İşğaldan azad olunmuş Qubadlı rayonunun Dondarlı kəndindən videogörüntülər

13
(Yenilənib 15:16 04.09.2021)
Vətən müharibəsi zamanı rayonun 41 kəndi Ermənistan işğalından azad olunub. 25 oktyabr 2020–ci ildə Qubadlı şəhəri düşmən tapdağından qurtulub.

BAKI, 4 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad edilmiş Dondarlı kəndindən videogörüntülər paylaşıb.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunub.

Qubadlı rayonu ilə Bakı arasında olan məsafə 403 kilometrdir. Qubadlı rayonu Azərbaycan Respubikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Ermənistan Respublikası ilə (120km) Xocavənd rayonu ilə (45km), Laçın, Cəbrayıl və Zəngilan rayonları ilı həmsərhəddir.

Rayon ərazisindən iki böyük dağ çayı keçir. Həkəri-Bərgüşad. Həkəri çayı öz mənbəyini Kəlbəcərdən götürüb. Araza qovuşana kimi bir çox dağ çayları ona qovuşur.

25 oktyabr 2020–ci ildə Qubadlı şəhəri, ikinci Qarabağ müharibəsi ərzində rayonun 41 kəndi Ermənistan işğalından azad olunub. Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olub, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilib.

Həmçinin oxuyun:

Qubadlı rayonunun Çardaqlı kəndindən videogörüntülər

13
Teqlər:
Qubadlı
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş

Baş nazir: Gürcüstan regionda sülhməramlı funksiyasını yerinə yetirməyə hazırdır

12
(Yenilənib 16:13 22.09.2021)
Ölkə Qafqaz regionunda uzunmüddətli sülh və sabitlik üçün sülhməramlı funksiyasını yerinə yetirməyə hazırdır.

BAKI, 22 sentyabr — Sputnik. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar baş tutub, onlar Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Nazirlər Kabineti yayıb.

"Regionda inkişaf edən hadisələrə toxunulub. İrakli Qaribaşvilinin sözlərinə görə, Gürcüstanın əsas məqsədi regionda sülh və sabitliyi qorumaqdır və ölkə Qafqaz regionunda uzunmüddətli sülh və sabitlik üçün sülhməramlı funksiyasını yerinə yetirməyə hazırdır", - deyə məlumatda bildirilir.

Hər iki ölkənin lideri eyni zamanda Azərbaycanın 15 erməni əsgərini minalanmış sahələrin xəritələri qarşılığında Ermənistana verməsi məsələsinə də toxunublar. Proses iyun ayında Gürcüstanın vasitəçiliyi ilə baş tutub. Məlumatda vurğulandığı kimi, Qaribaşvili və Ərdoğan bu mübadilənin "qonşular arasında əməkdaşlıq üçün yaxşı bir təməl olduğunu" qeyd ediblər.

Həmçinin oxuyun:

Çavuşoğlu və Blinken Qarabağa dair müzakirələr aparıblar

12
Teqlər:
Ərdoğan, Gürcüstan, Azərbaycan
Qarabağda yol kənarında mina, arxiv şəkli

Azad edilən ərazilərdə 16000-dən çox mina partlamamış döyüş sursatı məhv edilib

751
(Yenilənib 11:19 22.09.2021)
İşğaldan azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 11900 hektardan çox ərazi minalardan təmizlənib.

BAKI, 22 sentyabr — Sputnik. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Türkiyənin hərbi istehkamçıları ilə birgə azad edilən ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərini davam etdirir. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkəti üçün yollar minalardan təmizlənir. Dağlıq ərazilərdə yerləşən bölmələrimizin mövqeləri istiqamətində yeni təminat yollarının çəkilməsi üzrə mühəndis işləri aparılır.

Azad edilən ərazilərimizdə dislokasiya olunan Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyində olan ASFAT AŞ şirkəti tərəfindən istehsal olunan "MEMATT" (Mexanik Mina Təmizləmə Təchizatı) texnikalar verilib.

Bu texnikalar yaşayış məntəqələrimizin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə cəlb edilib.

İşğaldan azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 11900 hektardan çox ərazi minalardan təmizlənib.

Ümumilikdə 16000-dən çox mina və partlamamış döyüş sursatı utilizasiya edilib.

Hazırda azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Həmçinin oxuyun:

Fransa minatəmizləmə məsələsində niyə Azərbaycana yardım edir – politoloq açıqlayır

751
Əsir, arxiv şəkli

İtkin düşmüş hərbi əsirlərin problemlərinin həlli

0
Vətən müharibəsinin bitməsindən bir il sonra itkin düşənlərin və hərbi əsirlərin problemlərinin həlli hələ də cəmiyyətin aktual problemlərindən biri olaraq qalmaqdadır.

BAKI, 23 sentyabr — Sputnik. Vətən müharibəsinin bitməsindən bir il sonra itkin düşənlərin və hərbi əsirlərin problemlərinin həlli hələ də cəmiyyətin aktual problemlərindən biri olaraq qalmaqdadır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məlumatına görə, Qarabağ münaqişəsi başlayandan bəri 719-u mülki şəxs olmaqla 3890 Azərbaycan vətəndaşı itkin düşüb. Müraciətdə deyilir ki, indiyə qədər Xocalı şəhərinin 196 sakini, o cümlədən 36 uşaq və 65 qadın (20 qoca) itkin düşüb. Azərbaycan Respublikasının, həmçinin Cenevrə konvensiyalarının, iştirakçısı olduğu beynəlxalq sazişlərin tələblərinə zidd olaraq, Ermənistan ikinci Qarabağ müharibəsi zamanı itkin düşmüş yeddi Azərbaycan hərbçisinin taleyi haqqında da məlumat vermir. Son bir ildə Rusiyanın vasitəçiliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) köməyi ilə keçmiş münaqişədə olan tərəflər arasında dəfələrlə hərbi əsirlər dəyişdirilib.

Vətən Müharibəsi Əlillərinə Yardım İctimai Birliyinin icraçı direktoru Zamin Zeynalov, həmçinin qeyd olunan məsələlərlə məşğul olan digər ictimai təşkilatların nümayəndələri sentyabrın 30-da saat 12:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçiriləcək mətbuat konfransında bu problemlərin necə həll olunması barədə danışacaq.

Tədbir iştirakçılarına sualları əvvəlcədən e.velizade@sputniknews.com elektron ünvanına göndərmək olar.

Əlaqə:

Telefon: 404-13-86

Sputnik Azərbaycan multimedia mətbuat mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.

0
Teqlər:
itkin, hərbi, hərbi əsir