Ermənistanla sərhəddə Azərbacyan Ordusunun postu

Ermənistan Sədərək rayonu istiqamətində təxribata əl atıb - VİDEO

84
Dezinformasiyalarla öz əhalisini və dünya ictimaiyyətini aldatmağa davam edən düşmən tərəfi güya İrəvan-Arazdəyən-Kərki istiqamətindəki yolun da atəşə tutulduğu yalanını tirajlayır.

BAKI, 25 avqust — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində təxribata əl ataraq yanğınlar törətməyə cəhd ediblər. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Məlumatda deyilir:

"Son günlər düşmən Ermənistan tərəfi yerli mediya orqanlarının və ermənilərə himayədarlıq edən xarici kütləvi informasiya vasitələrinin köməyi ilə Naxçıvan Muxtar Respublikasının həmsərhəd olduğu ərazilərin, xüsusilə də Arazdəyən yaşayış məntəqəsinin Azərbaycan hərbçiləri tərəfindən atəşə tutulması dezinformasiyalarını yaymaqla məşğuldur. 44 günlük Vətən müharibəsi ilə məğlubedilməzlik mifi darmadağın edilən və bu gün xaosun hökm sürdüyü erməni ordusunda qeyri-döyüş şəraitində baş verən itkilərin, xüsusilə də intihar hallarının ört-basdır edilməsi üçün güya müxtəlif mənbələrdən alınmış yalan məlumatların yayılması ilə Ordumuz haqqında mənfi düşüncələrin yaradılmasına çalışılır, Azərbaycan mövqeləri atəşə tutularaq vəziyyət gərginləşdirilir.

Ermənistan-Azərbaycan dövlət sərhəddinin Arazdəyən-Sədərək istiqamətində həm şəxsi heyətə, silah və texnikaya qarşı düşmən təxribatlar  törədir, həm də ərazilərimizə ekoloji ziyanın vurulması üçün mütəmadi olaraq müxtəlif üsullara əl atılır. Düşmənin bu təxribatlarının qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınır.

Ermənistan-Azərbaycan dövlət sərhəddinin Arazdəyən-Sədərək istiqamətində çəkilişlər aparan zaman erməni hərbçilərinin mövqelərimizi atəşə tutması ilə bərabər törətdikləri ekoloji terrorun da şahidi olduq. Revanşizm xülyaları ilə yaşayan düşmən əlindən bir iş gəlmədiyində müxtəlif üsullarla mövqelər arasındakı neytral əraziləri və əkin sahələrimizi yandırmağa cəhd edir. İnsanlığa faydalı bir iş görə bilməyən erməni vandallarının törətdikləri yanğınlar elə öz mövqelərinə od salıb. Kadrlardan da gördüyünüz kimi bizim əsgərlərimiz ərazilərimizdəki yanğını söndürüblər. Düşmən komandanlığının öz əsgərinə etmədiyi yaxşılığı və insanpərvərliyi edən Azərbaycan tərəfi hümanist addım ataraq yanğının söndürülməsi üçün şərait yaradıb. Amma bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğınları söndürərkən erməni tərəfdən atəşə tutulmuşdular və nazirliyin bir nəfər yanğınsöndürən zabiti güllə yarası almışdı.

Dezinformasiyalarla öz əhalisini və dünya ictimaiyyətini aldatmağa davam edən düşmən tərəfi güya İrəvan-Arazdəyən-Kərki istiqamətindəki yolun da atəşə tutulduğu yalanını tirajlayır. Arazdəyən istiqamətində çəkilişlər aparan zaman həmin yolun tam işlək vəziyyətdə olduğunu gördük.

Çəkilişlər zamanı qarşı tərəfin mövqeləri arasında mülki geyimdə bir neçə nəfərin gəzişdiyinin şahidi olduq. Əgər atəşkəs bizim tərəfdən pozulursa və ilk atəşi biz açırıqsa o zaman düşmən əsgərləri niyə bu cür rahat hərəkət edirlər? Çünki, erməni tərəfi Azərbaycan Ordusunun hərbi qulluqçularının heç vaxt mülki əhaliyə atəş açmadığını yaxşı bilir. Məhz ona görə də erməni komandanlığı öz hərbçilərini qəsdən mülki geyimdə ön xətt boyu təxribatlara cəlb edir.

