Nikol Paşinyan, arxiv şəkli

Paşinyan sərhədlə bağlı danışdı: Yazda planlaşdırılan nəticəyə nail ola bilmədik

73
(Yenilənib 12:17 24.08.2021)
O, eyni zamanda bildirib ki, Ermənistan Azərbaycan sərhədinin demarkasiya və delimitasiyasına ən qısa zamanda başlamaq lazımdır.

BAKI, 24 avqust — Sputnik. Rəsmi Yerevan Qarabağ üzrə konstruktiv danışıqlara hazırdır. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı bildirib.

Paşinyan vurğulayıb ki, Ermənistan hökuməti danışıqlar prosesinin ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aparılmasını vacib hesab edir.

O, 2020-ci il noyabrın 9-dan sonra həmsədrlərin verdikləri bəyanatı da yada salıb. 

"Həmsədrlər deyirdilər ki, Qarabağda münaqişə həll olunmayıb, məsələnin hərtərəfli və uzunmüddətli həlli isə tərəflərə məlum olan prinsiplər əsasında aparılmalıdır", - Paşinyan deyib.

Prinsiplərə gəlincə, bunların "güc tətbiq olunmaması, millətlərin öz müqəddəratını təyin etməsi və ərazi bütövlüyü" olduğunu xatırladıb.

O, eyni zamanda bildirib ki, Ermənistan Azərbaycan sərhədinin demarkasiya və delimitasiyasına ən qısa zamanda başlamaq lazımdır.

"Təəssüf edirəm ki, siyasi səs-küylə bağlı yazda planlaşdırılan nəticəyə nail ola bilmədik. Ermənistan – Azərbaycan sərhədinin ayrı-ayrı sahələrində qeyri-sabit situasiya bu danışıqların başlaması üçün ciddi təhdiddir", - deyə Paşinyan qeyd edib.

O, eyni zamanda vurğulayıb ki, sovet xəritələri əsasında Ermənistan və Azərbaycan qoşunlarının qarşılıqlı geri çəkilməsinin lehinədir. Paşinyan qeyd edib ki, sərhədin Tex – Mehri hissəsində işlər bu əsasda aparılıb. O, bəyan edib ki, Ermənistan tərəfi bu əsasda irəliləməyə hazırdır.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Qarabağ münaqişəsi barədə bunları söyləmişdi: "ATƏT Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə birbaşa cəlb olunmuş təşkilatdır. Beləliklə, indi münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq. Bu gün sizinlə gələcək işlərin necə qurulması ilə bağlı fikirlərimizi müzakirə etdik. Düşünürəm ki, müharibədən sonra ötən 4 ay artıq hər iki tərəfin səhifəni bağlamaq və diqqəti gələcəyə yönəltmək iradəsini nümayiş etdirir. Bu, çox mühümdür".

Qarabağın "status"una gəldikdə isə Azərbaycan lideri dəfələrlə belə bir statusun olmadığını vurğulayıb: "Nə status var, nə Dağlıq Qarabağ. Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. Sadəcə olaraq, o vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və əlbəttə, Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılaşıb, barışıb. Heç bizi soruşan da yox idi. Amma bu tamamilə əsassız və süni şəkildə yaradılmış bir qurum idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra - 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Bu hamısı sənədlərdir, özü də qanuni şəkildə ləğv edib. Onun səlahiyyəti çatırdı buna. Nə üçün ondan sonra Dağlıq Qarabağ sözündən istifadə olunurdu?"

Eləcə də oxuyun:

73
Teqlər:
Qarabağ, Azərbaycan, Ermənistan, sərhəd, Nikol Paşinyan, danışıqlar
Ağac kəsimi, arxiv şəkli

İşğal zamanı meşələr kütləvi qırılıb - Nazir müavini

537
(Yenilənib 14:15 21.09.2021)
"Şərqi Zəngəzur bölgəsində - Qubadlı və Zəngilan rayonlarında mövcud olan meşələrin yarısından çoxu məhv edilib".

BAKI, 21 sentyabr — Sputnik. İşğal nəticəsində regionun təbiətinə, bioloji müxtəlifliyinə, bütövlükdə ekosistemə ciddi ziyan vurulub. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda keçirilən brifinqdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib. 

Nazir müavini deyib ki, Azərbaycanın 30 ilə yaxın müddətdə işğal altında qalan füsunkar təbiətə malik Şərqi Zəngəzur və Qarabağ bölgələri 2020-ci ilin sonunda işğaldan azad olunub, ərazi bütövlüyümüz bərpa edilib və biz doğma torpaqlarımıza geri qayıtmışıq. Amma işğal dövründə təbii sərvətlərin amansız istismarı nəticəsində ekoloji tarazlıq pozulub: "Apardığımız monitorinqlərin nəticələri meşələrin, xüsusi mühafizə olunan ərazilərin, çoxillik təbiət abidələrinin məhv edilməsi və mineral xammal ehtiyatlarımızın talan olunması faktlarını bir daha təsdiqləyir.

