Səfər zamanı

Qarabağın səsləri yenə dünyanı bürüyəcək: Ağdamlılar doğma şəhərdə söz verdilər

4872
(Yenilənib 21:36 05.09.2021)
Muğam ifaçısı Firuz Səxavət Ağdam bərpa olunandan sonra qayıdıb burada uşaqlara dərs deyəcəyinin, Qarabağın gözəl səslərinin yenidən dünyaya səs salacağını bildirib.

BAKI, 5 sentyabr — Sputnik. Bu gün bir qrup Ağdam sakini ilk dəfə olaraq öz doğma şəhərində olub. Səfər Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin xətti ilə təşkil edilib.

"Ağdam sakinləri bu gün doğma torpağa ilk dəfə qədəm basdılar". Bunu jurnalistlərə açıqlamasında Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

O deyib ki, indiyə qədər bir çox qonaqları - xarici qonaqları, dövlət xadimlərini qəbul ediblər. Amma bu gün xüsusi və əlamətdar gündür. Çünki Ağdam sakinləri bura səfər edir.

"Bu səfərlər böyük qayıdışın bir hissəsi olaraq təşkil olunub. Bu səfərlər kompaniya xarakteri daşımır. Bizim vətəndaşlarımzdır. Onların haqqıdır. Onlar bura dədə-baba torpaqlarına qayıdana qədər bu səfərlər təşkil olunacaq. Onlar burda gedən işlərlə tanış olacaqlar. Bu qayıdışın birinci mərhələsidir. Biz ona görə də çox sevinirik. Pənahəli xanın imarət kompleksi ilə tanış olurlar. Məkanların hamısına baxacağıq. Çox xoş əhval-ruhiyyə var bu gün. Gözəl hava var. Sanki ulu tanrı da bu səfəri alqışlayır, təqdir edir", - Emin Hüseynov deyib. O əlavə edib ki, bərpa planında Ağdamın səfalı yerləri, dağlıq kəndləri də var.

  • Səfər zamanı
    © Sputnik / Emin Alisahib
  • Səfər zamanı
    © Sputnik / Emin Alisahib
1 / 2
© Sputnik / Emin Alisahib
Səfər zamanı

"Sözsüz ki, ermənilər o kəndləri də talan edib, dağıdıblar. Dövlət orqanları, Əlaqələndirmə Qərargahı çərçivəsində dəymiş ziyanın hamısını siyahıya alıb. Abdalgülablı çox məşhur kənddir. Bərpa planında o kəndlər də yer alır. Sözsüz ki, mənfur düşmən böyük miqyaslı ziyan vurub. Dövlət orqanları əlaqələndirmə qərargahı çərçivəsində ordakı dəymiş ziyanı inventarlaşdırır. Hamısının qeydiyyatını aparıb. O kənddə bərpa olunması üçün böyük miqyaslı işlər aparılmalıdır. Tam əmin ola bilərsiniz ki, bunlar hamısı olacaq. Biz Ağdamı cənab prezidentin də qeyd etdiyi kimi, cənnətə çevirəcəyik. Azərbaycanın ən səfalı güşələrindən biri kimi burada da hər cür şərait yaradılacaq ki, vətəndaşlarımız öz doğma torpaqlarına qayıdıb, burda yaşasınlar", - Heseynov deyib.

Ağdam rayonunun Abdalgülablı kəndindən olan muğam ustası Firuz Səxavət isə deyib ki, qayıdıb doğma kəndində uşaqlara dərs deyəcək: "Biz də gəlib, dərs deyəcəyik. Tələbələri yenə də yetişdirəcəyik".

