Pələng balaları

Pələngləri qoruyun!

127
(Yenilənib 17:23 29.07.2015)
Beynəlxalq Pələnglər Gününün qeyd olunmasında məqsəd bu heyvanların nəslinin kəsilməsinə və mühafizəsi probleminə ictimaiyyətin diqqətini cəlb etməkdir.

BAKI, 29 iyul — Sputnik. Bu gün Beynəlxalq Pələnglər günüdür. 

Beynəlxalq Pələnglər Günü (Tiger International Day) 2011-ci ildən başlayaraq hər il iyulun 29-də qeyd olunur. Məqsəd bu heyvanların nəslinin kəsilməsinə və mühafizəsi probleminə ictimaiyyətin diqqətini cəlb etmək və əhalini məlumatlandırmaqdır.

Sputnik xəbər verir ki, bu əlamətdar gün pələnglərin qorunması məsələləri üzrə 2010-ci il noyabrın 21-dən 24-dək Sankt-Peterburqda 13 dövlətin hökumət başçılarının iştirakı ilə keçirilən beynəlxalq forumda təsis edilib.

Dünya Vəhşi Təbiət Fondunun məlumatına görə, XX əsrin əvvəllərində Yer üzündə təxminən 100 min pələng yaşayıb. 2014-cü ildə onların sayı 3 minədək azalıb və azalmaqda davam edir. Heyvanlar öz təbii yaşayış mühitinin 93 faizini itirib. Bundan başqa, brakonyerlik, qeyri-leqal ticarət məqsədilə pələnglərin ovlanması onların sayının azalmasına səbəb olub. Bu heyvanlar bir sıra bölgələrdə — Yava və Bali adalarında (1960-1980-cı illərdə), Cənubi Qafqazda (1930-ci illərdə), Orta Asiyada (1960-ci illərdə) tamamilə məhv edilib.

Hazırda pələnglərin təbii yaşayışı üçün yararlı ərazilər 1,2 milyon kvadratmetr sahəni əhatə edir. Təbiətin bu nadir canlılarının doqquz tanınmış yarımnövündən yalnız 6-sı qalıb. Benqal pələngi — ən çoxsaylı yarımnövü Butan, Nepal, Banqladeş və Hindistanda yaşayır. Amur pələngi — ən nadir və ən böyüyü (çəkisi 300 kiloqram) Rusiyada, eləcə də Çinin şimal-qərbində yaşayır. Yalnız 2004-ci ildə yarımnöv kimi tanınan Malayziya pələngi Malakka yarımadasının Malayziya sahəsində, Çin pələngi isə Çində yaşayır. Tailand, Kamboca, Vyetnam və Laosda Hind-Çin pələngi yayılıb. Sumatra pələngi yarımnövün ən kiçiyidir. Onların çəkisi təxminən 150 kiloqramdır.

XX əsrdə pələngın adı “itən növ” kimi Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Kitabı”na, Rusiyanın, eləcə də digər ölkələrin mühafizə sənədlərinə daxil edilib.

127
Teqlər:
pələng günü, pələnlər günü, Beynəlxalq Pələnglər günü

"Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb

9
Silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

BAKI, 19 yanvar - Sputnik. İstanbulun Esenyurt rayonunda "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.

APA-nın verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə borc üstündə baş verib.

Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.

9
 Передача денег из рук в руки, фото из архива

Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama

9
(Yenilənib 18:40 19.01.2021)
Ötən il dekabrın 30-da ƏƏSMN tərəfindən ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə bağlı işsiz və karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdırılıb

BAKI, 19 yanvar - Sputnik. Nazirlər Kabineti işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən şəxslərə birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin yanvar ayı üçün verilib-verilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Hökumətdən “Report”a bildirilib ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmışdi.

“Bu müddət bir ayı əhatə edib. Bununla əlaqədar olaraq da ötən il dekabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin köçürülməsi başa çatdırılıb”, - Nazirlər Kabinetdən vurğulanıb.

9

Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər

0
Üçtərəfli bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

0