İşğaldan öncə həmin ərazilərdə mövcud olan meşə ilə örtülü 229 min hektar sahədən 54 min hektarı (25%-i), xüsusilə də, Şərqi Zəngəzur bölgəsində - Qubadlı və Zəngilan rayonlarında mövcud olan meşələrin yarısından çoxu məhv edilib. Bu ərazilərdə daha çox rast gəlinən çinar, palıd, fıstıq, vələs, ağcaqayın, tozağacı və sair kimi qiymətli meşə cinslərinə aid ağac növləri (28,5 milyon ədəd) kəsilərək müxtəlif məqsədlər üçün istifadə edilib.

Meşələrin kütləvi şəkildə qırılması səhralaşmaya və torpaqların eroziyasına səbəb olmaqla yanaşı, meşə ekosisteminin və onun tərkib hissəsi olan qiymətli flora və fauna növlərinin məhvinə gətirib çıxarıb”.

V.Kərimov qeyd edib ki, işğal müddətində 100 min hektardan artıq ərazidə məqsədli şəkildə yanğınlar törədilib, bu yanğınlar nəticəsində torpağın məhsuldar üst münbit qatı məhv olub, fauna və flora növləri ciddi təsirlərə məruz qalıb: "Hərbi əməliyyatlar zamanı cəbhə bölgəsindən kənarda yerləşən Göygöl və Ağgöl milli parkları hədəfə alınaraq yanğınlar törədilib, ekosistemə və təbii landşafta bərpa olunmayan ziyan dəyib. Həmçinin qadağan olunmuş ağ fosfor tərkibli silahlardan istifadə edilməklə Şuşa meşələrində yanğınlar törədilib. İşğal altında olan ərazilərdə məqsədli olaraq törədilən meşə yanğınları nəticəsində vurulmuş genişmiqyaslı ekoloji zərərlə əlaqədar 2006-cı ildə BMT tərəfindən müvafiq qətnamə qəbul edilib".

Eləcə də oxuyun: 

537
Teqlər:
ekologiya, meşə ərazisi, qırılma, Ermənistan, terror, ETSN
 Azərbaycan hərbçiləri, arxiv şəkli

Vətən müharibəsinin ilk günləri yaddaşlarda necə qalıb

14
(Yenilənib 12:28 21.09.2021)
Şahidlər həmin günləri necə xatırladıqları barədə Sputnik Azərbaycan-ın multimedia mətbuat mərkəzində keçirilən dəyirmi masada danışacaqlar.

BAKI, 21 sentyabr — Sputnik. İkinci Qarabağ müharibəsinin başlanması ərəfəsində Azərbaycanın informasiya məkanında bu hadisəyə həsr olunmuş bir çox nəşr və videolar ortaya çıxır.

Otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız ölkənin qeyrətli oğul və qızlarının qəhrəmanlığı və cəsarəti sayəsində Azərbaycana qaytarılıb. Təəssüf ki, 44 gün davam edən döyüşlərdə yüzlərlə döyüşçü cəbhə xəttindən geri dönməyib. Ölkənin gələcəyi uğrunda onlarla dinc vətəndaş həyatını qurban verib. Azərbaycan vətəndaşları onların qəhrəmanlıqlarını heç vaxt unutmayacaqlar.

Sentyabrın 24-də saat 12:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən dəyirmi masada müharibənin başlanmasının şahidi olanlar həmin günləri necə xatırladıqları barədə danışacaqlar:

Cavid Babayev - hərbi həkim,

Ədalət Verdiyev - hərbi ekspert,

Vüqar Muradov - müğənni, müharibə iştirakçısı,

Elmira Musazadə - CBC telekanalının aparıcısı,

Zamin Zeynalov - Vətən Müharibəsi Əlillərinə Yardım İctimai Birliyinin icraçı direktoru,

Sergey Saçkov – radio operatoru, müharibə iştirakçısı, Azərbaycan Rus Cəmiyyətinin üzvü,

Vüsal Şahkərimov - topçu, müharibə iştirakçısı, məşhur fotoşəklin qəhrəmanı,

Vüsal Azayev - Sputnik Azərbaycan-ın redaktoru, müharibə iştirakçısı.

Spikerə sualları qabaqcadan bu elektron ünvana göndərmək olar: ivelizade@gmail.com.

Əlaqə:

Telefon: 404-13-86

Sputnik Azərbaycan multimedia mətbuat mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.

14
Kompüter masasında qəzetlər, arxiv şəkli

Deputatlar ölkədə medianın durumunu müzakirəyə çıxaracaqlar