© Sputnik / Emin Alisahib
Firuz Səxavət

O, Ağdamın bərpa olunacağı günü səbirsizliklə gözlədiyini bildirib. Firuz Səxavət bu səfər üçün çox sevindiyini və bütün qarabağlıların öz evlərinə qayıdacağına əmin olduğunu vurğulayıb:

"Ağdamda olan bu havaya bizi 30 il həsrət eləmişdilər. Allah onlara lənət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin, Allah Ali Baş Komandanın canın sağ eləsin ki, bu gözəl günləri bizə yaşatdı. Əminəm ki, bütün Qarabağ səsləri yenə də dünyaya səs salacaq. O insanlar burda yaşamalıdır ki, o səs olsun. Bu gözəl abadlaşma işləri yekunlaşandan sonra burda texnikumlar, institutlar olacaq. Biz də gəlib, dərs deyəcəyik. Tələbələri yenə də yetişdirəcəyik. Həmin o səslər dünyaya yenə də səs salacaq".

Bir qrup Ağdam sakini və rayon ictimaiyyəti nümayəndələrinin rayonun müxtəlif yerlərinə baş çəkib, işğal müddətində erməni faşistləri tərəfindən dağıdılmış yurd yerlərini ziyarət edib.

"Biz müqəddəs bir yerdə dayanmışıq və burda təssüratlar ancaq zəngin ola bilər. Bu Şuşa, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın burda türbəsi var. Təbii ki, bu yerdə Ağdamın tarixinə səyahət edirsən. Ancaq Ağdamın o dövr üçün müasir dövrləri də vardı.", - əslən Ağdamdan olan ziyalı, Yazıçı-dramaturq, əməkdar incəsənət xadimi Əli Əmirli bildirib. O deyib ki, bu gün Ağdamda ziyarət edilən yerlər yalnız və yalnız Ağdamın tarixi yerləridir. O müasir şəhərdən, Ağdamdan geriyə əsər-əlamət də qalmayıb və ermənilərin bu qəddarlığı olduqca kədərləndiricidir.

© Sputnik / Emin Alisahib
Əli Əmirli

"Müasir Ağdam da vardı. Qarabağda iqtisadi və mədəni cəhətdən ən tanınmış, ən seçilən şəhər mərkəzlərindən biri idi. Təbii ki, bu gün Ağdam yoxdur. Ancaq xatirələrimizdə yaşayır, yazılan yazılarda yaşayır. Məsələn, mənim "Ağdamda nəyim qaldı" romanımda yaşayır. Amma bununla belə, bizim ürəyimizdə bir möhtəşəm qələbənin sevinci var. Biz burada çox kədərli mənzərələr gördük. Düşmən tərəfindən dağıdılmış şəhər qalıqlarını görəndə ürəyimizdən qara qanlar axdı. Amma bununla belə içimizdə inam var ki, Ali baş komandanımız, prezidentimiz İlham Əliyevin rəhbərliyi, göstərişi ilə Ağdam sürətli şəkildə qurulacaq və gələcəkdə burda müasir ultra meqapolis yaranacaq. Tam müasir bir şəhər olacaq", - Əli Əmirli əlavə edib.

Qeyd edək ki, bu gün bir qrup Ağdam sakininin Ağdam rayonuna səfəri başa çatıb.

4872

Şuşa yaxın iki-üç aya tamam dəyişəcək: Xüsusi nümayəndə görülən işlərin hesabatını verdi

2828
Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, bütün proseslər vaxt tələb edir, amma heç bir gecikməyə yol verilməyəcək və planlaşdırılan istiqamətdə işlər görüləcək.

BAKI, 18 sentyabr - Sputnik. “Qarşıdakı dövrdə Şuşanın tarixi görkəminin bərpası üçün xüsusi addımlar atılacaq”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

A.Kərimov deyib ki, bu istiqamətdə mühüm addımlardan biri tarixi memarlıq abidələrinin bərpasıdır: “Artıq birinci mərhələdə 15 tarixi memarlıq abidəsinin bərpası layihələri üzrə işlər görülür və yaxın 2 ay ərzində onların bərpasına başlanacaq. Proses şəhərin mərkəzi küçələrində yerləşən tarixi abidələrin bərpasından başlayacaq. Bundan əvvəl artıq iki abidə – Mola Pənah Vaqifin məqbərəsi və Bülbülün ev muzeyi bərpa olunub. Digər abidələrin də bərpasına başlanacaq”.

