Elektrik

Yaponiyada bambukla işləyən elektrostansiya tikiləcək

17
(Yenilənib 16:36 26.07.2015)
Yaponiyanın “Fujisaki Electric Co.” şirkəti Yamaquti prefekturasında enerjini bambukun yandırılması ilə hasil edən dünyanın ilk elektrostansiyasını inşa edəcək.

BAKI, 26 iyul — Sputnik. Yaponiyanın “Fujisaki Electric Co.” şirkəti Yamaquti prefekturasında enerjini bambukun yandırılması ilə hasil edən dünyanın ilk elektrostansiyasını inşa edəcək. Elektrostansiyanın tikintisinin 2016-cı ilin yanvarında başlanması, 2017-ci ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır.

Elektrostansiyanın müəyyən edilmiş gücü 2 meqavat (MVt) təşkil edir ki, bu da 4,8 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etməyə kifayət edəcək. Şirkət tikintiyə 19,4 milyon dollar xərcləməyi nəzərdə tutur.

Bununla yanaşı, həll edilməmiş bir problem qalır. Məsələ ondadır ki, kaliumun çox olmasına görə yandırılma zamanı bambukun kömürə bənzəyən bərk böyük yumaqları qalır. Onlar sobalarda ilişib qalır və normal işi pozur. Bambuk elektrostansiyanın tikintisi üçün “Fujisaki Electric Co.” bu problemi həll etməli olacaq.

Məlumat üçün bildirək ki, bambukun ayrı-ayrı növləri dünyada ən sürətlə bitən bitki kimi Ginnesin rekordlar kitabına daxil edilib. Bir günə gövdəsi 75 sm-dək böyüyən bambukların becərilməsi çox az vəsait tələb edir və istənilən şəraitdə bitir. Bambukun gövdəsi möhkəm olduğuna görə ondan tikinti materialı kimi istifadə etmək mümkündür. 

17