Zakir Həsənov

Müdafiə naziri cəbhəboyu rayonlarda yerləşən hərbi hissələrdə olub

20
(Yenilənib 13:09 01.07.2015)
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olublar.

BAKI, 1 iyul — Sputnik. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini — Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olublar.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, MN rəhbərliyi ön xətdə yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşüb, onların sosial-məişət şəraiti ilə maraqlanıb, Silahlı Qüvvələr Günü münasibəti ilə təltif olunan hərbi qulluqçulara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim ediblər.

  • Министр обороны АР Закир Гасанов принял участие в открытии военной части, расположенной в прифронтовой зоне.
    Министр обороны АР Закир Гасанов принял участие в открытии военной части, расположенной в прифронтовой зоне.

1 / 6

Düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində komanda müşahidə məntəqəsinə baş çəkən müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, müdafiə zolağında həyata keçirilən tədbirlər barədə məruzə edilib.

Sonra cəbhə bölgəsində yerləşən bölmələrin şəxsi heyətinin daimi döyüş hazırlıqlarını təkmilləşdirməsi, silah və texnikadan bacarıqla istifadə etməsi, hərbi qulluqçuların peşəkarlıq qabiliyyətinin artırılması məqsədilə yaradılan yeni təlim-atış poliqonu müdafiə nazirinə təqdim olunub.

Bildirilib ki, idarəetmə məntəqəsi, atış və taktiki sahə, həmlə zolağı, sinif otaqları, o cümlədən müxtəlif yardımçı bölmələrdən ibarət poliqonda müxtəlif iriçaplı atıcı silahlar, minaatanlar, qumbaraatanlar və əl qumbaralarının praktiki istifadəsi ilə həyata keçirilən məşqlərdə əsgərlərə gecə və gündüz şəraitində, mütəmadi döyüş hazırlığı üzrə vərdişlər aşılanır.

MN rəhbərliyi təlim prosesini və döyüş atışlı məşqləri izləyib, döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi barədə müvafiq göstəriş və tapşırıqlarını veriblər.

20