Гаджибала Абуталыбов

Yanan bina sakinlərinə kompensasiya bu gün veriləcək

83
(Yenilənib 13:24 22.05.2015)
Bu gün Bakı şəhər İcra Hakimiyyətində mer Hacıbala Abutalıbov binanın sakinlərini qəbul edəcək.

BAKI, 22 may — Sputnik. Hökumət bu gün Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı sakinlərə kompensasiya verəcək.

Sputnik xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov söyləyib.

H. Abutalıbov deyib ki, bu gün Bakı şəhər İcra Hakimiyyətində binanın sakinlərini qəbul edəcək: "Pul vəsaitləri bankda ailə üzvlərinin birinin adına köçürüləcək. Bunun üçün ailənin yaşı 18-dən yuxarı olan digər üzvləri müvafiq arayış verməlidirlər. Yanan binanın yaxınlığında Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinin həyətində "ASAN xidmət" səyyar xidmət göstərir, müraciət edən sakinlər üçün belə müvafiq arayışlar hazırlanaraq verilir.  Yəni sakinlərin bu arayış üçün heç yerə getməyə ehtiyacları yoxdur, elə orada "ASAN xidmət"ə yaxınlaşsalar, kifayətdir. Elə bu gün də dərhal pul vəsaitləri bank hesabına götürüləcək, müvafiq arayışla ailədən ata, yaxud başqa bir nəfər bu gün arayışla bankdan həmin vəsaitləri ala biləcəklər. Bank xərclərini də Bakı şəhər İcra Hakimiyyəti öz üzərinə götürüb".

Binada kirayə yaşamış, xəsarət almış və maddi ziyan çəkmiş şəxslərlə bağlı məsələyə də aydınlıq gətirən H. Abutalıbov deyib ki, hazırda yanmış binada olan sakinlər, həm də kirayədə yaşamış insanlar hüquq-mühafizə orqanlarında onlara dəymiş ziyanla bağlı ifadə verirlər: "Hüquq-mühafizə orqanlarının bununla bağlı verdikləri arayışları məhkəmə də təsdiqləməlidir. Buna müvafiq olaraq dəymiş ziyan ödəniləcək. Kirayədə yaşamış və yanğın zamanı xəsarət almış şəxslərə də Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulan kompensasiya veriləcək. Bunun üçün kirayədə yaşamış insanlarla mənzilin sahibi arasında kirayə ilə bağlı müqavilə bağlanmalı, bu müqavilə notariusda təsdiqlənməli, yaxud qonşular həmin şəxsin o binada kirayədə yaşadığını notarius yolu ilə təsdiqləməlidirlər. Bu halda kirayədə yaşayan və xəsarət alan şəxsə müvafiq kompensasiya veriləcək. Kirayədə yaşayanların mülkiyyətinə dəyən ziyana gəlincə, bununla bağlı ev sahibləri ilə kirayədə yaşayanlar arasında razılaşma əsasında müqavilə imzalanmalıdır. Belə müqavilə imzalanıb notariusda təsdiqlənəcəyi halda Nazrilər Kabinetinin sərəncamında nəzərdə tutulan 20 min manat məbləğində birdəfəlik yardım ev sahibi və kirayədə yaşayana aralarındakı razılaşmaya uyğun olaraq veriləcək."

Nazirlər Kabineti Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı sərəncam verib. Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 may tarixli 1229 nömrəli Sərəncamının 2-ci hissəsinin icrası ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilib. Çoxmərtəbəli yaşayış binasında əsaslı təmir və yenidənqurma işlərinə başlamaq üçün 3 milyon manat vəsait ayrılıb. Bu məsələlərin və binanın sakinlərinə kirayə pulu ödənilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə cəmi 5 milyon manat məbləğində vəsait ayrılıb. 

