Ералаш

“Yeralaş” kinojurnalının yaradıcısının evi qarət edildi

61
(Yenilənib 22:06 24.05.2015)
Keçmiş SSRİ-də məşhur olan “Yeralaş” uşaq kinojurnalının yaradıcısı Boris Qraçevskinin Moskvadakı mənzili qarət olunub.

BAKI, 24 may — Sputnik. Keçmiş SSRİ-də məşhur olan “Yeralaş” uşaq kinojurnalının yaradıcısı Boris Qraçevskinin Moskvadakı mənzili qarət olunub.

Naməlum şəxs və ya şəxslər onun Gilyarovsk küçəsində yerləşən mənzilinə daxol olaraq 600 min Rusiya rublu məbləğində oğurluq ediblər.

Oğurluq barədə polisə adı açıqlanmayan qonşu qadın müraciət edib. Qraçevskidən qarət barədə polisə hər hansı şikayət daxil olmayıb. Onun Çitada ezamiyyətdə olduğu bildirilir.

Lakin qadın qarətin nə vaxt baş verdiyi barədə dəqiq tarix göstərməyib. Ehtimal olunur ki, oğurluq hadisəsi 21-23 may aralığında törədilib. 

Rusiyanın əməkdar incəsənət xadimi olan Qraçevski “Yeralaş” uşaq kinojurnalının bədii rəhbəridir.

Sözügedən yumoristik proqram ilk dəfə 1974-cü ildə efirə çıxıb. Proqramın əsası Aleksandr Xmelik və Boris Qraçevski tərəfindən qoyulub.

61