MilliÖn terminal

“Milli Ön”lərin qənimləri saxlanıldılar

77
(Yenilənib 15:57 28.07.2015)
Daxili İşlər Nazirliyindən Sputnik-ə daxil olan məlumatda bildirilir ki, dəstə növbəti “oğurluq əməlliyatı” zamanı hadisə başında yaxalanıb.

BAKI, 28 iyul — Sputnik. Bakıda oğru dəstəsi yaxalanıb.

Daxili İşlər Nazirliyindən Sputnik-ə daxil olan məlumatda bildirilir ki, dəstə növbəti “oğurluq əməlliyatı” zamanı hadisə başında yaxalanıb.

Belə ki, Bakının Yasamal rayonu ərazisində oğurluq etdiklərinə görə Amid Əliyevin, Nihad Bağıyevin və Elmar Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların digər oğurluq hadisələrində də iştirakı bəlli olub. Bu oğru dəstəsi “Milli Ön” ödəmə terminallarına qənim kəsilib. Aparılan araşdırma nəticəsində  dəstənin  Qaradağ rayon ərazisində Babalar Süleymanova məxsus mağazada və Qobustan qəsəbəsində quraşdırılmış “Milli Ön” ödəmə terminallarından ümumilikdə 3590 manat oğurlamaları da müəyyən edilib. 

77
Teqlər:
oğru dəstəsi, oğurluq əməlliyatı, MilliÖn, Milli Ön, DİN, Daxili İşlər Nazirliyi, Bakı, Azərbaycan