı qərarından sonra 10 iyun tarixindən etibarən epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq Rusiya Federasiyası və Türkiyə Respublikasının vətəndaşları hava yolu ilə Azərbaycan ərazisinə səfərinə icazə verilib. Həmin qərara əsasən yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID pasport) və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması şərti ilə ölkəmizə səfər edə bilərlər. Həmçinin 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunmalıdır. Eyni zamanda, 10 iyundan başlayaraq Azərbaycana daxil olmaq üçün bütün 1 yaşdan yuxarı olan sərnişinlərin COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin müddəti uçuşdan əvvəl 48 saatdan 72 saatadək artırılır. 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur. Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar. Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin təyyarə ilə geri qaytarılır.

Eləcə də oxuyun:

  • Azərbaycanda gəlmə turizmə "yaşıl işıq" - Siyahı artırıla bilər

  • İlham Əliyevin köməkçisi quru sərhədlərinin açılması məsələsinə aydınlıq gətirib

7
Teqlər:
Azərbaycan, icazə, vətəndaş, xarici, uçuş