Yeni Azərbaycan Partiyası

YAP jurnalistləri mükafatlandırıb

17
(Yenilənib 14:48 16.07.2015)
Bu gün Yeni Azərbaycan Partiyasının qərargahında Azərbaycan mətbuatının 140 illiyi ilə bağlı tədbir keçirilib.

BAKI, 16 iyul — Sputnik. Bu gün Yeni Azərbaycan Partiyasının qərargahında Azərbaycan mətbuatının 140 illiyi ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan mətbuat tarixindən danışan Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı deyib ki, milli mətbuatımız xalqımızın maariflənməsində böyük rol oynayıb.

M. Qurbanlı bildirib ki, Heydər Əliyev 1970-ci illərdə hakimiyyətdə olduğu dövrdə radio və televiziyanın, yazılı mətbuatın inkişafı sahəsində ciddi işlər görülüb: “Müstəqilliyimizin bərpasından sonra da Heydər Əliyev mətbuatın inkişafına xüsusi diqqət yetirib, mətbuatın dostu adını alıb. Prezident İlham Əliyev də mətbuatın inkişafı, mətbuatın problemlərinin həlli, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüb”.

M. Qurbanlı YAP-ın da mətbuatla əlaqələrə xüsusi diqqət yetirdiyini söyləyib: “YAP adından jurnalistləri təbrik edirik”.

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə qeyd edib ki, Azərbaycan müstəqillik qazanandan sonrakı dövrdə mətbuatda kifayət qədər peşəkar kadrlar yetişib: “Söz azadlığının təmin olunmasında mətbuat böyük rol oynadı. Həm də SSRİ-də 14 respublika ilə müqayisədə Azərbaycanın müstəqillik qazanması prosesi çox ağır oldu, torpaqlarımız işğala məruz qaldı, separatizm baş qaldırdı. Mətbuat xalqın Azərbaycan ərazilərinin müdafiəsinə səfərbər olunmasında, dövlətçiliyimizin qorunmasında mühüm rol oynayıb”.

Heydər Əliyevin mətbuata qayğısı, bu istiqamətdə gördüyü işlərə toxunan S. Novruzov prezident İlham Əliyev tərəfindən bu istiqamətdə işləri davam etdirdiyini vurğulayıb: “Birinci Avropa Oyunları da göstərdi ki, bir neçə orqanı çıxmaq şərti ilə, mətbuatımız ümumxalq maraqları digər maraqlardan üstün tutaraq, Azərbycanda keçirilən bu möhtəşəm tədbirə qarayaxmalara, erməni lobbisindən maliyyələşən dairələr və sapı özümüzdən olan baltalara qarşı birmənalı mövqe ortaya qoydu. Siyasətçilərin də proqramlarını seçicilərə çatdırmasında mətbuatın rolu əvəzedilməzdir.  Qarışdan gələn parlament seçkiləri Azərbaycan mətbuatının 140 illiyinə təsadüf edir. İnanıram ki, 140 illik təcrübə parlament seçkilərində təbliğat-təşviqat kampaniyasının qurulmasında özünü göstərəcək. Həm də qarşıdan Ramazan bayramı gəlir, bu münasibətlə xalqımızı, jurnalistlərimizi təbrik edirik”. 

Daha sonra bir qrup jurnalist Milli Mətbuat Günü ilə bağlı mükafatlandırılıb.

17
Teqlər:
Milli Mətbuat Günü, Mətbuatın 140 illiyi, Yeni Azərbaycan Partiyası, Siyavuş Novruzov, Mübariz Qurbanlı, Azərbaycan
Göranboyda hadisə yerində

Goranboyda gecə qəzası: "Opel" xarab olub yolda qalan maşına çırpılıb - FOTOLAR

18
(Yenilənib 00:04 22.01.2021)
Qəzaya düşmüş Tovuz, Tərtər, Kürdəmir rayonlarının sakinləri Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 yanvar - Sputnik. Gecə saatlarında Goranboyda yol qəzası baş verib. Hadisə Goran-Naftalan yolunun rayonun Bolusulu kəndindən keçən hissəsində qeydə alınıb.

