Kür çayı

Kürün suyu azalır

120
(Yenilənib 14:59 31.07.2015)
Kür çayında suyun səviyyəsində azalma müşahidə olunmaqdadır. Bu barədə Sputnik-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.

BAKI, 31 iyul – Sputnik. Kür çayında suyun səviyyəsində azalma müşahidə olunmaqdadır. Bu barədə Sputnik-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.

Milli Hidrometeorologiya Departamentindən veriləni məlumatda bilrilib ki, ölkədə çaylarda suyun səviyyəsi ilə bağlı monitorinq həyata keçrilib və bəlli olub ki, ancaq Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-100, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında isə 70-90 faizini təşkil edir. 

Tranzit çaylarda hazırki vəziyyət

İyulun 31-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 95 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 103 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edib. 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 11,5 m3/s olmaqla, ongünlük normanın 13 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 14 m3/s təşkil edərək ongünlük normanın 16 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

İyulun 31-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Bankədə 4, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. 

120
Teqlər:
Kür, Kür çayı, Kür çayında suyun səviyyəsinin azalması, Kür çayında azalma, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan