Anders Berinq Breyvik - Norveçdə 2011-ci ildə 77 nəfəri qətlə yetirən terrorçu

77 nəfəri öldürən terrorçu universitetə qəbul olunub

48
(Yenilənib 12:15 18.07.2015)
Breyvik Oslo Universitetinin siyasi elmlər fakültəsində təhsil alacaq

BAKI, 18 iyul — Sputnik. Norveçdə 2011-ci ildə 77 nəfəri qətlə yetirdiyinə görə 21 il azadlıqdan məhrum edilən Anders Berinq Breyvik Oslo Universitetinin siyasi elmlər fakültəsinə qəbul olub.

Sputnik Euronews-a istinadən xəbər verir ki, universitetin rektoru Ole Petter Ottesen bununla əlaqədar bildirib ki, Norveç həbsxanalarında cəza çəkən məhbusların hamısı abituriyentlər üçün zəruri tələblərə uyğun gəldiyi halda ali təhsil almaq hüququna malikdirlər.  

Breyvik iki il əvvəl də universitetə qəbul olunması ilə bağlı ərizə ilə müraciət etmişdi, lakin o zaman onun bu ixtisasa uyğun olmadığı səbəb göstərilərək müraciətinə imtina cavabı verilmişdi. Qərarın dəyişdirilməsinin səbəbi açıqlanmır.

48