Yol polisi

Polisin "istirahət" reydi

584
(Yenilənib 13:01 27.07.2015)
Bazar günü turizm bölgələrinə gedən sürücülərin istirahətini Dövlət Yol Polisi "burunlarından gətirdi".

BAKI, 27 iyul – Sputnik. Qaxın İlisu kəndi ərazisində sərxoş sürücülərə qarşı reyd keçirilib. Reyd Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) 5-ci tağımının, Qax Yol Patrul Xidmətinin və rayonlararsı narkoloji şöbənin əməkdaşlarının iştirakı ilə baş tutub. 4 saatlıq reyd zamanı qayda pozan sürücülərə qarşı İnzibati Xətalar Məcəlləsinə (İXM) uyğun olaraq protokollar tətbiq edilib.

Sputnik avtosfer-ə istinadən xəbər verir ki, həmin sürücülər arasında həm İlisu kəndində istirahətə gələn qonaqlar, həm də Qax rayon sakinləri olub. Reyd zamanı yol polisi əməkdaşlarının əmrlərinə tabe olmayan sürücülərə də rast gəlinib.

Reyd zamanı sərxoş vəziyyətdə sükan arxasında əyləşənlər saxlanılıb. Onlar arasında bəziləri polislərin "saxla" əmrinə məhəl qoymayaraq qaçmaqla inzibati cəzalardan yaxa qurtarmağa çalışıblar. Ancaq bu da həmin sürücüləri cərimələrdən xilas etməyib. 10 sürücü sərxoş halda avtomobili idarə etdiyi üçün avtomaşınları dayanacaqlara aparılıb, onlara inzibati protokollar tərtib olunub.

Pərdə və plyonkadan qanunsuz olaraq istifadə edən sürücülərə də cəzalar tətbiq edilib, avtomaşınların pərdə və plyonkaları yerində sökülüb.

APA isə xəbər verib ki, Yollarda  baş verən qəzaların qarşısının alınması və yollarda təhlükəsizliyi təmin edilməsi  məqsədilə, avtomobilin texniki baxışdan keçirməyən, sürücülük hüququ olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən və əlavə avadanlıqlar quraşdıran sürücülərin aşkar edilməsi istiqamətində Balakən və Qax rayonlarının Dövlət Yol Polisi və DİN-nin Baş Dövlət Yol Polisi alayının əməkdaşları Balakən və Qax rayonlarında birgə reydlər keçirib.

Balakən rayonunda keçirilən reydlər zamanı 100-dən yuxarı avtomobil saxlanılıb. Reydlər zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən və maşına əlavə avadanlıqlar quraşdıran, sürücülük vəsiqəsi olmadan və içkili vəziyyətdə maşın idarə edən ümumilikdə 70 sürücüyə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tətbiq edilib, 20 avtomobil dayanacağa aparılıb.

Qax rayonunda, Qax-İlisu avtomobil yolunda keçirilən reydlər zamanı isə yol hərəkəti qaydalarını pozan 40-dan çox sürücüyə barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tətbiq edilib, bunlardan da 10 sürücü sərxoş halda avtomobili idarə etdiyi üçün maşınları dayanacağa aparılıb.

Balakən və Qax rayonlarının DYP-i bölmələrindən verilən məlumata görə, rayonlarda bu cür reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

584
Teqlər:
sərxoş sürücülərə qarşı reyd, Qax Yol Patrul Xidməti, BDYPİ, Baş Dövlət Yol Polisi İdarəsi, İlisu kəndi, Qaxın İlisu kəndi, Azərbaycan
Partlayış, arxiv şəkli

Azərbaycan MN: Ermənistan buraxdığı səhvləri etiraf etmək məcburiyyətində qalıb

7
(Yenilənib 11:35 29.10.2020)
"Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərı və mülki infrastrukturı hədəfə alır"

BAKI, 29 oktyabr - Sputnik. Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Qeyd olunur ki, düşmən xeyli itki verir, onun döyüş texnikası sıradan çıxarılır. Ermənistanın hərbi rəhbərliyi də artıq buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb. Onlar düşdükləri ağır vəziyyətlə barışmağa məcburdurlar.
Biz torpaqlarımızı azad etdikcə düşmənin xeyli sayda silah-sursatını qənimət kimi götürürük.
Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərı və mülki infrastrukturı hədəfə alır.
Azərbaycan Ordusunun qarşısında yalnız bir tapşırıq var – mülki insanlara ziyan vurmadan ancaq hərbi obyektlərə zərbə endirməklə torpaqları işğaldan azad etmək.

7
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Rəqibimizin "taktikası": döyüş meydanında silah-sursatı, texnikanı atıb qaçdı - VİDEO
BQXK: Bərdəyə raket atılması nəticəsində bir könüllümüz ölüb, ikisi yaralanıb
MN: Ermənistan ordusunun yüksək rütbəli zabitləri məhv edilib
Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulub
Füzuli, Xocavənd və Qubadlıda Ermənistan ordusunun hücum cəhdlərinin qarşısı alınıb
Gəncədə vəziyyət, arxiv şəkli

10 aylıq Narin, 1 yaşlı Mədinə, 8 yaşlı Aysu - UNICEF-dən erməni terroru ilə bağlı bəyanat

8
(Yenilənib 11:09 29.10.2020)
"Riayət olunmayan üç atəşkəs anlaşması fonunda davam edən dörd həftəlik döyüşlərin uşaqlar üçün acı nəticəsidir"

BAKI, 29 oktyabr — Sputnik. "10 aylıq Narin, 1 yaşlı Mədinə, 8 yaşlı Aysu, 9 yaşlı Viktoriya, 13 yaşlı Şəhriyar, 13 yaşlı Artur, 14 yaşlı Fərid, 15 yaşlı Fidan, 15 yaşlı Nigar, 16 yaşlı Orxan. Bunlar, Dağlıq Qarabağ münaqişəsi zonasında və ondan kənarda bir ay davam edən döyüşlər zamanı öldürülən 10 uşağın adları və yaşlarıdır. 11 yaşlı oğlan və 12 yaşlı qızın adları hələlik açıqlanmayıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə UNICEF-in Dağlıq Qarabağ və ətrafında gedən bir aylıq döyüşlərə dair yaydığı bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, 130 mindən çox insan evlərindən didərgin düşüb, 76 məktəb və uşaq bağçasına ziyan dəyib, bir doğum evi topla atəşə tutulub: "Mülki bölgələrə gündəlik endirilən raket hücumlarının psixoloji təsirinə məruz qalan saysız-hesabsız uşaqlar qorxu keçirirlər. Riayət olunmayan üç atəşkəs anlaşması fonunda davam edən dörd həftəlik döyüşlərin uşaqlar üçün acı nəticəsidir. UNICEF uşaqların bundan sonra da həlak olmaması üçün döyüşlərin dərhal və tam dayandırılması üçün bir daha müraciət edir".

8
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO
Dərhal evə qaçdım, amma artıq gec idi - Erməni hücumu nəticəsində həlak olan Aysunun atası
Yalnız Xədicə sağ qalıb: qızın xalası onun vəziyyəti barədə danışıb
Şeyxdən II Qareginə irad: "Uşaqları hərbi savaşa çağırması..."
Gəncədə öldürülən 26 nəfərdən 10-u qadın, 6-sı uşaqdır - Baş Prokurorluq