Füzulidə hava limanının tikintisində son tamamlanma işləri, arxiv şəkli

Füzuli Beynəlxalq Hava Limanı məşhur fotoqrafın gözü ilə

31
Deqati deyib ki, davam edən işlər həqiqətən də möcüzədir və heç yerdə Füzuli hava limanı kimi, aeroport bir neçə ay ərzində tikilmir.

BAKI, 24 avqust — Sputnik. Dünya şöhrətli fotojurnalist Reza Deqati Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə bağlı çəkdiyi fotoları "Instagram" səhifəsində paylaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, Reza Deqati paylaşımında 2020-ci ilin oktyabrından bu günə qədər 1992-ci ildən bəri Qarabağın işğalı dövründə baş verən dağıntıların fotoşəkillərini çəkdiyini deyib: "Amma hələ yarısını belə çəkə bilməmişəm. Bu arada, demək olar ki, dərhal başlanan yenidənqurma işləri və yeni planlar bölgənin parlaq gələcəyini göstərir".

Məşhur fotoqrafın dediyinə görə, əsas maneə erməni qüvvələri tərəfindən qoyulan milyonlarla minalardır ki, hətta üçtərəfli müqaviləni imzaladıqdan sonra da Ermənistan hökuməti bütün beynəlxalq qanunlara zidd olaraq mülki insanların ölümünə səbəb olan və yenidənqurma işlərini gecikdirməyə gətirib çıxaran mina xəritələrini verməkdən imtina edir: "Ancaq davam edən işlər burada həqiqətən də möcüzədir və heç yerdə Füzuli hava limanı kimi, aeroport bir neçə ay ərzində tikilmir. Buraya ilk təyyarə sentyabrın 5-də enəcək. Daha çox "Qarabağ İntibahı" hekayələri üçün səhifəni izləməyə davam edin".

Məlumat üçün bildirək ki, Füzuli Beynəlxalq Hava Limanının tikintisinə bu ilin yanvar ayında start verilib. İlkin olaraq burada minatəmizləmə işləri həyata keçirilib. Hava limanında beynəlxalq səviyyəli və kütləsi 400 tona qədər olan hava gəmilərinin qəbulu nəzərdə tutulur. Hava limanının ilin sonuna istifadəyə verilməsi nəzərdə tutulur. İlk sınaq uçuşu sentyabrın 5-nə planlaşdırılır. Ancaq laboratoriya yoxlamaları sınaq uçuşundan əvvəl avqustun 25-dən sonra həyata keçiriləcək.

Eləcə də oxuyun:

31
Teqlər:
Füzuli, aeroport, Reza Deqati, foto
Ağac kəsimi, arxiv şəkli

İşğal zamanı meşələr kütləvi qırılıb - Nazir müavini

526
(Yenilənib 14:15 21.09.2021)
"Şərqi Zəngəzur bölgəsində - Qubadlı və Zəngilan rayonlarında mövcud olan meşələrin yarısından çoxu məhv edilib".

BAKI, 21 sentyabr — Sputnik. İşğal nəticəsində regionun təbiətinə, bioloji müxtəlifliyinə, bütövlükdə ekosistemə ciddi ziyan vurulub. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda keçirilən brifinqdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib. 

Nazir müavini deyib ki, Azərbaycanın 30 ilə yaxın müddətdə işğal altında qalan füsunkar təbiətə malik Şərqi Zəngəzur və Qarabağ bölgələri 2020-ci ilin sonunda işğaldan azad olunub, ərazi bütövlüyümüz bərpa edilib və biz doğma torpaqlarımıza geri qayıtmışıq. Amma işğal dövründə təbii sərvətlərin amansız istismarı nəticəsində ekoloji tarazlıq pozulub: "Apardığımız monitorinqlərin nəticələri meşələrin, xüsusi mühafizə olunan ərazilərin, çoxillik təbiət abidələrinin məhv edilməsi və mineral xammal ehtiyatlarımızın talan olunması faktlarını bir daha təsdiqləyir.

