Avtovağzal

Bayramda rayonlara gedənlərə şad xəbər: sıxlıq olmayacaq

27
(Yenilənib 11:27 14.07.2015)
Dəmiryolu vağzalı və Beynəlxalq avtovağzal bütün lazımi işləri görüblər.

BAKI, 14 iyul – Sputnik. Yaxınlaşmaqda olan Ramazan bayramı müddətində şəhərlərarası marşrutlarda işləyən avtobusların sayında artım ola bilər. Bu barədə Sputnikə açıqlamasında, Beynəlxalq Avtovağzalın əməkdaşı məlumat verib. 

“Müqəddəs Ramazan bayramına artıq 3 gün qalıb. Bu səbəblə Azərbaycanın rayonlarına üz tutan əhalinin sayında artım olacağı gözlənilir. Beynəlxalq avtovağzal olaraq biz bütün lazımi işləri görmüşük. Sıxlıq olsa, ehtiyac yaranacağı təqdirdə xətlərə əlavə avtobuslar buraxılacaq və reyslərin sayı artırılacaq”, deyə Avtovağzaldan bildiriblər. 

Bayramla əlaqədar olaraq, Dəmir yolu vağzalında da əlavə tədbirlər görüləcək. Vağzalın mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Sputnikə verdiyi açıqlamasında ayın 16-dan etibarən qatarlara yeni vaqonların qoşulacağını deyib.

“Müqəddəs Ramazan bayramı ayın 17-də başlasa da biz 1 gün öncədən öz hazırlıq işlərimizi yekunlaşdıracayıq. Yerli istiqamətdə hərəkət edən qatarlara əlavə vaqonlar qoşulacaq. Bu proses iyul ayının 21-dək davam edəcək. Çünki insanların paytaxta qayıtmasını da nəzərə almışıq”, deyə Nadir Əzməmmədov qeyd edib.

27
Teqlər:
Ramazan bayramı, Ramazan, Dəmir Yolu vağzalı, Beynəlxalq Avtovağzal, Nadir Əzməmmədov, Avtovağzal, Azərbaycan