Renald Luzer Charlie Hebdo

İslam peyğəmbərini təhqir edən karikaturaçı işindən ayrıldı

3
Fransanın qalmaqallı yumor jurnalı Charlie Hebdonun həyatda qalan son karikaturaçı rəssamı Renald Luzer işindən ayrılacağını açıqlayıb

BAKI, 20 may – Sputnik. Fransanın qalmaqallı yumor jurnalı Charlie Hebdonun həyatda qalan son karikaturaçı rəssamı Renald Luzer işindən ayrılacağını açıqlayıb.

Fransız “Liberation” qəzetinə müsahibə verən rəssam Renald Luzer, işdən çıxma qərarını özünün verdiyini söyləyib. O, sözügedən terror aktının yaddaşında dərin yaralar açdığını, 20 illik dostlarının yasını tutmaq və olanları unutmaq üçün vaxta ehtiyac duyduğunu deyib.

Daha əvvəl jurnalın əməkdaşları qanlı hücuma baxmayaraq fəaliyyətlərinə davam edəcəklərini bildirmişdilər.

Qeyd edək ki, sözügedən jurnal, Məhəmməd Peyğəmbəri təhqir edən karikaturalar yaymaqla məşhurlaşmışdı. Bu ilin yanvarında terrorçulıarın redaksiyanın binasına etdiyi hücum nəticəsində jurnalın karikaturaçı rəssamları qətlə yetirilmişdi. Hadisə dünya ictimaiyyətində geniş əks-səda doğurmuşdu. Söz azadlığının məhdudlaşdırılmasına yönəldiyi iddia edilən həmin hücumdan sonra, Qərb ölkələri “Mən Çarliyəm” plakatları ilə kütləvi aksiyalar keçirmişdilər. Mitinqlərin davam etdiyi bir müddətdə katoliklərin dini lideri, Roma Papası Françisdən jurnalın fəaliyyəti nipisləyən açıqlama gəlmişdi.

3