Yeni Bakı yaşayış kompleksi

«Yeni Bakı» yaşayış kompleksində rüşvət qalmaqalı

521
(Yenilənib 12:18 30.06.2015)
Sakinlər evlərinə qaz və kupça verilməsində ciddi maneələrlə qarşılaşdıqlarını bildiriblər.

BAKI, 30 iyun – Sputnik. Masazırda yerləşən, «İlin Dörd Fəsli» şirkətinə məxsus «Yeni Bakı» yaşayış kompleksində yaşayan bir çox sakin evlərinə qazın və mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların (kupça) verilməsində ciddi maneələrlə qarşılaşdıqlarını bildiriblər. Onlar bu prosesin şirkət işçiləri tərəfindən qəsdən gecikdirilməsindən şikayətçi olduqlarını bəyan ediblər. Sakinlər gecikdirilmənin əsas səbəbini rüşvət ummaqla əlaqələndirir. Yaşayış kompleksində evi olan bəzi vətəndaşlar iddia edir ki, mənzillərinə qaz verilməməsinin səbəbi məhz rüşvətdir. 

“Necə ola bilər ki, eyni blokda yaşayan qonşumun evində qaz var, lakin bizdə yoxdur. Mən də başqaları kimi bütün proseduralardan keçmişəm, amma yaşadığım mənzilə qaz verilməsi uzadılır”, deyə kompleks sakini etirazını bildirib. 

Şikayətçilər mənzillərə çıxarış verilməsində də ciddi problem olduğunu iddia edirlər.

“Televiziyalarda reklam edilir ki, guya mənzillərə qaz və kupça verilir. Düzdür verilə bilər amma baxır kimə? Çox ciddi ayrı-seçkilik var. Kimin pulu varsa ona verilir”, deyə sakinlərdən bəziləri bildiriblər.

Məsələ ilə bağlı qarşı tərəfin fikirlərini öyrənmək üçün “İlin Dörd Fəsli” şirkətilə əlaqə saxladıq. Şirkətdən redaksiyamıza verilən məlumatda qeyd olundu ki, sözügedən iddialar əsassızdır və heç bir sübutu yoxdur. Rəhbərlik, evlərə qaz verilməsində heç kimdən rüşvət alınmadığını, bu kimi halların şirkətin əsas prinsiplərinə zidd olduğunu deyib. 

“Əgər hər hansı şirkət işçisi tərəfindən belə addım olubsa, xahiş edirik bizə ərizə ilə müraciət etsinlər. Mütləq baxılacaq və günahkar cəzalandırılacaq. Qaldı ki, kupça verilməsinə, burda da heç bir rüşvət faktoru ola bilməz. Qaz verilən binalardakı mənzillər çıxarışla təmin olunacaqlar. Bunun üçün müəyyən mərhələlər var. 3-4 aya məsələnin həll olunacağını gözləyirik”, deyə “İlin Dörd Fəsli” şirkətinin rəhbərliyi bildirib. 

521

Əyani təhsil başlayanda şagirdləri nələr gözləyir?

0
(Yenilənib 16:26 20.01.2021)
Yanvarın 18-dən sonra karantin qaydalarının yumşaldılması təhsilə də sirayət edəcək. KİV-də məlumat yayılıb ki, Təhsil Nazirliyi məktəbləri açmağa hazırlaşır, ancaq konkret vaxt deməyə hələ tələsmir

Məlumdur ki, respublika üzrə təhsil müəssisələrində əyani dərslər 2020-ci il noyabrın 2-də koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsi səbəbi ilə dayandırılmışdı. Hazırda gündəlik yoluxma statistikası payızdakı göstəricilərədək azalıb. Eyni zamanda Azərbaycanda əhalinin müəyyən qrupunun da peyvəndlənməsinə başlanılıb. 

Sosial şəbəkələrdə isə məktəblərin fevralın 1-dən, yaxud da 15-dən 5-9-cu sinif şagirdləri üçün açılacağı aktiv müzakirə olunur. 

Təhsil müəssisələrinin yenidən açılması ilə şagirdləri nələrin gözlədiyi, təhsil prosesinin necə qurulacağı və onlayn dərslərlə uşaqların məktəbə gəlməsini necə uyğunlaşdıracaqları barədə sualları yanvarın 25-i saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia mətbuat mərkəzində təhsil eksperti, Təhsil.biz maarifçi-informasiya portalının baş redaktoru Kamran Əsədov cavablandıracaq.

Spikerə sualları öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq.

Əlaqə: 

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

0
Məktəbdə dərs prosesi, arxiv şəkli

Müəllimlərin nəzərinə: Qiymətləndirmə qaydası açıqlandı

7
(Yenilənib 15:47 20.01.2021)
Bu barədə Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.

BAKI, 20 yanvar — Sputnik. Xüsusi karantin rejimində summativ qiymətləndirmə zamanı suallar hər sinif və fənn üzrə 4 müxtəlif səviyyədə tərtib edilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.

1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20 faizini (20 bal), 2-ci səviyyə üzrə 30 fazini (30 bal), 3-cü səviyyə üzrə 30 faizini (30 bal) və 4-cü səviyyə üzrə 20 faizini (20 bal) təşkil edir. Qiymətlər "2", "3", "4" və "5" olaraq müəyyənləşdirilir. 30 baladək suallar (30 da daxil olmaqla) "2", 30 baldan 60-dək (60 da daxil olmaqla) "3", 60 baldan 80-dək (80 də daxil olmaqa) "4", 80 baldan 100-dək (100 də daxil olmaqla) "5" kimi qiymətləndirilir.

7
Teqlər:
Təhsil Nazirliyi, məktəbli, məktəb, müəllimlər, müəllim