İşğaldan öncə həmin ərazilərdə mövcud olan meşə ilə örtülü 229 min hektar sahədən 54 min hektarı (25%-i), xüsusilə də, Şərqi Zəngəzur bölgəsində - Qubadlı və Zəngilan rayonlarında mövcud olan meşələrin yarısından çoxu məhv edilib. Bu ərazilərdə daha çox rast gəlinən çinar, palıd, fıstıq, vələs, ağcaqayın, tozağacı və sair kimi qiymətli meşə cinslərinə aid ağac növləri (28,5 milyon ədəd) kəsilərək müxtəlif məqsədlər üçün istifadə edilib.

Meşələrin kütləvi şəkildə qırılması səhralaşmaya və torpaqların eroziyasına səbəb olmaqla yanaşı, meşə ekosisteminin və onun tərkib hissəsi olan qiymətli flora və fauna növlərinin məhvinə gətirib çıxarıb”.

V.Kərimov qeyd edib ki, işğal müddətində 100 min hektardan artıq ərazidə məqsədli şəkildə yanğınlar törədilib, bu yanğınlar nəticəsində torpağın məhsuldar üst münbit qatı məhv olub, fauna və flora növləri ciddi təsirlərə məruz qalıb: "Hərbi əməliyyatlar zamanı cəbhə bölgəsindən kənarda yerləşən Göygöl və Ağgöl milli parkları hədəfə alınaraq yanğınlar törədilib, ekosistemə və təbii landşafta bərpa olunmayan ziyan dəyib. Həmçinin qadağan olunmuş ağ fosfor tərkibli silahlardan istifadə edilməklə Şuşa meşələrində yanğınlar törədilib. İşğal altında olan ərazilərdə məqsədli olaraq törədilən meşə yanğınları nəticəsində vurulmuş genişmiqyaslı ekoloji zərərlə əlaqədar 2006-cı ildə BMT tərəfindən müvafiq qətnamə qəbul edilib".

Eləcə də oxuyun: 

526
Teqlər:
ekologiya, meşə ərazisi, qırılma, Ermənistan, terror, ETSN
 Azərbaycan hərbçiləri, arxiv şəkli

Vətən müharibəsinin ilk günləri yaddaşlarda necə qalıb

12
(Yenilənib 12:28 21.09.2021)
Şahidlər həmin günləri necə xatırladıqları barədə Sputnik Azərbaycan-ın multimedia mətbuat mərkəzində keçirilən dəyirmi masada danışacaqlar.

BAKI, 21 sentyabr — Sputnik. İkinci Qarabağ müharibəsinin başlanması ərəfəsində Azərbaycanın informasiya məkanında bu hadisəyə həsr olunmuş bir çox nəşr və videolar ortaya çıxır.

Otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız ölkənin qeyrətli oğul və qızlarının qəhrəmanlığı və cəsarəti sayəsində Azərbaycana qaytarılıb. Təəssüf ki, 44 gün davam edən döyüşlərdə yüzlərlə döyüşçü cəbhə xəttindən geri dönməyib. Ölkənin gələcəyi uğrunda onlarla dinc vətəndaş həyatını qurban verib. Azərbaycan vətəndaşları onların qəhrəmanlıqlarını heç vaxt unutmayacaqlar.

Sentyabrın 24-də saat 12:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən dəyirmi masada müharibənin başlanmasının şahidi olanlar həmin günləri necə xatırladıqları barədə danışacaqlar:

Cavid Babayev - hərbi həkim,

Ədalət Verdiyev - hərbi ekspert,

Vüqar Muradov - müğənni, müharibə iştirakçısı,

Elmira Musazadə - CBC telekanalının aparıcısı,

Zamin Zeynalov - Vətən Müharibəsi Əlillərinə Yardım İctimai Birliyinin icraçı direktoru,

Sergey Saçkov – radio operatoru, müharibə iştirakçısı, Azərbaycan Rus Cəmiyyətinin üzvü,

Vüsal Şahkərimov - topçu, müharibə iştirakçısı, məşhur fotoşəklin qəhrəmanı,

Vüsal Azayev - Sputnik Azərbaycan-ın redaktoru, müharibə iştirakçısı.

Spikerə sualları qabaqcadan bu elektron ünvana göndərmək olar: ivelizade@gmail.com.

Əlaqə:

Telefon: 404-13-86

Sputnik Azərbaycan multimedia mətbuat mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.

12
Teledərs

Teledərslər yenidən yayımlanacaq