83
Mövzu:
Binəqədidə binada baş vermiş yanğın (11)
Əlaqədar
Abutalıbov: Yanan bina ilə bağlı hələ çox həbslər olacaq
Bakıda yanan binada xəsarət alan 11 xəstənin durumu açıqlandı
Bakıda yanan binada təmir işlərinə başlanılıb

Müdafiə Nazirliyi: Ermənistan ordusunun alay komandiri ağır yaralanıb

12
Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-cu alayının komandiri polkovnik Artyom Poqosyan ağır yaralanıb

BAKI, 29 sentyabr — Sputnik. Ermənistan ordusunun alay komandiri ağır yaralanıb.

Sputnik Azərbaycan bildirir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatı nəticəsində Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-cu alayının komandiri polkovnik Artyom Poqosyan ağır yaralanıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində müvəqqəti işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan məhv edilib. Həmçinin Eçmiədzin rayonunda dislokasiya olunan və işğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan bu gün məhv edilib.

12
Teqlər:
komandir, Ermənistan ordusu, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib
Hadrut istiqamətində Ermənistanın komanda müşahidə məntəqəsi darmadağın edilib
Rəsmi Bakı: Ermənistanın hərbi təcavüzü nəticəsində 10 mülki şəxs həlak olub
Ağdərə istiqamətində Ermənistan ordusunun tankı məhv edilib
Hüsənli kəndində Ermənistan ordusunun mərmisi yaşayış evini dağıdıb – VİDEO
Almaniya kansleri Angela Merkel, arxiv şəkli

Angela Merkel Prezident İlham Əliyevə zəng edib

35
İlham Əliyev əlavə edib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır və bu, hərbi cinayət sayılır

BAKI, 29 sentyabr — Sputnik. Sentyabrın 29-da Almaniya Kansleri Angela Merkel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Angela Merkel Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsi ilə bağlı ölkəsinin narahatlığını ifadə edib və hadisələrin gedişi ilə maraqlanıb.

Dövlətimizin başçısı qeyd edib ki, sentyabrın 27-də, səhər saatlarında Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək, ağır artilleriya qurğularından təmas xətti boyu yerləşən hərbi birləşmələrimizi, şəhər və kəndlərimizi atəşə tutması nəticəsində iki gün ərzində hərbçilərimiz, mülki şəxslər həlak olub və yaralanıblar, 150 yaşayış evi dağıdılıb. Azərbaycan tərəfi əks-hücum əməliyyatına başlayıb.

Fransa Prezidenti Emmanuel Makron, arxiv şəkli
© AFP 2020 / GONZALO FUENTES / POOL

Dövlətimizin başçısı bildirib ki, bundan əvvəl də iyul-avqust aylarında Ermənistan tərəfindən ölkəmizə qarşı hərbi təxribatlar törədilib və bunların nəticəsində hərbçilərimiz və mülki şəxslərimiz həlak olub. Prezident İlham Əliyev bu təxribatları Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin davamı olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı danışıqlar prosesini mənasız edir və Ermənistan rəhbərliyinin Azərbaycandan dırnaqarası “Dalıq Qarabağ respublikası” ilə danışıqlar aparması tələbi danışıqlar formatının dəyişdirilməsi cəhdi kimi qiymətləndirilməlidir. Dövlətimizin başçısı, eyni zamanda, bildirib ki, Ermənistanın müdafiə naziri yeni torpaqlar uğrunda yeni müharibə ilə Azərbaycanı hədələyib və bu plan reallıqda həyata keçirilir.

Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.

Prezident İlham Əliyev əlavə edib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır və bu, hərbi cinayət sayılır.

Söhbət zamanı atəşkəsin və danışıqlar prosesinin bərpa edilməsi imkanları barədə müzakirələr aparılıb.

35
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
İlham Əliyevlə BMT-nin Baş katibi arasında videokonfrans formatında görüş olub
İlham Əliyev Türkiyə prezidentinə təşəkkür edib
Rus İcması beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq etməyə çağırdı
Peskov: Vladimir Putinlə İlham Əliyevin söhbəti lazım gəldikdə baş tutacaq
"Qoşunların təmas xətti boyu əməliyyatlar davam edir, bu, vətən müharibəsidir!