tqdk

İkinci üçüncü ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirilir

33
(Yenilənib 20:04 20.05.2015)
İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində aparılır

BAKI, 17 may — Sputnik. Mayın 17-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

AZƏRTAC xəbər verir ki, imtahan respublikanın 11 şəhərində — Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində aparılır.

Saat 11.00-da başlanan imtahan 3 saat davam edəcək. İmtahana nəzarətçi-müəllimlər nəzarət edirlər.

İmtahanlar başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq.

33