Çəkiliş müddətində görüb şahidi olduq ki, əməliyyat şəraiti Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin tam nəzarətindədir və Naxçıvan sərhəddi boyu erməni vandallarının törədə biləcəyi təxribatlarının qarşısı qətiyyətlə alınır və alınacaqdır".

Həmçinin oxuyun:

Ohanyana vətən xaini dedilər – Parlamentdə dava düşdü

84
Teqlər:
Naxçıvan
İnsan kölgəsi

Dövlət Komissiyası Azərbaycan tərəfinə keçən iki erməni ilə bağlı məlumat yayıb

157
(Yenilənib 18:36 20.09.2021)
Dövlət Komissiyası Azərbaycan tərəfinə keçən iki erməni ilə bağlı məlumat yayıb Dövlət Komissiyası Azərbaycan tərəfinə keçən iki erməni ilə bağlı məlumat yayıb.

BAKI, 20 sentyabr — Sputnik. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan tərəfinin iki mülki ermənini geri qaytarması ilə bağlı məlumat yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, məlumatda 18 sentyabr 2021-ci il tarixdə yolu azaraq, Qubadlı rayonunun Eyvazlı kəndi ərazisindən Azərbaycan tərəfə keçən Ermənistan vətəndaşları, mülki şəxslər – 19.02.1986-cı il təvəllüdlü Akopyan Hakop Zaveni və 05.06.2001-ci il təvəllüdlü Sarkisyan Aram Qraçiqinin Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 19 sentyabr 2021-ci ildə Ermənistana qaytarıldığı bildirilib.

Həmçinin oxuyun:

Azərbaycanın hərbi qulluqçusu iki erməni ilə dəyişdirilib

157
Teqlər:
erməni, Dövlət Komissiyası
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: Zəngəzur koridorunun açılıb-açılmaması siyasi məsələdir

5253
(Yenilənib 14:37 19.09.2021)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün 19 sentyabrda Nyu-Yorka səfər edib.

BAKI, 19 sentyabr — Sputnik. Zəngəzur koridorunun açılıb-açılmaması siyasi bir məsələdir. Sputnik Azərbaycan türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanın koridorun açılmasının əlehyinə olmasına münasibət bildirərkən deyib:

"Bir tərəfdən bunu deyib, digər tərəfdən mənlə görüşmək istəməsi hər halda düşündürücü məqamdır. Əgər Tayyip Ərdoğanla görüşmək istəyirsənsə, bəlli addımlar atılmalıdır. Biz görüşlərə qapalı deyilik. Gürcüstan baş naziri Ermənistan baş nazirinin görüşməklə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistanın müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar", - deyə Ərdoğan Nyu-York səfərindən əvvəl jurnalistlərə bildirib.

Türkiyə lideri həmçinin Zəngəzur koridorunun açılması ilə Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyin aradan qalxacağına da ümidvar olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün 19 sentyabrda Nyu-Yorka səfər edib.

Üç gün davam edəcək səfərdə Türkiyə lideri BMT-nin iclasının ilk günündə çıxış edəcək.

Baş Assambleyanın iclası COVID-19 pandemiyasının qarşısının alınması, dayanıqlığın inkişafı və insan hüquqlarına hörmət kimi mövzulara həsr edilib.

Ərdoğan eyni zamanda ABŞ-ın Nyu-York şəhərində 2017-ci ildə təməli qoyulan "Türk evi" binasının da açılışını edəcək.

Açılış mərasimi sentyabrın 20-də baş tutacaq. Pandemiya səbəbindən açılışı təxminən bir il gecikən "Türk evi" binası Nyu-Yorkun ən nüfuzlu yerlərindən birində, BMT-nin baş qərargah binasının qarşısında yerləşir. Binada Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyi və Nyu-Yorkdakı Baş Konsulluğu yerləşəcək.

Türkiyə prezidenti həmçinin bir sıra ölkələrin lideri və BMT baş katibi Antoniu Quterrişlə görüşəcək.

 

5253
Teqlər:
Ərdoğan
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu