Azərbacyan Müdafiə nazirliyinin gerbi, arxiv şəkli

Müdafiə Nazirliyi: Ermənistanın yaydığı məlumat yalandır təxribat xarakteri daşıyır

53
(Yenilənib 14:15 29.08.2021)
Düşmən bölmələri avqustun 29-u saat 01:40-dan 02:10-dək Basarkeçər rayonunun Zod yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimizi atəşə tutublar.

BAKI, 29 avgust — Sputnik. Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələri tərəfindən guya bir neçə istiqamətdə atəş açılması, atışmanın 2 saatdək davam etməsi və hərbçilərimiz arasında yaralıların olması barədə Ermənistan tərəfinin yaydığı məlumat təxribatdır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən verilən məlumatda deyilir.

Məlumatda deyilir:

"Bu cür məlumatları yaymaqla qarşı tərəf Ermənistan ordusunun bölmələrində baş verən silahlı insidentlər nəticəsində həlak olan və yaralanlar barədə məlumatları gizlətmək məqsədi güdür. Əksinə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 29-u saat 01:40-dan 02:10-dək Basarkeçər rayonunun Zod yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Cavab atəşilə qarşı tərəf susdurulub. Rəsmi olaraq bildirilir ki, Azərbaycan Ordusunun bölmələri arasında yaralanan yoxdur".

53
Teqlər:
Ermənistan, təxribat
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: Zəngəzur koridorunun açılıb-açılmaması siyasi məsələdir

2507
(Yenilənib 14:37 19.09.2021)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün 19 sentyabrda Nyu-Yorka səfər edib.

BAKI, 19 sentyabr — Sputnik. Zəngəzur koridorunun açılıb-açılmaması siyasi bir məsələdir. Sputnik Azərbaycan türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanın koridorun açılmasının əlehyinə olmasına münasibət bildirərkən deyib:

"Bir tərəfdən bunu deyib, digər tərəfdən mənlə görüşmək istəməsi hər halda düşündürücü məqamdır. Əgər Tayyip Ərdoğanla görüşmək istəyirsənsə, bəlli addımlar atılmalıdır. Biz görüşlərə qapalı deyilik. Gürcüstan baş naziri Ermənistan baş nazirinin görüşməklə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistanın müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar", - deyə Ərdoğan Nyu-York səfərindən əvvəl jurnalistlərə bildirib.

Türkiyə lideri həmçinin Zəngəzur koridorunun açılması ilə Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyin aradan qalxacağına da ümidvar olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün 19 sentyabrda Nyu-Yorka səfər edib.

Üç gün davam edəcək səfərdə Türkiyə lideri BMT-nin iclasının ilk günündə çıxış edəcək.

Baş Assambleyanın iclası COVID-19 pandemiyasının qarşısının alınması, dayanıqlığın inkişafı və insan hüquqlarına hörmət kimi mövzulara həsr edilib.

Ərdoğan eyni zamanda ABŞ-ın Nyu-York şəhərində 2017-ci ildə təməli qoyulan "Türk evi" binasının da açılışını edəcək.

Açılış mərasimi sentyabrın 20-də baş tutacaq. Pandemiya səbəbindən açılışı təxminən bir il gecikən "Türk evi" binası Nyu-Yorkun ən nüfuzlu yerlərindən birində, BMT-nin baş qərargah binasının qarşısında yerləşir. Binada Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyi və Nyu-Yorkdakı Baş Konsulluğu yerləşəcək.

Türkiyə prezidenti həmçinin bir sıra ölkələrin lideri və BMT baş katibi Antoniu Quterrişlə görüşəcək.

 

2507
Teqlər:
Ərdoğan
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Rusiya Müdafiə Nazirliyinin məlumatı Bakının təəccübünə səbəb oldu

1955
(Yenilənib 01:17 19.09.2021)
Sentyabrın 17-də Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə erməni mənbələrinə istinadən yayılan məlumat Azərbaycan Müdafiə Nazirliyində təəccüb və təəssüf doğurub.

BAKI, 19 sentyabr - Sputnik. Rusiya Müdafiə Nazirliyinin erməni tərəfinə istinadən Azərbaycan Ordusunun

bölmələri tərəfindən guya atəşin açılması nəticəsində sentyabrın 17-də Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə yaydığı məlumat təəccüb və təəssüf doğurur.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov bildirib.

Onun sözlərinə görə, haqqında bəhs olunan hadisə Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiya Federasiyasının Sülhməramlı kontingentinin rəhbərliyinin birgə iştirakı ilə araşdırılıb.
Nəticə etibarilə, qeyd olunan tarixdə və göstərilən istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəşin açılmadığı təsbit olunub.
Hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumatın sonradan tamamilə əks formada təqdim edilməsi anlaşılan deyildir.
Azərbaycan tərəfi üçtərəfli bəyanatın müddəalarına ciddi riayət etməklə ölkəmizin qanunlarına uyğun olaraq bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir.

Eləcə də oxuyun:

1955
Teqlər:
Şuşa, erməni təxribatı, məlumat, Rusiya, Müdafiə Nazirliyi
exit-poll

Rusiyada keçirilən seçkilərdə kim irəlidədir - Exit-poll nəticələri

2
Sorğunun nəticələrinə görə, 5%-lik həddi dörd siyasi təşkilat keçə bilib, onların arasında “Yedinaya Rossiya” liderdir.

BAKI, 19 sentyabr - Sputnik. Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə “Yedinaya Rossiya” partiyası hamıdan çox səs toplayıb (45,2%). Belə bir nəticə Sosial marketinq institutunun (İNSOMAR) keçirdiyi exit-poll-dan sonra hasil olub.

Kommunist partiyası səslrin 21%-ni, RLDP - 8,7%-ni, “eserlər” isə - 7,9%-ni toplayıblar.

Sorğunun nəticələrinə görə, seçkilərə qatılmış digər siyasi təşkilatlar 5%-lik səs həddini keçə bilməyiblər.

Respondentlərə belə bir sualla müraciət olunub: “Dövlət Dumasına seçkilərdə hansı partiyaya səs vermisiniz?”.

Sorğu planşetlər vasitəsilə, elektron anketlərin köməyi ilə keçirilib. Məlumatlar real vaxt rejimində işlənib. Ümumilikdə sentyabrın 17-dən 19-a qədər sorğuda 438218 seçici iştirak edib.

Exit-poll üçün 825 yaşayış mntəqəsində 1455 seçki məntəqəsi seçilib.

Qeyd edək ki, yerli vaxtla saat 20.00-da Moskva və ölkənin mərkəzi regionlarında səsvermə məntəqələri bağlanıb. Yerli vaxtla saat 18.00-a olan məlumata görə, seçkilərdə seçicilərin 45,15%-i iştirak ediblər.

Bütün ölkə üzrə seçicilərin ən çox fəallığı Çeçenistan, Kabardin-Balkar və Tuva vilayətlərində qeydə alınıb. Ən az fəallığı isə “şimal paytaxtı”nın sakinləri göstəriblər.

2
Teqlər:
'exit-poll', Rusiya