Şadlıq sarayı

Şadlıq evlərində köhnə yeməklərdən canımız qurtulacaq

39
(Yenilənib 16:40 17.06.2015)
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə AZS 746-2012 “Şadlıq saraylarının təsnifatı və ümumi qaydalar” dövlət standartına dəyişiklik edilib.

BAKI, 17 iyun — Sputnik. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə AZS 746-2012 “Şadlıq saraylarının təsnifatı və ümumi qaydalar” dövlət standartına dəyişiklik edilib.

Komitədən verilən məlumata görə, dəyişikliyə əsasən mətbəxdə qabların yuyulması iki üsulla əl və qabyuyan maşınlar vasitəsilə aparılmalıdır. Qablar əl ilə yuyularkən müəssisə iri mətbəx qazanları və avadanlıqların yuyulması üçün üç bölümlü, şüşə qablar və mətbəx dəstlərinin yuyulması üçün iki bölümlü vannalarla təmin olunmalıdır. Təmiz mətbəx qabları və avadanlıqların alt hissəsi döşəmədən ən azı 50-70 sm hündürdə olan rəflərdə, təmiz mətbəx dəstləri zalda xüsusi şkaflarda, təmiz boşqablar isə bağlı şkaflarda və ya rəflərdə saxlanmalıdır. Onların məcməyidə səpələnmiş vəziyyətdə saxlanmasına icazə verilmir.

Standarta digər dəyişiklik hazırlanan yeməklərin realizasiyası və saxlanması ilə bağlıdır. Belə ki, “İsveç masası” xidmət növündə təqdim olunan marmitdə, sobada qızdırılan qablarda  olan isti yeməklər ən çoxu üç saat ərzində, soyudulmuş hazır soyuq yeməklər isə bir saat ərzində realizə edilməlidir və realizasiya zamanı isti yeməklərin temperaturu 75 dərəcədən aşağı, soyuq yeməklər və içkilərin temperaturu isə 14 dərəcədən yuxarı olmamalıdır. Həmçinin, salatların inqrediyentləri qatışdırılmamış vəziyyətdə 2-6 dərəcədə 6 saatdan çox saxlanılmamalıdır, qatışdırıldıqdan sonra dərhal stola verilməlidir.

Yeməklərin istehsalı zamanı istifadə olunan ərzaq xammallarında və ərzaq məhsullarında insan sağlamlığına potensial təhlükəli olan kimyəvi və bioloji maddələr normativ-hüquqi sənədlərdə müəyyən edilmiş normadan artıq olmamalıdır.

Tətbiq edilən digər dəyişikliyə əsasən, ictimai iaşə müəssisələrində  kulinariya məhsulları hazırlanarkən baytarlıq ştampı (möhürü) və şəhadətnaməsi olmayan bütün növ kənd təsərrüfatı heyvanlarının ətindən, quş əti və quş yumurtasından, ördək və qaz yumurtalarından, hermetikliyi pozulmuş, şişmiş konservlərdən, anbar zərərvericiləri ilə yoluxmuş qarabaşaq, un, düyü, quru meyvələrdən, qurdlu və əzilmiş təzə göbələklərdən, istifadə müddəti başa çatmış və ya başa çatmaq üzrə olan, xüsusilə tez xarab olan məhsullardan və s. istifadə etmək qadağandır.

Həmçinin, məhsulların soyuducuda saxlanılması zamanı müəyyən qaydalara riayət olunmalıdır. Belə ki, yeni qaydalara əsasən ətin saxlandığı soyuducu kameralar asan yuyula bilən gigiyenik örtüklü rəflərlə təmin olunmalıdır. Soyudulmuş ət cəmdəkləri, yarımcəmdəklər və dörddə bir cəmdəklər bir-birinə, döşəməyə və divara toxunmamaq şərti ilə qarmaqlardan asılmış vəziyyətdə, həmçinin xama, kəsmik, mayonez və s. ağartı məhsulları ağzı qapaqla yaxşı bağlanan qablarda, kolbasalar isə qarmaqlardan asılmış vəziyyətdə saxlanmalıdır.

Personalın şəxsi gigiyenik qaydalarına da dəyişiklik edilib. Belə ki, personal üst geyimlərini və şəxsi əşyalarını qarderobda saxlamalı, işə başlamazdan əvvəl əllərini təmiz yumalı, təmiz xalat və əlcək geyinməli, başlarını örtməli və saçlarını diqqətlə örtüyün altına yığmalıdır. Həmçinin əllərində irinli sızanaqlar, kəsiyi, yanığı olan, yuxarı nəfəs yolları epidemiyalı xəstələr bu sahələrdə işə buraxılmamalıdır.

Dəyişikliklər sentyabrın 1-dən tətbiq olunacaq. 

39

Kafe restoranlarda karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq

11
(Yenilənib 23:47 23.11.2020)
İctimai iaşə müəssisələrində COVİD-19-la əlaqədar karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq.

BAKI, 24 noyabr - Sputnik. “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyənləşməlidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, karantin tələbləri üzrə əlaqələndirici (məsul) şəxs funksiyaları ictimai iaşə müəssisəsinin işçilərindən birinə həvalə edilir. Bu təyinat müəssisədaxili rəsmiləşdirilməlidir.

Həmin məsul şəxs epidemiya əleyhinə mövcüd tələblərin müəssisədə tətbiqinin təşkili, bu tələblərin yerinə yetirilməsinə yerində nəzarəti həyata keçirməklə bərabər nəzarətedici dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə əlaqələndirici olacaq, müəssisənin işçilərini təlimatlandıracaq, dezinfeksiya tədbirlərini təşkil edəcək, bu tədbirlərin müəssisədaxili qeydiyyat formaları və cədvəllərini tərtib edəcək, icrasına müəssisə daxilində nəzarət edəcək.

Məsul şəxs koronavirusla (COVID-19-la) mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməlidir. Eyni zamanda məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir.

11
Azərbaycan və Türkiyə bayraqları olan tablo, arxiv şəkli

Ankara Opera Balet Teatrında ölkəmizə dəstək məqsədilə bədii proqram təqdim ediləcək

4
(Yenilənib 23:33 23.11.2020)
Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

BAKI, 23 noyabr — Sputnik. Ankara Opera və Balet Teatrında Azərbaycana dəstək məqsədilə zəngin bədii proqram təqdim ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, proqram Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) və Anadolu Mədəniyyətlərin araşdırılması və inkişafı dərnəyi tərəfindən birgə təşkil olunacaq.

Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

4
Teqlər:
dəstək, proqram, teatr