Şuşalılar gözəl memarlıq üslubunda tikilmiş evlərdə yaşayacaqlar

Xüsusi nümayəndə qeyd edib ki, Prezident İlham Əliyevin xeyir-duası ilə bu yaxınlarda Şuşada böyük bir layihənin – şəhərdə yeni yaşayış kompleksinin təməli qoyulub: “Şuşada ümumiyyətlə, tikinti və quruculuq işləri Baş Plana əsasən aparılır. Baş Plan artıq təqdim olunub. Prezident göstəriş verdi ki, 9 hektar ərazidə 25 binadan, çoxmənzilli, 4-5 mərtəbəli, gözəl, Şuşa memarlığına uyğun, müasir elementləri də özündə əks etdirən, infrastrukturu tam müasir olan yaşayış kompleksi istifadəyə veriləcək. Şuşada qəzalı vəziyyətə düşmüş, baxımsız vəziyyətdə olan binalar var idi. Onların yerində gözəl memarlıq üslubu ilə inşa ediləcək binalar tikiləcək, o binalarda şuşalılar yaşayıb-yaradacaqlar”.

İstilik sistemləri bərpa olunur

A.Kərimov Şuşa azad edildikdən sonra atılan addımların bir məqsədi olduğunu vurğulayıb: “Bu məqsəd Şuşa şəhərini ən qısa müddətdə yaşayış üçün yararlı hala gətirməkdir. Yəni insanların yaşaması, işləməsi üçün şərait yaratmağa çalışılır. Yəni burada iş yerləri, müvafiq sosial infrastruktur olmalıdır. Şuşada məktəb tikilir, xəstəxananın inşası gözlənilir. Bütün proseslər vaxt tələb edir. Amma heç bir gecikməyə yol verilməyəcək və planlaşdırılan istiqamətdə işlər görüləcək”.

A.Kərimov deyib ki, qarşıdan qış mövsümü gəlir, Şuşada istilik sistemlərinin bərpasına başlanıb:

“Prezidentin tapşırığına uyğun olaraq, aidiyyatı qurumlarla bu ilşin öhdəsindən 80-90 faiz gəlmişik. Yaxın bir ay ərzində həm enerji təchizatı, həm istilik təchizatı baxımından ilkin mərhələdə tələb olunan qurğular və avadanlıqlar istismara veriləcək”.

Onun sözlərinə görə, Şuşada şəhərdaxili paylayıcı şəbəkə, transfromatorlar quraşdırılır: “İlkin mərhələdə bu ilin sonunadək beş transformator quraşdırılacaq. Onların gücü müvafiq obyektlərin işıqla tam təmin edilməsinə hesablanıb, eyni zamanda tikilməkdə olan 7 qazanxananın da qidalanmasına xidmət edəcək. Qazanxanaların böyük əksəriyyəti elektrik enerjisi ilə qidalanacaq ki, bu da bir yenilikdir. Ekoloji mühitə heç bir zərər vermədən, dizel və qaz yanacağından istifadə etmədən onların istismarına başlanacaq.

Şuşada Xüsusi Nümayəndəliyin nəzarəti altında aparılan işlər öz qrafikinə uyğun aparılır və bir ay yarım ərzində tamamlanacaq".

İnvestorların cəlbi

"Şuşada hotellərin və qonaqlama yerlərinin inşası, ictimai iaşə və işgüzar tipli yerlərin yaradılması üçün sözsüz ki, həm yerli, həm xarici investorların cəlb olunması təqdirəlayiq bir fakt olacaq, lakin bunlar hamısı Baş plana uyğun olmalıdır", - Aydın Kərimov deyib.

