Dostluq parkı villalar

Deputat: Haram pulla tikilən evlərin aqibəti tarixən belə olub

36
(Yenilənib 00:25 27.05.2015)
Millət vəkili Çingiz Qənizadə hesab edir ki, sökülən villaların tikintisindən kiminsə xəbərinin olmamasına və yaxud onların kiməsə məxsus olması ilə bağlı söylənilənlərə inanmaq olmur.

BAKI, 26 may — Sputnik. “Qeyri-qanuni hərəkətlərin gec-tez bir sonu olur. Hər kəs öz cəzasını çəkməlidir. Haram pulla tikilən evlərin aqibəti tarixən belə olub və bu gün də biz bunun şahidi oluruq. Haram pul qazanan sonadək onun xeyr-bəhrəsini görməyib və görməyəcək də.”

Bu sözləri Sputnik-ə açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib.

Dövlət başçısının göstərişindən sonra Bakı şəhər, Səbayel rayonu, Salyan şossesi 37 ünvanındakı “Dostluq” parkı ətrafında villaların sökülməsi barədə fikirlərini bölüşən millət vəkili,  prezidentin mənəvi dəyərlərə söykəndiyini və alqışlandığını dilə gətirib: “Ölkə başçısının bu qərarı təkcə bir millət vəkili və yaxud məmurun yox, ümumiyyətlə xalqın ürəyindən olan qərardır. Biz prezidentin bu addımını dəstəkləyir və ona  təşəkkür edirik.”

İbrahimli onu da əlavə edib ki, indiki halda hər bir ölkə vətəndaşı bu işdə ölkə başçısına dəstək verməlidir: “Azərbaycan vətəndaşları ölkəmizə şimaldan, cənubdan, şərqdən, qərbdən boz sifətlərin göstərildiyi bir vaxtda xalq, millət olmağı bacarmalıdır. Prezidentin addımlarını da biz xalqın birliyi istiqamətində atılan addımlar kimi qiymətləndiririk.”

Millət vəkili Çingiz Qənizadə isə hesab edir ki,  bu villaların  tikintisindən kiminsə xəbərinin olmamasına və yaxud onların kiməsə məxsus olması ilə bağlı söylənilənlərə inanmaq olmur. “Əgər bu “Dostluq” parkı vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən salınıbsa, onun qoyduğu xatirəyə hörmət göstərmək lazım idi. Ulu öndər bu parkı ona görə salıb ki, insanlar burada istirahət etsinlər, daha kimlərsə oranı zəbt edib özünə villa tikməsin?!”, deyə Qənizadə bildirib. 

Prezident İlham Əliyevin problemə vaxtında müdaxilə etdiyini düşünən millət vəkili deyib ki, əgər orada yenə də tikinti işləri davam etdirilibsə, bu özü dözülməzdir haldır: “İnsanların istirahəti üçün nəzərdə tutulan parkın yanında ev tikmək olmaz.” 

  • Dostluq parkı villalar
    Dostluq parkı villalar
    amerikaninsesi.org
  • Dostluq parkı villalar
    Dostluq parkı villalar
    amerikaninsesi.org
  • Dostluq parkı villalar
    Dostluq parkı villalar
    musavat.com
  • Dostluq parkı villalar
    Dostluq parkı villalar
    musavat.com
1 / 4
amerikaninsesi.org
Dostluq parkı villalar


36
Əlaqədar
Deputat: Yanğınla bağlı daha yüksək vəzifəli məmurlar həbs olunmalıdır