Bakıya gətirilən yeni elektrik qatarı

Bakı-Sumqayıt xəttinin işə salınması üçün son 11 km təmir olunur

16
(Yenilənib 12:09 21.07.2015)
Bakı-Sumqayıt elektrik qatar yolunun nəzərdə tutulan vaxtda istifadə verilməsi üçün iş prosesinə “Azərbaycan Dəmir Yolları” QSC-nin əlavə qüvvəsi cəlb olunub.

BAKI, 21 iyul — Sputnik. Bakı-Sumqayıt elektrik qatar yolunun nəzərdə tutulan vaxtda istifadə verilməsi üçün iş prosesinə “Azərbaycan Dəmir Yolları” QSC-nin əlavə qüvvəsi cəlb olunub. Bunu Sputnik-ə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC  mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə,  Bakı-Sumqayıt xəttinin işə salınması üçün 63 km dəmiryolu yenidən təmir olunmalıydı və artıq bunun 52 km-i təmir olunub: “Təmir işləri davam edir. Bundan əlavə olaraq Bakı-Sumqayıt dəmiryoluna birbaşa keçidi təmin etmək üçün əlavə 1,6 km yeni yol salınmalı idi və bu istiqamətdə də işlər gedir. Üstəlik, həm Bakı, həm də Sumqayıt sərnişin stansiyalarında sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməi istiqamətində işlər gedir. Yeraltı keçidlər yenidən qurulur, Bakıda sərnişinlərin rahat 28 may metrostansiyasına keçidini təmin etmək istiqamətində də işlər aparılır.”

N. Əzməmədov bildirdi ki, Bakı-Sumqayıt xəttinin nəzərdə tutulan vaxtda, yeni dərs ilinədək işə salınması üçün bütün qüvvələ səfərbər olunub. “Bu istiqamətdə nə lazımdırsa edilir və bu məqsədlə hətta  əlavə qüvvələr də cəlb edilib”, — deyə o vurğulayıb.

16
Teqlər:
sərnişin qatarı, Bakı-Sumqayıt elektrik qatarı, Bakı-Sumqayıt, Azərbaycan Dəmir Yolları, Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, Nadir Əzməmmədov, Sumqayıt, Bakı, Azərbaycan