"Baş planın artıq müfəssəl həlləri həyata keçirilir və yuxarıda sadaladığım sahələrə investorların cəlb olunması mərhələ-mərhələ həyata keçiriləcək", -deyə o əlavə edib.

Aydın Kərimov bildirib ki, Şuşada keçmiş sovet Kommunist Partiyasının rayon komitəsinin yerləşdiyi və daha sonra işğal dövründə qondarma rejimin şəhər meriyasının yerləşdiyi binada da təmir işləri gedir:

"8 noyabr Zəfər Günü sevincinin - buradan, binanın damında milli bayrağımızın dalğalanmasının şahdi olanda artıq bu binanın yeni ab-hava ilə, müasir üslubda, yeni fəaliyyət istiqamətləri ilə yenidən qurulub təmir olunmasına qərar verildi. Hazırda təmir işləri sürətlə gedir, yaxın iki-üç ayda bu işlər bitəcək və bu bina yeni fasad görkəmində və Şuşanın memarlıq üslubuna uyğun olaraq fəaliyyətə başlayacaq. Binanın damı dəyişdirilir, daxildə də bir sıra işlər görüləcək. Burada Şuşa şəhərində Prezidentin Xüsusi Nümayəndəliyi və Şuşa Dövlət Qoruğu İdarəsi yerləşəcək".

Eləcə də oxuyun:

 

2828
Teqlər:
Şuşa, xüsusi nümayəndə, bərpa, investisiya, yaşayış, qayıdış
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar

Toivo Klaar: Müharibənin acı xatirələri hər zaman qalacaq, lakin biz gələcəyə baxmalıyıq

24
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdama səfər çərçivəsində Pənahəli xanın İmarət kompleksində olub.

BAKI, 17 sentyabr - Spotnik. Döyüşlərin, dağıntıların acı xatirələri hər zaman qalacaq, lakin əsas odur ki, biz gələcəyə doğru baxaq. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdama səfəri əsnasında deyib.

Aİ rəsmisi bildirib ki, oxşar təcrübəni Avropa İkinci Dünya müharibəsində yaşayıb:

“İkinci Dünya müharibəsindən sonra bizim liderlər bəyan etdilər ki, yeni yol tapmaq lazımdır, biz birgə yaşamağa və irəliyə doğru getməliyik. Düşünürəm ki, Avropa İttifaqının bu təcrübəsini Azərbaycanla, Ermənistanla və ümumilikdə Cənubi Qafqazla bölüşə bilərik. İki dünya müharibəsinin çox acı irsinin, nəticələrinin öhdəsindən gəlmək təcrübəmiz bəlkə də burada irəliyə getmək üçün bir yoldur. Biz regionda fərqli gələcəyin qurulmasına kömək etmək üçün Azərbaycanla, Ermənistanla, Cənubi Qafqazla birlikdə çalışmaq istəyirik. Acı xatirələr var, amma biz gələcəyə baxmalıyıq".

Qeyd edək ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdama səfər çərçivəsində Pənahəli xanın İmarət kompleksində olub. T.Klaar İmarət kompleksinə, burdakı türbələrə baxış keçirib, ermənilərin kompleksin ərazisində törətdiyi vandallıq əməllərinin şahidi olub.

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov xüsusi nümayəndəyə ermənilərin işğal altında saxladığı Azərbaycan ərazilərində, o cümlədən Ağdamda mədəni, tarixi və dini abidələrini dağıtdığını, evləri, inzibati binaları, muzeyləri və digər sosial obyektləri yerlə yeksan etdiyini bildirib.

E. Hüseynov işğaldan azad edilmiş Ağdam rayonunda aparılan bərpa, quruculuq işləri barədə də qonağı məlumatlandırıb.

Həmçinin oxuyun:

Ceyhun Bayramov Avropa İttifaqının nümayəndəsi ilə nə danışıb?

24
Teqlər:
İstanbul şəhərinə mənzərə, arxiv şəkli

Türkiyədə dünyada ilk mozika aşkarlandı