Sputnik Azərbaycan xəbər verir ki, qəfildən nasazlıq yaranan tinglə yüklü “Vaz 21-011”-in sürücüsü maşını yol kənarında dayandırmalı olub. Sürücü və sərnişinlər minik maşınından düşərək nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman yolda hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq nasazlıq yaranan “Vaz”-a çırpılıb. Qəza zamanı 3 nəfər Elçin Qurbanov, Həmid Əsgərzadə və Yadigar Quliyev müxtəlif dərəcəli xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Göranboyda hadisə yerində

Məlumata görə, “Vaz” markalı minik maşının sürücüsü və sərnişinləri Tərtər rayonundan satış üçün müxtəlif meyvə ağaclarının tinglərini daşıyırmış. Goranboy rayonunun Boluslu kəndi ərazisində avtomobil xarab olduğundan yol kənarında dayanmağa məcbur olub. Qəza da qəfildən, onlar maşını düzəldən zaman baş verib.

Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan meyvə ağacları da ətrafa dağılıb. Qeyd edək ki, xəsarət alan şəxslər Tovuz, Tərtər və Kürdəmir rayon sakinləridir. Faktla bağlı araşdırma aparılır.

18
Şəmkirdə vaksinasiya

Şəmkirlilər koronavirusa qarşı vaksinasiyaya "hə" dedilər

14
(Yenilənib 23:53 21.01.2021)
Şəmkirdə COVİD-19 pandemiyasına qarşı vaksinasiyaya başlayıb. Peyvəndləmədən keçən tibb işçiləri özlərini yaxşı hiss etdiklərini bildiriblər.

İlham Mustafayev, Sputnik Azərbaycan

21 yanvar - Sputnik. Şəmkir rayon sakinləri COVID-19-a qarşı peyvəndləməyə cəlb edilib. Rayon mərkəzi xəstəxanasında bunun üçün 4 vaksin otağı yaradılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, “Sinovac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan sakinlərə könüllülük əsasında vurulacaq. Şəmkirdə təlimata uyğun olaraq tibbi müayinədən keçən sakinlər peyvənd edilib. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Peyvəndin əks təsirinin olmadığını bildirmək üçün tibb işçiləri  vaksinasiyada ön sıralarda olub.

Tibb işçisi Sevda Məmmədova peyvəndləməyə çox müsbət yanaşdığını söyləyib:

 “Mən də bir tibb işçisi olaraq bu günkü vaksinasiyada iştirak etdim və peyvəndi qəbul etdim. Özümü çox yaxşı hiss edirəm. Heç bir narahatçılığım yoxdu”, - deyə bildirib.
  • Şəmkirdə vaksinasiya
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə vaksinasiya
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə vaksinasiya
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
Şəmkirdə vaksinasiya
.

Koronoviruslu xəstələrin müalicəsi üzrə çalışan həkim Coşqun Yusibov isə peyvəndləmədən sonra tezliklə normal həyata qayıtmağın mümkünlüyünü bildirib:

“Dövlətin yaratdığı imkanlardan ilk istifadə edənlərdən biri də mən oldum. Özümü çox rahat hiss edirəm. Çox yaxşıyam, heç bir kənar reaksiya yoxdur”, –  deyə həkim C. Yusibov əlavə edib.

Şəmkir rayonunda tibbi işçilərinin sayı 2000-dən çoxdur. İlkin mərhələdə rayona 1115 doza vaksin göndərilib. Günədlik olaraq Rayon mərkəzi Xəstəxanasında 150-200 nəfərin peyvənd olunması planlaşdırılır. Tibb işçiləri ilə yanaşı risk qrupuna daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları əks-epidemik tədbirlərə cəlb olunacaq.

14
Alen Delonun xanımı Natali Delon

Alen Delonun keçmiş həyat yoldaşı vəfat edib

0
(Yenilənib 00:37 22.01.2021)
Aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.

BAKI, 22 yanvar — Sputnik. Dünya şöhrətli fransız aktyoru və rejissoru Alen Delonun xanımı Natali Delon dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Alen Delon və Natali Delon 1964-ci ildə evləniblər. Natali ilə olan evlilikdən onun Antoni adlı bir oğlu var.

Onu da bildirək ki, Natali Delon 1964-1968-ci illərdə Alen Delonla evli olduğu zamanlarda, ərinin sayəsində kinoya gəlib. Birlikdə çəkdikləri ilk "Samuray" filmi ilə böyük bir uğur qazanıb. Boşandıqdan sonra Natali digər məşhur rejissorlarla işləməyə davam edib. Sonra rejissorluq etməyə və ssenari yazmağa başlayıb.

0