Работа железнодорожного вокзала

Azərbaycan Rusiyadan 800 vaqon alıb

14
(Yenilənib 12:14 21.07.2015)
“Azərbaycan Dəmir Yolları” QSC öz yük vaqon parkını yeniləmək məqsədi ilə Ural vaqon zavodundan (UVZ) 802 vaqon alıb.

BAKI,  21 iyul — Sputnik. “Azərbaycan Dəmir Yolları” QSC  öz yük vaqon parkını yeniləmək məqsədi ilə Ural vaqon zavodundan (UVZ) 802 vaqon alıb.

Bunu Sputnik-ə açıqlamasında "Azərbaycan Dəmir yolları" QSC-nin mətbuat katibliynin rəisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə,  "Azərbaycan Dəmir yolları" QSC UVZ arasında imzalanmış müqaviəyə əsasən 900 yük vaqonu alınmalıdır. “Hazır olan 802 vaqon alınaraq "Azərbaycan Dəmir yolları" QSC vaqon parkına daxil edilib və onlardan 300-ü istismara buraxılıb. Digər 500 yük vaqonunun sənədləşmə işi gedir. Proses başa çatan kimi bu vaqonlar da dövriyyəyə buraxılacaq. Alınan vaqonların 300-ü yarım vaqon, 150-si çən vaqon, 150-si konteyner daşıyan vaqon, biri taxıldaşıyan və bir ədədi də qapalı vaqondur”, — deyə Əzməmmədov qeyd edib. 

“Azərbaycan Dəmir yolları" QSC-nin ölkənin dəmiryolu sisteminin inkişaf etdirilməsi istiqamətində gördüyü işlər barəsində məlumat verən Əzməmmədov bildridi ki, ölkə başçısının sərəncamına əsasən dövlət proqramları çərçivəsində dəmiryolu sahəsinin inkişaf etdilməsi istiqamətində işlər gedir: “Əsas işlər Bakı-Böyük Kəsik dəmiryolu xəttində aparılır. Dövlət proqramı çərçivəsində artıq bu yolun 400 km-ə yaxını təmir olunub  və təmir işləri davam etdirilir. Bundan əlavə olaraq  rabitə sisteminin və təhlükəsizlik sisteminin etibarlı təminatı istiqamətində də işlər  gedir. Bu xətt boyunca  yeni yarımstansiyalar qurulur. Yeni rabitə sisteminin qurulması prosesi 4  mərhələdə aparılacaq. Yekunda Bakı sərnişin stansiyasında dispetçer pulti yenilənəcək və burada mikroprosessor idarəetmə sistemi qurulacaq. Yeni idarəetmə sisteminə keçməklə qatarların hərəkətinə nəzarət etmək və maşinistlərlə birbaşa əlaqə yaratmaq mümkün olacaq.”

Əzməmmədov onu da əlavə etdi ki, dəmiryolunda təhlükəsizlik sisteminin  təmin edilməsi üçün yeni PTS sistemi tətəbiq edilir: “Bu sistemin qurulması qatarlarda yaranan hər hansı nasazlığı və yaxud qızma halını əvvəlcədən bizə müəyyən etməyə imkan verəcək. Nəticədə isə problemi vaxtında aradan qaldırmaq imkanımız olacaq.”

14
Teqlər:
sərnişin qatarı, Bakı-Sumqayıt elektrik qatarı, Azərbaycan Dəmir Yolları, Nadir Əzməmmədov, Azərbaycan